96
2. Növbəti pəncərədə informasiya mənbəyi – Kataloq - BBKK seçilir.
3. Sorğuda iştirak edən
sahələr Müəllif, Kitabın adı, Buraxıldığı il seçilir.
4. Buraxıldığı il sahəsi üçün seçim şərtin >1970 yazılır.
5. Müəllif sahəsi üçün nizamlama parametri - artma sırası ilə (По возрастанию) seçilir.
6. Nəticə cədvəlində əks olunacaq sahələr qeyd edilib Выполнить düyməsi sıxılır.
Sorğunun nəticəsi olaraq aşağıdakı cədvəl formasında müəlliflərin artan əlifba ardıcıllığı
üzrə kitabxanadakı 1970-c
i ildən sonra nəşr olunan kitabların siyahısı əks olunacaqdır.
Yazıların seçilməsində şərtlərin qurulması
Cədvəllərdən yazıların mürəkkəb şərtlərə görə seçilməsinin bəzi qaydaları ilə tanış
olaq.Yazıların seçilməsi zamanı Or, And, Not məntiq əməlləri və münasibət işarələrindən >, <,
= , >=, <= istifadə oluna bilər.
Misal
Kataloq cədvəlində Условия отбора sətrinə Not ”Gənclik” yazsaq ,
Gənclik
nəşriyyatından başqa bütün yazılar tapılacaq.
Misal
Fərz edək ki, oxucuya yalnız Yazıçı və Gənclik nəşriyyatında nəşr olunan kitablar
lazımdır. Nəşriyyat bölməsinin Условия отбора sətrinə “Yazıçı”, Или sətrinə Gənclik, yazıb,
Выполнить düyməsini sıxırıq.
downloaded from KitabYurdu.org