Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə101/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

ürgüqolunun emalı.
Sürtgüqolu, pistonlu maşınlarda 
(daxili yanma mühərriklərində, nasoslarda, kompressorlarda, 
buxar maşınlarında və sairədə) fırlanma hərəkətini istiqaməti 
dəyişən düzxətli hərəkətə, yaxud əksinə, düzxətli hərəkəti fırlanma 
hərəkətinə çevirmək üçündür. 
Maşınqayırma sənayesində sürgüqoluna daxili yanma 
mühərriklərində, qaz və hava kompressorlarında, lehmə 
nasoslarında və mancanaq dəzgahlarında rast gəlirik. Bu 
maşınlarda sürgüqolu, hərəkəti dirsəkli valdan və ya çarxqolundan 
alaraq pistona ötürür. 
Sürgüqoluna iş prosesində növbə ilə sıxıcı və dartıcı 
qüvvələr təsir edir. Sürətli maşınlarda sürgüqoluna bunlardan 
başqa, əyici moment və inersiya - qüvvələri də təsir edir. Ona görə 
də sürgüqolu möhkəm, sərt və yüngül olmalıdır, onun deşikləri 
dəqiq və təmiz emal edilməlidir. 
Ölçülərinə görə üç növ: kiçik, orta və iri sürgüqolları olur. 
Kiçik və orta ölçülü sürgüqollarının böyük başındakı deşiyinin 
diametri 30 - 100 mm, deşiklərinin oxları arasındakı məsafə isə 
100 - 450 mm olur. İriölçülülü sürgüqollarının böyük başındakı 
deşiyin diametri 100 - 300 mm, deşiklərinin oxları arasındakı 
məsafə isə 500 - 1250 mm qədər və daha çox ola bilər. 


Şək. 10.14. Ventil gövdəsi və onun e’mal eskizləri 
Böyük başı qapaqlı sürgüqolunun qapağı özü ilə bütöv 
döyülür və gövdə ilə birlikdə emal edilir. Başı ayrılan 
sürgüqollarının başları ayrı döyülür və emal edilir. 
Sürgüqollarının pəstahı 35 və ya 45 markalı karbonlu 
poladdan, yaxud 40 X və ya 38XA markalı poladdan hazırlanır. 
Kiçik və orta ölçülü sürgüqollarının pəstahları zavodların 
çoxunda (dəstə istehsalında və külli istehsalında) qızğın halda 
ştamplanır, iri sürgüqolları isə sərbəst döyülür və ya tökülür. 


Sürgüqollarının mexaniki emalı, onun deşiklərini və yan 
üzlərini dəqiq və təmiz hazırlamaqdan ibarətdir. 
Konstruksiyasına görə: bütöv, böyük başı qapaqlı və başları 
ayrı hazırlanan sürgüqolları ola bilər. Lehmə nasoslarının 
sürgüqolu bütöv hazırlanır. Neft sənayesində işləyən 
kompressorların sürgüqolunun böyük başı qapaqlı olur. Mancanaq 
dəzgahlarının çoxunda sürgüqolunun hər iki başı ayrı hazırlanır və 
boru vasitəsi ilə bir-birinə birləşdirilir (şəkil 10.15). 
Şək. 10.15. Sürgüqolu 
Ümumiyyətlə, maşın hissələrinin zavodlarda hazırlanması 
üçün tətbiq olunan emal üsuları, istehsalın növündən və zavodun 
avadanlığından asılıdır. Ona görə də müxtəlif zavodlara 
sürgüqolunun hazırlanması üçün tətbiq olunan mexaniki emal 
proesləri, əməliyyatların xarakterinə və gediinə görə bir-birinən 
seçilir. Ümumiyyətlə, eyni konstruksialı sürgüqollarının mexaniki 
emal proesləri bir-birinə oxşardır. Məsələn, orta ölçülü, 
ştamplanan və böyük başı qapaqlı sürgüqolunun mexaniki emal 
proesi aşağıdakı əməliyyatlardan ibarət ola bilər: 1) yan üzlərini 
frezləmə; 2) nişanlama; 3) deşmə; 4) pardaxlama; 5) kiçik başın 
içyonuşu; 6) böyük başın yanlarını frezləmə; 7) böük başın bolt 
taxılan üzlərini frezləmə; 8) bolt deşiklərini açma; 9) böyük başın 
içyonuşu; 10) qapağı kəsmə; 11) yağ deşiklərini açma; 12) 
sürgüqolunun gövdəsini deşmə; 13) qapağı deşmə; 14) silingər 
əməliyyatı; 15) başların içini təmiz yonma. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin