Dərs vəsaiti Bakı 2016


 2. Cədvəllərin yaradılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

3. 2. Cədvəllərin yaradılması 
 
Cədvəl verilənər bazasının əsas obyekti olub, informasiya orda saxlanılır. MS Access - 
də cədvəlin sətrini yazı, sütununu isə sahə adlandırmaq qəbul edilmişdir. Bir cədvələ daxil olan 
bütün yazılar eyni sahələrdən ibarətdir. Yazıların eyni sahələrində saxlanılan məlumatlar eyni 
tipli olmalıdır. Cədvəl müxtəlif tipli sahələrdən ibarət ola bilər. Hər cədvəldə bir tip obyekt ilə 
bağlı məlumatlar saxlanılır. Cədvəlin yaradılmasına onların strukturları müəyyənləşdirildikdən 
sonra
başlanır. Cədvəlin strukturu dedikdə ona daxil olan sahələrin seçilməsi başa düşülür. 
Cədvəlin yaradılması üçün Создание menyusundan Конструктор таблиц əmri seçilir. 
Bu zaman ekrana Конструктор pəncərəsi açılır

downloaded from KitabYurdu.org


88 
Pəncərənin yuxarı hissəsi sahənin təsvirini əks etdirir. Sahə Имя поля (Sahə adı), Tип 
данных (Verilənlərin tipi), Описание (Təsvir sütunu)larından təşkil olunmuşdur. Bu əsas 
atributlardan başqa cədvəlin hər bir sahəsi əlavə xüsusiyyətlərə malik ola bilər. Onlar cədvəl 
konstruktoru pəncərəsinin Свойства поля – hissəsində əks olunur. Aşağı hissə Общие (ümumi) 
və Подстановка (əvəzetmə) bölmələrindən ibarətdir və sahələr üçün əlavə xassələrin təyin 
olunmasına xidmət edir. Имя поля sütununda yeni cədvəlin sahələrinin adı daxil edilir. Тип 
данных sütununa keçdikdə ona avtomatik olaraq Короткий текст – mətn verilən tipi daxil edilir 
və xananın sağ küncündə sətir düyməsi yaranır. Sətir düyməsi ilə açılan siyahıdan lazım olan 
verilən tiplərindən biri seçilir. 
MS Access - də aşağıdakı verilənlər tipi nəzərdə tutulmuşdur. 
Короткий текст - Sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur. (maksimum 255 
simvol ola bilər). Hesablama prosesində iştirak etməyən ədədlər, məsələn telefon nömrələri, 
ünvan indeksləri və. s. mətn tipi ilə göstərilə bilər. 

Memo – Mətn tipindən fərqli olaraq 64000 - ə qədər simvollu uzun sətr tipli informasiya 
üçün nəzərdə tutulmuşdur. 

Числовой – Tam və sürüşkən vergüllü həqiqi ədədləri adi və ya ikiqat dəqiqliklə daxil 
olunmasını təmin edir. 

Дата/Время – Vaxt və tarixin daxil olunmasını təmin edir. 

Счетчик - İlkin və sonrakı açar sahələri üçün nəzərdə tutulmuşdur. 

Логический - Вкл/Выкл və ya Да/Нет qiymətlərindən birini alan sahələri üçün nəzərdə 
tutulmuşdur. 

Ole obyekti – digər Windows əlavələrinin obyektlərinin cari səhifəyə daxil olunmasını 
təmin edir. 

Гиперссылка – Sahəyə hiperəlaqənin – Web sənədlərin, şəbəkə və lokal faylların 
ünvanlarının saxlanmasını təmin edir. 

Мастер подстановок – İnformasiyanın digər cədvəldən, sorğudan və ya əvvəlcədən 
müəyyən edilmliş siyahıdan seçilən açılan siyahılı sahələrin yaradılmasını təmin edir. Bu 
əməliyyat bir neçə mərhələ ilə yerinə yetrilir. Hər bir mərhələyə uyğun pəncərə açılır. Bir 
pəncərədən digərinə keçid Далее düyməsini sıxmaqla həyata keçrilir. Birinci mərhələdə açılmış 
ilk pəncərədə informasiyanın digər cədvəldən və ya əvvəlcədən müəyyən edilmiş siyahıdan 
seçilməli olduğunu müəyyən etməli. 
Təsvir sütunu isə sahə üçün izahedici şərh yazılması üçün nəzərdə tutulmuşdur. Qeyd 
edək ki, bir sütundan digər sütuna keçid Tab düyməsi ilə həyata keçrilir. 
Hər bir sahənin verilənlərinin tipinə uyğun xassələr müəyyən etmək olar. Onların bir 
qismi bütün tip verilənlər üçün digərləri isə konkret sahələr üçün nəzərdə tutulmuşdur. 

Размер поля – Sahəyə daxil olunacaq mətnin uzunluğunu və ya ədədin tipini – bayt, tam 
(Целое), Длинное цело, Обычное, ikiqat dəqiqliklə (Двойной точностью) müəyyən edir. 

Format – verilənlərin formatını müəyyən edir. 

Число десятичных знаков – Onluq kəsr şəklində daxil olunan informasiyalarda 
vergüldən sonra rəqəmlərin sayını müəyyən etməyə imkan verir. 
downloaded from KitabYurdu.org


89 

Маска ввода – daxiletmə şablonu sahəyə informasiyanın format əsasında düzgün daxil 
olmasını asanlaşdırır. 

Подпись – yazı xassəsi kimi müəyyən olunmuş simvollar cədvəl rejimində, forma və 
hesabatlarda sahə başlığı olacaqdır. Bu sahə boş buraxıldıqda isə sahə adı avtomatk sahə başlığı 
olacaq. 

Значение по умолчанию – o təkrar olunan informasiyanın daxil olmasını 
avtomatlaşdırmağa xidmət edir. 

Условие на значeние – Sahəyə düzgün informasiyanın daxil olmasına nəzarət edir. 

Сообщение об ощибке - Səhv məlumatları əks etdirir. 

Обязательные поля – Vacib sahə kimi qəbul olunmuş sahəyə informasiya mütləq daxil 
olmalıdır. 

Индексированные – Sahənin indeksli olmasını müəyyən edir. İndeks informasiya 
axtarışını sürətləndirir. 

İndekslər - konstruktor pəncərəsində cədvəlin strukturu yaradılan zaman yaradılır. 
Sahələrin sayından asılı olaraq indekslər sadə və mürəkkəb olmaqla iki yerə bölünür. 
İndekslərdən ilkin açarların yaradılmasında istifadə oluna bilər. İndekslər unikal olmalıdır.
Sadə indeks yaratmaq üçün cədvəl konstruktoru pəncərəsinin Свойства поля
hissəsindəki Индексированное поле xüsusiyyətindən istifadə olunur. 
Burada üç hal ola bilər: 
1. Sahə indekslidir və təkrar yol verilməzdir. Да (Совпадения не допускаются ). Bu halda 
sahədə eyni informasiya təkrar oluna bilməz
2. Sahə indekslidir və təkrara yol verilə bilər. Да(Допускаются совпадения)
3. Sahə indeksli deyil 
Cədvəlin bir neçə sahəsindən ibarət (mürəkkəb) indeks yaratmaq üçün aşağıdakı 
əməliyyatlar yerinə yetrilir: 
Lazım olan cədvəli Конструктор rejimində açılır. 
Sonra Файл menyusundan və yaxud da alətlər panelindən Индексы əmri seçilir. 
Ekrana Индексы dialoq pəncərəsi açılır. İndeks sütununa indeksin adı daxil edilir. Bu daxil 
ediləcək sahələrdən birinin də adı ola bilər. Sonra Имя поля sütununa keçilir və sətir düyməsi ilə 
cədvəlin sahə adlarının siyahısı seçilir. İndeksə daxil olan birinci sahənin adı seçilir. Növbəti 
addımda Имя поля sütununda indeksə daxil olan digər sahə adları seçilir. Индекс – sahəsi boş 
saxlanılr.Порядок сортировки – sütunundan indeks sahəsindəki məlumatların sıralanma qaydası 
seçilir. 

По возрастанию – artan 

По убыванию – azalan. İndeks ən çox 10 sahədən ibarət ola bilər. İndeks sahələrini 
seçdikdən sonra pəncərə bağlanılır. 
Bu üsul cədvəllərin yaradılma prosesini surətləndirir. 
Qeyd etmək lazımdır ki, Мемо, Поле обьекта ОЛЕ, Гиперссылка tipli sahələr 
indeksləşdirilə bilməz. Числовой, Дата\время, Денежный, Логический tiplərinin formatları 
cədvəl konstruktoru pəncərəsinin Свойства поля bölməsinin Формат поля sətrindən dəyişdirilə 
bilər. 
downloaded from KitabYurdu.org


90 
Verilənlərin tipləri ilə tanış olduqdan sonra bazaya daxil olan cədvəlləri yaradın.
1.Rəhbər işçilər 
2. Şöbə müdirləri
downloaded from KitabYurdu.org


91 
3.Fənn birləşməsi 
4.İxtisaslar 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin