88
Pəncərənin yuxarı hissəsi sahənin təsvirini əks etdirir. Sahə Имя поля (Sahə adı), Tип
данных (Verilənlərin tipi), Описание (Təsvir sütunu)larından təşkil olunmuşdur.
Bu əsas
atributlardan başqa cədvəlin hər bir sahəsi əlavə xüsusiyyətlərə malik ola bilər. Onlar cədvəl
konstruktoru pəncərəsinin Свойства поля – hissəsində əks olunur. Aşağı hissə Общие (ümumi)
və Подстановка (əvəzetmə) bölmələrindən ibarətdir və sahələr üçün əlavə xassələrin təyin
olunmasına xidmət edir. Имя поля sütununda yeni cədvəlin sahələrinin adı daxil edilir. Тип
данных sütununa keçdikdə ona avtomatik olaraq Короткий текст – mətn verilən tipi daxil edilir
və xananın sağ küncündə sətir düyməsi yaranır. Sətir düyməsi ilə açılan siyahıdan lazım olan
verilən tiplərindən biri seçilir.
MS Access - də aşağıdakı verilənlər tipi nəzərdə tutulmuşdur.
Короткий текст - Sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur. (maksimum 255
simvol ola bilər). Hesablama prosesində
iştirak etməyən ədədlər, məsələn telefon nömrələri,
ünvan indeksləri və. s. mətn tipi ilə göstərilə bilər.
Memo – Mətn tipindən fərqli olaraq 64000 - ə qədər simvollu uzun sətr tipli informasiya
üçün nəzərdə tutulmuşdur.
Числовой – Tam və sürüşkən vergüllü həqiqi ədədləri adi və ya ikiqat dəqiqliklə daxil
olunmasını təmin edir.
Дата/Время – Vaxt və tarixin daxil olunmasını təmin edir.
Счетчик - İlkin və sonrakı açar sahələri üçün nəzərdə tutulmuşdur.
Логический - Вкл/Выкл və ya Да/Нет qiymətlərindən birini alan
sahələri üçün nəzərdə
tutulmuşdur.
Ole obyekti – digər Windows əlavələrinin obyektlərinin cari səhifəyə daxil olunmasını
təmin edir.
Гиперссылка – Sahəyə hiperəlaqənin – Web sənədlərin, şəbəkə və lokal faylların
ünvanlarının saxlanmasını təmin edir.
Мастер подстановок – İnformasiyanın digər cədvəldən, sorğudan və ya əvvəlcədən
müəyyən edilmliş siyahıdan seçilən açılan siyahılı sahələrin yaradılmasını təmin edir. Bu
əməliyyat bir neçə mərhələ ilə yerinə yetrilir. Hər bir mərhələyə uyğun pəncərə açılır. Bir
pəncərədən digərinə keçid Далее düyməsini sıxmaqla həyata keçrilir. Birinci mərhələdə açılmış
ilk pəncərədə informasiyanın digər cədvəldən və ya əvvəlcədən müəyyən edilmiş siyahıdan
seçilməli olduğunu müəyyən etməli.
Təsvir sütunu isə sahə üçün izahedici şərh yazılması üçün nəzərdə tutulmuşdur. Qeyd
edək ki, bir sütundan digər sütuna keçid Tab düyməsi ilə həyata keçrilir.
Hər bir sahənin verilənlərinin tipinə uyğun xassələr müəyyən etmək olar. Onların bir
qismi bütün tip verilənlər üçün digərləri isə konkret sahələr üçün nəzərdə tutulmuşdur.
Размер поля – Sahəyə daxil olunacaq mətnin uzunluğunu və ya ədədin tipini – bayt, tam
(Целое), Длинное цело, Обычное, ikiqat dəqiqliklə (Двойной точностью) müəyyən edir.
Format – verilənlərin formatını müəyyən edir.
Число десятичных знаков – Onluq kəsr şəklində daxil olunan informasiyalarda
vergüldən sonra rəqəmlərin sayını müəyyən etməyə imkan verir.
downloaded from KitabYurdu.org
89
Маска ввода – daxiletmə şablonu sahəyə informasiyanın format əsasında
düzgün daxil
olmasını asanlaşdırır.
Подпись – yazı xassəsi kimi müəyyən olunmuş simvollar cədvəl rejimində, forma və
hesabatlarda sahə başlığı olacaqdır. Bu sahə boş buraxıldıqda isə sahə adı avtomatk sahə başlığı
olacaq.
Значение по умолчанию – o təkrar olunan informasiyanın daxil olmasını
avtomatlaşdırmağa xidmət edir.
Условие на значeние – Sahəyə düzgün informasiyanın daxil olmasına nəzarət edir.
Сообщение об ощибке - Səhv məlumatları əks etdirir.
Обязательные поля – Vacib sahə kimi qəbul olunmuş sahəyə informasiya mütləq daxil
olmalıdır.
Индексированные – Sahənin indeksli olmasını müəyyən edir. İndeks informasiya
axtarışını sürətləndirir.
İndekslər - konstruktor pəncərəsində cədvəlin strukturu yaradılan zaman yaradılır.
Sahələrin sayından asılı olaraq indekslər sadə və mürəkkəb olmaqla iki yerə bölünür.
İndekslərdən ilkin açarların yaradılmasında istifadə oluna bilər. İndekslər unikal olmalıdır.
Sadə indeks yaratmaq üçün cədvəl konstruktoru
pəncərəsinin Свойства поля
hissəsindəki Индексированное поле xüsusiyyətindən istifadə olunur.
Burada üç hal ola bilər:
1. Sahə indekslidir və təkrar yol verilməzdir. Да (Совпадения не допускаются ). Bu halda
sahədə eyni informasiya təkrar oluna bilməz
2. Sahə indekslidir və təkrara yol verilə bilər. Да(Допускаются совпадения)
3. Sahə indeksli deyil
Cədvəlin bir neçə sahəsindən ibarət (mürəkkəb) indeks yaratmaq üçün aşağıdakı
əməliyyatlar yerinə yetrilir:
Lazım olan cədvəli Конструктор rejimində açılır.
Sonra Файл menyusundan və yaxud da alətlər panelindən Индексы əmri seçilir.
Ekrana Индексы dialoq pəncərəsi açılır. İndeks sütununa indeksin adı daxil edilir.
Bu daxil
ediləcək sahələrdən birinin də adı ola bilər. Sonra Имя поля sütununa keçilir və sətir düyməsi ilə
cədvəlin sahə adlarının siyahısı seçilir. İndeksə daxil olan birinci sahənin adı seçilir. Növbəti
addımda Имя поля sütununda indeksə daxil olan digər sahə adları seçilir. Индекс – sahəsi boş
saxlanılr.Порядок сортировки – sütunundan indeks sahəsindəki məlumatların sıralanma qaydası
seçilir.
По возрастанию – artan
По убыванию – azalan. İndeks ən çox 10 sahədən ibarət ola bilər. İndeks sahələrini
seçdikdən sonra pəncərə bağlanılır.
Bu üsul cədvəllərin yaradılma prosesini surətləndirir.
Qeyd etmək lazımdır ki, Мемо,
Поле обьекта ОЛЕ, Гиперссылка tipli sahələr
indeksləşdirilə bilməz. Числовой, Дата\время, Денежный, Логический tiplərinin formatları
cədvəl konstruktoru pəncərəsinin Свойства поля bölməsinin Формат
поля sətrindən dəyişdirilə
bilər.
downloaded from KitabYurdu.org