Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə102/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

10.5. Dişli çarxların emalı 
 
Xalq təsərrüfatının bütün sahələrində işləyən maşın və 
cihazlarda dişli hissələrə rast əlinir. Ancaq iri maşınqayırmada ildə 
100 milyondan artıq müxtəlif dişli çarxlar hazırlanır. 
Neft sənayesində işləyən maşınlarda da dişli hissələr, o 
cümlədən dişli çarxlar, az deyildir. Neft sənayesində işləyən 
maşınların və alətlərin dişli hissələrini dörd qrupa ayırmaq olar: 1) 
dişli çarxlar; 2) zəncir çarxları; 3) şlisli vallar; 4) şaroşkalar. 
Dişli çarxlar neft avadanlıqlarında, reduktorlarda, 
gücgötürən qutularda və s. maşınlarda tətbiq olunur. 
Dişli çarxlardan aşağıdakı əsas texniki şərtlər tələb olunur: 
1) dişin profilinin və addımının dəqiqliyi; 2) dişlərin bölmə 
çevrəsinin çarxın oxuna nisbətən konsentrikliyi; 3) dişlərin 
sürtünən üzlərinin təmizliyi və yeyilməyə davamlılığı; 4) dişlərin 
möhkəmliyi və s. 
Maşınların sürətinin və gücünün artması ilə əlaqədar olaraq, 
dişli çarxlarda tələb olunan texniki şərtlər gün-gündən artır. Bir 
sıra maşınlarda (dəzgahlarda, avtomobillərdə və s.) çarxlar 25 
m/san çevrəvi sürətlə işləyir, hətta ayrı-ayrı hallarda çevrəvi sürət 
150 m/san-yə çatır. 
DST üzrə dişli çarxlar üçün dörd dəqiqlik sinfi və hər 
dəqiqlik sinfində çarxların dəqiqliyini səciyyələndirən ölçülərin 
(dişlərin addımının və qalınlığının, çarxın deşiyinin diametrinin və 
s.) hədləri müəyyən edilmişdir. Axırıncı illərin təcrübəsi göstərir 
ki, dörd dəqiqlik sinfi kifayət deyildir. Ona görə də DST üzrə dişli 
çarxlar üçün 12 dəqiqlik dərəcəsi müəyyən edilmişdir. 
Müasir maşın və cihazlarda işləyən dişli çarxların quruluşu 
və ölçüləri çox müxtəlifdir. Ümumi quruluşuna görə çarxlar val, 
dairə, oymaq və halqa şəklində ola bilər (şəkil 10.16).


Şək. 10.16. Dişli hissələrin əsas növləri


Çarxların diametri 3 mm-dən bir neçə metrə qədər, modulu 
isə 0,75-75 mm-ə qədər olur. 
Dişlərin quruluşuna görə də çarxların bir neçə növə ayırmaq 
olar: 1) düz və spiral dişli silindrin çarxlar (şəkil 10.16, 
a
və b); 2) 
daxildə düz və spiral dişləri olan çarxlar (e); 3) sonsuz vint çarxları 
(v); qoşadişli silindrin çarxlar (q, 
z , i ) ;
5) düz və spiral dişli nonus 
çarxlar (ğ). 
Dişli çarxları başlıca olaraq 45 və 50 marnalı narbonlu, 20X 
və 40X marnalı xromlu və xüsusi cins poladlardan hazırlayırlar. 
Bundan başqa, dişli çarxlar 1532 və ya 24-44 marnalı boz 
çuqundan, tuncdan və təbəqədən plastin nütlələrdən də hazırlanır. 
Çuqun niçin sürətlə işləyən və az güc ötürən çarxlar üçün 
tətbiq olunur. Tuncdan başlıca olaraq sonsuz vint çarxlarını 
hazırlayırlar. 
Laylı və başqa plastin nütlələr (tenstolit, naylon və sairəyə) 
yünsən (40-50 m/san) çevrəvi sürətlə işləyən çarxlar üçün tətbiq 
olunur. Plastin nütlələrdən olan çarxların dişləri çox zaman polad 
və ya çuqun çarxın dişləri ilə görüşür. Belə cütlər titrəmələri 
söndürür, səssiz və sanit işləyir. 
Son illərdə dişli çarxları metal saxsısı materialından da 
hazırlayırlar, məsələn, zavodların birində dişli çarxları 96% dəmir, 
3% mis və 1% narbon tozundan preslədindən sonra 1160-1180°C-
də bişirirlər. 
Çarxın işləmə şəraitindən, istehsal miqyasından və 
istehsalatın avadanlığından asılı olaraq, silindrin çarxların 
pəstahının hazırlanması və mexanini emalı müxtəlif texnologiya 
planları və əməliyyatlarla aparılır (şəkil 10.17). 
Silindrin çarxların pəstahı çubuq materialdan doğranmış, 
döyülmüş, qızğın halda ştapmlanmış və tökülmüş ola bilər. Çubuq 
materialdan diametri 150 mm-ə qədər olan xırda çarxları 
hazırlayırlar. Diametri 500 mm-ə qədər olan orta ölçülü polad
çarxların pəstahı əksəriyyətlə döyülür və ya ştamplanır. Diametri 
500 mm-dən yuxarı olan çarxların pəstahı tökmə üsulu ilə 
hazırlanır
.


Şək. 10.17. Dişli çarxların dişlərinin əsas emal üsullarının təsnifatı


Dişli çarxların pəstahı, habelə çarx hazırlanacaq çuuq 
material, mexaniki emaldan qabaq termini emaldan keçir 
(normallaşdırılır və ya yumşaldılır). 
Dişləri açılmış çarxların xarici görünüşü val, halqa və ya 
dairə tipli maşın hissələri kimi olur. Ona görə də çarxların 
mexanini emalı dişləri açılıncaya qədər val, halqa və dairə tipli 
maşın hissələrinin mexanini emalından çox az seçilir. Val ilə bütöv 
hazırlanan çarxlar (məsələn, reduktorun aparan valı üzərindəni 
çarx) dişləri açılıncaya qədər val kimi emal edilir. Valın üstünə 
taxılan çarxlar (məsələn, lehmə nasosunun aparılan çarxı) dişləri 
açılmaya qədər dairə kimi emal edilir və i.a. Ona görə də bu fəsildə 
ancaq çarxların dişlərinin emalından bəhs olunur. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin