Çuqundan və poladdan tökülən, konstruksiyaları isə eyni
olan, siyirtmə gövdələrinin mexaniki emalı
prosesləri eyni olur,
yaxud bir-birindən az seçilir. Çuqundan tökülmüş flanslı siyirtmə
gövdəsinin (şəkil 10.12, a) mexaniki emalı, maşınqayıran
zavodlardan birində belə bir plan üzrə gedir: 1) üst flansı yonma;
2) yan flansları yonma; 3) deşmə; 4) sürtmə.
Üst flansı yonma əməliyyatı qapaqbağlanan flansın yanını
(1 üzünü) yarımtəmiz yonmaqdan ibarətdir. Bu əməliyyat zamanı
məmul 10.12-ci,
b
şəklində göstərildiyi kimi, xüsusi tərtibatın
üstündə yerləşdirilərək, yanlardan boltlar vasitəsi ilə bərkidilir. Bu
yerləşdirmədə məmul tərtibatın gövdəsinin (borudan haçırlanmış)
orta hissəsinə dayanır.
Yan flansların yonma əməliyyatı iki yerləşdirmə ilə əmələ
gətirilir. Birincidə, məmulu birbaşa dəzgahın stolunun üzərində
yerləşdirərək, 2 üzünü yarımtəmiz yonurlar (şəkil 10.12, v).
İkincidə isə məmul, 10.12-ci q
şəklində göstərildiyi kimi, xüsusi
tərtibatın üçərində yerləşdirilir; 3 üzü yarımtəmiz, 4 və 5 üzləri isə
kobud və təmiz yonulur.
Hər iki əməliyyat (üst və yan flansların yonulması) karusel
dəzgahında aparılır.
İkinci əməliyyatı iki əməliyyata (kobud və təmiçz yonmaq)
ayıraraq, birincidə 2 və 3 üzlərini yarımtəmiz, 4 və 5 üzlərini isə
kobud yonmaq, ikincidə isə 4 və 5
üzlərini təmiz yonmaq daha
əlverişli olar.
İkinci əməliyyatın kobud və təmiz əməliyyatlara ayrılması
dəzgahdan və fəhlə qüvvəsindən səmərəli istifadə olunmasını, 4 və
5 üzlərinin daha dəqiq emal edilməsini təmin edir.
Deşmə əməliyyatı radial burğu dəzgahında gedir. Məmul
10.12-ci ğ şəkilndə göstərildiyi kimi, xüsusi tərtibatın
(konduktorun) içində yerləşdirilir. Konduktorun tavaşəkilli üst
hissəsi,
məmulun üzərinə qoyularaq, 9 və 10 söykənəcək hissələri
vasitəsi ilə bazalaşdırılır. Sonra tavanı 11 və 12 boltları vasitəsi ilə
məmulun üzərinə sıxırlar.
Sürtmə əməliyyatı, şaquli burğu dəzgahına oxşar xüsusi
tərtibat üzərində gedir. Bu əməliyyat zamanı gövdənin palaşka
söykənən üzləri sürtülür. İş prosesində
məmul tərpənməz halda
bağlanmış olur. 14 sürtücüsü isə 13 yayı vasitəsi ilə məmulun
üzünə sıxılmış halda (şaquli ox üzərində yarımdövr qədər) sağa və
sola dönür (şəkil 10.12, d). Sürtücü material olaraq, mineral yağla
qarışdırılmış bor karbidi işlənir. 4 Və 5 üzlərini sürtmək,
siyrtmənin gövdəsi ilə plaşkaların görüşdüyü üzlər arasında
yüksək kiplik yaratmaq üçündür. Bu məqsədlə plaşkaların da yan
üzləri sürtülür.
Maye keçən deşiyinin diametri 50, 75, 100, 150 və 200 mm
olan siyirtmələrin çuqun gövdələri bu üsul ilə emal edilir.
Siyirtmələrin qaynaqlanmış gövdələri dörd hissədən:
dibçək, iki ədəd qısa boru və flansdan ibarət olur (şəkil 10.13, a, b
və v).
Dibçəyin pəstahı bir başı bağlı boru şəklində ştamplanır
(şəkil 10.13, q). Dibçəyin mexaniki
sexdə emal edilməsi və
siyirtmənin gövdəsi şəklini alması üçün maşınqayırma
zavodlarının birində aşağıdakı plan tərtib edilmişdir: 1) dibçəyin
başıını yonma; 2) flansı qaynaqlama; 3) flansı təmiz yonma; 4)
flansı deşmə; 5) dibçəyi deşmə; 6) içyonuş; 7) yığaraq
qaynaqlama; 8) yumşaltma; 9) yanyonuş; 10) sürtmə.
Dibçəyin başını yonma əməliyyatı onun lazımi boyunu
( h
uzunluğunu) müəyyən edərək başındakı artığını kəsməkdən və
sonra flans taxılan hissənin üstünü (2 üzünü) həm
də baş üzünü
yonmaqdan ibarətdir.
Bu əməliyyat torna dəzgahında gedir. Məmul dəzgahın
şpindelinə taxılmış xüsusi sağanağın üstünə geydirilir və içəridən
tutulur. Sağanağın üstünə taxılmış xüsusi planka (3) onun boyunu
müəyyən edir. İş proseində məmulun titrəməməsi üçün, dal aşığa
taxılmış fırlanan və başı dairəvi mərkəz (4) onun üçün dayaq
vəzifəsini görür.
Şək. 10.13. Qaynaqlanmış siyirtmə ğövdəsinin
hissələri və
onların emal eskizləri