Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə105/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

1)
 
Diametri dirsəkli valın boynunun diametrinə bərabər olan 
köməkçi val vasitəsi ilə yoxlayaraq qaşımaq; 
2)
 
Bilavasitə dirsəkli valın boynu üzrə yoxlayaraq qaşımaq. 
Birinci üsulla qaşıyarkən, köməkçi valın üstünə nazik rəng 
çəkərək sürgüqolunu onun üstünə taxırlar və boltları elə bağlayırlar 
ki, sürgüqolunu üfüqi vəziyyətə gətirib buraxdıqda özü (çətinliklə) 
enə bilsin. Sonra qolu açıb yatağın içini qaşıyırlar. Qaşıma prosesi, 
11.2-ci 

şəkiində 
a

a
xətti ilə göstərilən, uzununa kəsik müstəvisi 
dirsəkli valın boynunun oxuna perpendikulyar oluncaya qədər 
davam etdirilir. Bu vəziyyət sürgüqolunun başına bağlanmış nazik 
(0,2 mm) məftil vasitəsi ilə yoxlanılır (sürgüqolu şəkildə göstərilən 


vəziyyətə gətirildikdə məftil qolun üstündə qabaqcadan çəkilmiş 
nişan cizgisinin üstünə düşməlidir). 
İkinci üsuldan istifadə edərkən rəng valın boynuna çəkilir. 
Qaşımanın axırında qolun vəziyyətini, şəkildə göstərildiyi kimi 
şaqul vasitəsi ilə yoxlayırlar. 
Yuxarıda göstərilən uydurma üsulları başlıca olaraq fərdi 
istehsalda, xırda və orta dəstə istehsalında (sakin və bağlama 
yığmaları üçün) tətbiq olunur. İri dəstə istehsalında və külli 
istehsalda qarşılıqlı əvəzolunmanın tətbiq olunması nəticəsində 
uydurma işi azalır və ya tamam aradan götürülür. 
11.3. Bağlamaların yığılması
 
Maşının bir-biri ilə əlaqədar olan və ya eyni vəzifəni daşıyan 
hissələrinə birlikdə bağlama (yaxud qovşaq) deyirlər. Bağlamalar 
iki növ olar: konstruksiya və yığma bağlamaları. 
Konstruksiya bağlanmasına başlıca olaraq eyni vəzifəni 
daşıyan hissələr, yığma bağlamasına isə bir-biri ilə əlaqədar olan 
hissələr daxil olur. Belə hissələri ayrıca yığırlar və ümumi yığma 
zamanı onları maşının üstünə yığılmış bağlama şəklində qoyurlar. 
Ayrı-ayrı hallarda ümumi yığma zamanı maşının üstünə 
qoyulan bağlama özü bir neçə kiçi bağlamalardan (qovşaqlardan) 
toplanmış ola bilər. Bundan başqa bir sıra hissələr ümumi yığma 
zamanı birbaşa maşının üstündə yerləşdirilir. 
Yığma bağlamalarına pistonlu nasosların və kompressorların 
sürgüsü (kreyskofu), sürgüqolu, pistonları, klapan qutuları və s. 
misal ola bilər. 
Kompressorun sürgüsünün yığılması.
Sürgü, maşının 
gövdəsinin paralel üzləri arasında hərəkət edir (şəkil 11.3). Paralel 
üzlər üzrə, sürgünün gövdəsinə (1) vintlər (3) vasitəsi ilə bağlanmış 
sürüngəclər (2) sürüşür. Ona görə də sürüngəclər (başmaqlar) 
sürgünün gövdəsinə kip və möhkəm bağlanmalıdır. Yığma zamanı 
sürüngəclərin altına araqatı qoyulur.


Maşının gövdəsinin paralel üzləri ilə sürgünün sürtünən 
üzləri arasında olan araboşluğu bu araqatların qalınlığı ilə tənzim 
edilir. Sürgünün üzləri və maşının gövdəsinin onlarla görüşən 
üzləri yeyildikcə araqatının qalınlığını artırırlar. 
Şək. 11.3. Kompressorun sürgüsünün yığılması 
Sürgünü yığmağa başlamazdan qabaq barmaq keçən deşiyin 
oxunun sürgünün oxuna perpendikulyarlığını yoxlamaq lazımdır. 
Bu yoxlama nişan tavasının üzərində aparılır: piston, pistonqolu 
(ştok) və sürgü bir-birinə bağlanmış halda 11.4-cü 
a
şəklində 
göstərildiyi kimi üfüqi vəziyyətdə prizmaların üstünə qoyulur
sürgünün içinə təmiz və dəqiq hazırlanmış xüsusi val taxılır. Sonra 
kvadratşəkilli təsviyəni valın yanına sıxaraq barmaq deşiyi oxunun 
sürgünün oxuna perpendikulyarlığını yoxlayırlar. 
Hazırlıq əməliyyatlarından biri barmaq keçən deşiyin 
içliklərində yağ yuvaları açmaq və içlikləri qaşımaqdır. 


Sürgünü yığmazdan qabaq lazım olan araqatlarını da 
hazırlamaq lazımdır. Araqatların qalınlığı elə götürülməlidir ki, 
barmaq ilə deşiyin divarı arasında olan araboşluğu 0,03-0,05 mm 
olsun. 
Yığılmış sürgü aşağıdakı texniki şərtləri təmin etməlidir: 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin