Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə97/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

1)
 
Sürtünmə əmsalının kiçik olması; 
2)
 
Yeyilməyə yüksək dərəcədə davamlı olması; 
3)
 
Kövrəkliyin azlığı (daş yataqlarda); 
4)
 
Korroziyaya davamlılıq və s. 


 
Şək. 10.9. Oymağın membranlı patronda bağlama sxemi (a və b) 
və daxili sferik üzü cilalamaq üşün istifadə edilən sürtücü (v) 
Yataq oymaqları müxtəlif metal xəlitələrdən, təbii və süni 
materiallardan, şüşədən və polimer materiallarından hazırlayırlar. 
Metal yataqların sürtünmə əmsalı nisbətən böyükdür, eyni 
zamanda titrəməyə davamlıdır. Ona görə də metal xəlitələrindən, 
başlıca olaraq, aviasiya cihazlarının yataqları üçün istifadə edirlər. 
Metal yataqları berillium tuncundan, sink xəlitələrindən və 
sairədən hazırlayırlar. Sink və qurğuşun xəlitəsi çox xırda yataqlar 
üçün xeyli əlverişli olur, həm də belə yataqlar polad oxlara yağsız 
işləmək imkanı yaradır. 
Süni və təbii materiallardan hazırlanan daş yataqların 
sürtünmə əmsalı (metal yataqlara nisbətən) kiçik, bərkliyi isə 
böyük olur. Bundan başqa, mineral yataqlar korroziyaya çox 
davamlı olur. Ona görə də yüksək həssaslıq tələb olunan 
cihazlarda (xüsusən kiçik sürtünmə momenti tələb olunursa), daş 
yataqlardan istifadə edilir. Daş yataqlar üçün başlıca olaraq korund 
(Al
2
O
3
), bor karbidi (V
4
S) və silisium karbidi (SiC) işlədilir. 
Şüşə yataqlar hərəkət edən hissələri çox yüngül olan 
cihazlarda tətbiq edilir. Bu yataqları, başlıca olaraq, xüsusi növ 
şüşədən hazırlayılar. Xüsusi növ şüşədən hazırlanmış yataq 
zərbəyə xeyli davamlı olur. Şüşə yataqların bərkiiyi daş yataqlara 
nisbətən az olur. Nəticədə val və oxlar şüşə yataqlarda nisbətən az 
yeyilir. Polimer materialından olan yataqlar əsasən elektrik 
cihazlarında tətbiq edilir, bir sıra hallarda yağsız da işləyə bilirlər. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin