vəziyyətə gətirildikdə məftil qolun üstündə qabaqcadan çəkilmiş
nişan cizgisinin üstünə düşməlidir).
İkinci üsuldan istifadə edərkən rəng valın boynuna çəkilir.
Qaşımanın axırında
qolun vəziyyətini, şəkildə göstərildiyi kimi
şaqul vasitəsi ilə yoxlayırlar.
Yuxarıda göstərilən uydurma üsulları başlıca
olaraq fərdi
istehsalda, xırda və orta dəstə istehsalında (sakin və bağlama
yığmaları üçün) tətbiq olunur. İri dəstə istehsalında
və külli
istehsalda qarşılıqlı əvəzolunmanın tətbiq olunması nəticəsində
uydurma işi azalır və ya tamam aradan götürülür.
11.3. Bağlamaların yığılması
Maşının bir-biri ilə əlaqədar olan və ya eyni vəzifəni daşıyan
hissələrinə birlikdə bağlama (yaxud qovşaq) deyirlər. Bağlamalar
iki növ olar: konstruksiya və yığma bağlamaları.
Konstruksiya bağlanmasına başlıca
olaraq eyni vəzifəni
daşıyan hissələr, yığma bağlamasına isə bir-biri ilə əlaqədar olan
hissələr daxil olur. Belə hissələri ayrıca yığırlar və ümumi yığma
zamanı onları maşının üstünə yığılmış bağlama şəklində qoyurlar.
Ayrı-ayrı hallarda ümumi yığma zamanı maşının üstünə
qoyulan bağlama özü bir neçə kiçi bağlamalardan (qovşaqlardan)
toplanmış ola bilər. Bundan başqa bir sıra hissələr ümumi yığma
zamanı birbaşa maşının üstündə yerləşdirilir.
Yığma bağlamalarına pistonlu nasosların və kompressorların
sürgüsü (kreyskofu), sürgüqolu, pistonları, klapan qutuları və s.
misal ola bilər.
Kompressorun sürgüsünün yığılması.
Sürgü, maşının
gövdəsinin paralel üzləri arasında hərəkət edir (şəkil 11.3). Paralel
üzlər üzrə, sürgünün gövdəsinə (1) vintlər (3) vasitəsi ilə bağlanmış
sürüngəclər (2) sürüşür. Ona görə də sürüngəclər (başmaqlar)
sürgünün gövdəsinə kip və möhkəm bağlanmalıdır. Yığma zamanı
sürüngəclərin altına araqatı qoyulur.
Maşının gövdəsinin paralel üzləri
ilə sürgünün sürtünən
üzləri arasında olan araboşluğu bu araqatların qalınlığı ilə tənzim
edilir. Sürgünün üzləri və maşının gövdəsinin onlarla görüşən
üzləri yeyildikcə araqatının qalınlığını artırırlar.
Şək. 11.3. Kompressorun sürgüsünün yığılması
Sürgünü yığmağa başlamazdan qabaq barmaq keçən deşiyin
oxunun sürgünün oxuna perpendikulyarlığını yoxlamaq lazımdır.
Bu yoxlama nişan tavasının üzərində aparılır: piston, pistonqolu
(ştok) və sürgü bir-birinə bağlanmış halda 11.4-cü
a
şəklində
göstərildiyi kimi üfüqi vəziyyətdə prizmaların
üstünə qoyulur;
sürgünün içinə təmiz və dəqiq hazırlanmış xüsusi val taxılır. Sonra
kvadratşəkilli təsviyəni valın yanına sıxaraq barmaq deşiyi oxunun
sürgünün oxuna perpendikulyarlığını yoxlayırlar.
Hazırlıq əməliyyatlarından
biri barmaq keçən deşiyin
içliklərində yağ yuvaları açmaq və içlikləri qaşımaqdır.
Sürgünü yığmazdan qabaq lazım olan araqatlarını da
hazırlamaq lazımdır. Araqatların qalınlığı elə götürülməlidir ki,
barmaq ilə deşiyin divarı arasında olan araboşluğu 0,03-0,05 mm
olsun.
Yığılmış sürgü aşağıdakı texniki şərtləri təmin etməlidir:
Dostları ilə paylaş: