Dərs vəsaiti Bakı 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


85 
 
 
Fəsil 3. Verilənlər bazasının idarəetmə sistemləri. MS Access proqramı - 2013 
 
3. 1. MS Access proqramı – 2013 haqqında ümumi məlumat 
 
Bütün avtomatlaşdırılmış idarəetmə və informasiya axtarış sistemləri müəyyən 
informasiya bazası əsasında fəaliyyət göstərir və onun effektiv fəaliyyəti ilk növbədə verilənlər 
bazasının strukturunun optimal təşkilindən və onun şəbəkədə rasional yerləşməsindən asılıdır. 
Verilənər bazasında informasiyalar müəyyən qaydalar əsasında , axtarış üçün əlverişli 
şəkildə qruplaşaraq saxlanılır. Verilənər bazasının yaradılması və idarə olunması verilənər 
bazasının idarəetmə sistemləri vasitəsilə həyata keçrilir.Tələb olunan informasiyanın verilənər 
bazasından axtarışı və informasiya ehtiyatlarının yeniləşdirilməsi,bazanın strukturunun 
dəyişdirilməsi sorğular vasitəsilə həyata keçrilir. 
Verilənər bazanın yerləşməsindən asılı olaraq mərkəzləşmiş və paylanmış verilənlər 
bazasının idarəetmə sistemləri mövcuddur.Sistemin mərkəzləşmiş verilənlər bazası serverdə və 
ya lokal kompüterdə yerləşir.Şəbəkədə informasiyanın idarə olunması klient server texnologiyası
əsasında fəaliyyət göstərir.Bu gün aşağıdakı verilənlər bazasının idarəetmə sistemləri geniş 
tətbiq edilir. MS Access, Clipper, Visual Foxpro, IMSVS, Olacle, Paradox, SQL Server və.s 
MS Office proqram paketinə daxil olan MS Access proqramı həm bir fərdi kompüterdə
həm də lokal kompüter şəbəkəsində fəaliyyət göstərə bilən VBİS – dir. 
Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və obyektlərin iş fəaliyyətləri ilə 
bağlı məlumatlar toplusudur. 
Verilənlər bazası kompüterlərin yaddaşında təşkil edilərək saxlanılan informasiya 
yığımıdır.Verilənlər bazalarında real obyektlər proseslər,hadisələr ilə bağlı böyük həcmdə 
məlumatlar saxlanılır. 
Verilənlər bazası struktura görə üç cür ola bilər: iyerarxik, şəbəkə, relyasion. 
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir 
obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq digər obyektə 
tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir .
Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər 
arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində obyektlərin 
quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin 
quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur. 
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq, 
məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi 
və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir. 
Son zamanlar relyasiyalı (relationəlaqə,münasibət) verilənlər bazaları geniş yayılmışdır. 
Relyasiyalı verilənlər bazası nəzəriyyəsi 1970 – ci ildə E.F.Kodd tərəfindən riyazi münasibətlər 
nəzəriyyəsinə əsasən yaradılmışdır. 
Relyasiyalı verilənlər bazası nəzəriyyəsinin əsas anlayışlarına cədvəl, münasibət, sətir, 
sütun, ilkin və xarici açar anlayışları daxildir. 
Relyasiyalı verilənlər bazalarında məlumatlar bir və ya bir neçe cədvəllərdə saxlanıla 
bilər. Cədvəllər arası əlaqələr onların bir və ya bir neçə üst – üstə düşən sahələrinə əsasən 
yaradılır. Hər cədvəldə bir tip obyektə aid məlumatlar saxlanılır. 
Relyasiyalı verilənlər bazalarında cədvəlin hər sətrində (yazısında) bir obyekt haqqında 
məlumat saxlanılır, bu məlumat unikaldır (təkrar olunmazdır). Cədvəllərdə sətirlərin unikallığını 
təmin etmək üçün açarlardan istifadə olunur. Cədvəlin bir və ya bir neçə sütun açarı ola bilər ki, 
bunada açar sütunları deyilir. Açar kimi ardıcıl və ya təsadüfi natural ədədlərdən, telefon 
nömrələrindən istifadə oluna bilər. 
downloaded from KitabYurdu.org


86 
Verilənlər bazalarının yaradılmasını və emalını həyata keçirən sistemlərə (dil və proqram 
vasitələrinə) verilənlər bazasının idarəetmə sistemləri deyilir. VBİS-ləri istifadəçi ilə VB–ı 
arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən proqramlardır. 
MS Access proqramı məlumatları saxlamaq, axtarmaq və təqdim etmək imkanlarını verən 
aşağidakı obyektlərdən ibarətdir: 

Таблицы – Cədvəllər verilənlər bazalarının əsasını təşkil edir. Bu proqramda çoxlu sayda 
cədvəl yaratmaq olar. 

Запросы – Sorğular verilənlər bazalarından məlumatların tapılıb əldə edilməsi 
vasitəsidir. 

Формы – Forma məlumatların cədvəllərə daxil edilməsini və baxışını forma pəncərəsi 
vasitəsilə yerinə yetirmək üçün istifadə olunur. 

Отчеты - VB-dakı məlumatları çap məqsədilə sənəd şəklində əks etdirmək üçün istifadə 
olunur. 
MS Access proqramını yükləmək üçün Пуск menyusunun Все программы alt 
menyusundan MS Access əmri seçilir. 
Yeni verilənlər bazası yaratmaq üçün Пустая база данных рабочего стола əmri seçilir. 
Ekrana Пустая база данных рабочего стола pəncərəsi açılır. 
Имя файла sətrində faylımıza (Bakı Biznes və Kooperasiya Kolleci -75) adı verib Обзор 
düyməsini sıxırıq. Bu zaman ekrana Файл новой базы данных pəncərəsi açılır. Açılan 
pəncərədə faylın yerləşəcəyi qovluğu açaraq, onun tipini qeyd edib ok duyməsini sıxırıq. 
downloaded from KitabYurdu.org


87 
Ekrana yenidən Пустая база данных рабочего стола pəncərəsi açılır. Həmin 
pəncərədən Создать düyməsini sıxdıqda ekrana proqramın əsas pəncərəsi açılır. 
Proqramın pəncərəsi pəncərə başlığından, menyu sətrindən, alətlər panelindən vəziyyət 
sətrindən, tapshırıqlar panelindən ibarətdir. 
Pəncərə başlığında proqramın piktoqamı, əsas pəncərənin adı və idarəetmə düymələri 
yerləşir. 
Menyu sətri cari pəncərənin menyusundan ibarətdir. Görülən əməliyyatdan asılı olaraq 
dəyişir. 
MS Access proqramında çoxlu sayda müxtəlif alətlər paneli mövcuddur. Onlar müxtəlif 
əməliyyatları yerinə yetirməyə imkan verən düymələrdən ibarətdir.Vəziyyət sətri əsas 
pəncərənin aşağısında yerləşir. Burada cədvəl və ya formanın sahələri ilə bağlı izahatlar və digər 
faydalı məlumatlar əks olunur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin