Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə98/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

10.3. Pistonların emalı 
 
Pistonlar kompressorların, nasosların və daxili yanma 
mühərriklərinin əsas hissələrindən biridir. Maşının faydalı iş 
əmsalı, silindrinin işləmə müddəti və pistonun yeyilmə müddəti, 
pistonun və onun üzərində oturan halqaların hazırlanma 
Keyfiyyətindən xeyli asılıdır. Piston və halqalar ölçü və şəkilcə 
dəqiq və habelə təmiz hazırlanmalıdır. Bundan başqa, piston 
möhkəm və mümkün qədər yüngül olmalıdır. 
Nasoslarda və kompressorlarda bir neçə tip pistonlar 
(dairəvi, barmaqdeşikli, pilləli, yığma və sairə) tətbiq olunur. 
Bunlardan ən geniş yayılmışı dairəvi və barmaqdeşikli 
pistonlardır. 
Dairəvi pistonlar nasoslarda (şəikl 10.10, a) və kom-
pressorlarda (şəkil 10.10, b) tətbiq olunur. Bunların diametri 100-
dən 900 mm-ə qədər ola bilir. 
Barmaq deşikli pistonlar başlıca olaraq kompressorlarda və 
daxili yanacaq mühərriklərində tətbiq olunur. Bu növ pistonlar 
birpilləli (şəkil 10.10, v), ikipilləli (şəkil 10.10, q) və düzaxın tipli 
(şəkil 10.10, ğ) ola bilər. Barmaqdeşikli pistonların diametri 
ümumiyyətlə 75-dən 350 mm-ə qədər olur. 
Pistonları başlıca olaraq dartılma möhkəmliyi həddi 18 
Kq/mm
2
və bərkliyi HB = 170 - 230 olan СЧ 18-36 markalı boz 
çuqundan, ayrı-ayrı hallarda pilləli pistonları poladdan, başqalarını 
isə alüminium xəlitəsindən hazırlayırlar. 
Pistonların mexaniki emalından tələb olunan əsas texniki 
şərtlər bunlardır: 
1. Ümumiyyətlə pistonlarda: 
a) piston halqası yuvalarının yan üxzləri bir-birinə paralel və 
pistonun üst üzünə perpendikulyar olmalıdır (paralellik yuvanın 
eninin müsaidəsi daxilində, perpendikulyarlıq isə 100 mm uzunluq 
üçün 0,05 mm-dən artıq olmamalıdır); 
b) pistonun üstünün və qol deşiyinin ovallığı və konusluğu 
diametrinin müsaidəsi daxilində olmalıdır; 


Şək. 10.10. Pistonlar 
v) hidravlik sınaq vaxtı pistonun divarlarından maye 
keçməməlidir. 
2.
Dairəvi pistonlarda: 
a)
qol taxılan deşik 7-ci dəqiqlik kvaliteti üzrə 
hazırlanmalıdır və pistonun üstü ilə konsentrik olmalıdır; 
b)
qol taxılan deşiyin baş üzü oxuna perpendikulyar 
olmalıdır (qeyri-perpendikulyarlıq qolun diametrinin hər 100 mm 
üçün 0,02 mm-dən artıq olmamalıdır); 


v) pistonun yan üzləri, üst üzünün oxuna perpendikulyar 
olmalıdır (qeyri-perpendikulyarlıq pistonun diametrinin hər 100 
mm üçün 0,02 mm-dən artıq olmamalıdır); 
3.
Barmaqdeşikli pistonlarda: 
a)
piston barmağı deşiyinin oxu pistonun üst üzünün oxuna 
perpendikulyar olmalıdır (qeyri-perpendikulyarlıq hər 100 mm 
uzunluq üçün 0,02 mm-dən artıq olmamalıdır); 
b)
pilləli pistonların pillələrinin üstü eynioxlu olmalıdır 
(pillələrin üstünün vurması 0,03 mm-dən artıq olmamalıdır); 
v) piston barmağı deşiyin ovallığı və konusluğu deşiyin 
diametri müsaidəsinin yarısından artın olmamalıdır. 
Dairəvi pistonların çoxunu içi boş halda çuqundan tökürlər. 
Mexaniki sexdə dairəvi pistonların planı üzrə aşağıdakı 
əməldiyyatlardan ibartədir: 1) artımı kəsmə; 2) yarısını kobud 
yonma; 3) ikinci yarısını kobud yonma; 4) deşmə; 5) təmizləmə; 
6) frezləmə; 7) hidravlik sınaq; 8) deşiyin yarısını təmiz yonma; 
9) deşiyin ikinci yarısını təmz yonma; 10) çilingər işi; 11) üstünü 
təmiz yonma; 12) haşiyələmə; 13) sürtmə. 
Artımikəsmə əməliyyatı, pistonun diametrindən asılı olaraq 
torna və ya karusel dəzgahında gedir. Tökməni artım tərəfindən 
dördyumruqlu patronda tutaraq, pistonun uzunluq ölçüsü üzrə 
artımı kəsirlər (şəkil 10.11). 
Yarısın kobud yonma əməliyyatı da pistonun diametrindən 
asılı olaraq, torna və ya karusel dəzgahında aparılır. Tökməni 
üstdən dördyumruqlu patronda tutaraq, əvvəl baş üzünü sonra içini 
və üstünü yarıya qədər yonurlar və piston yuvalarını açırlar (şəkil 
10.11, b). Yonma zamanı hamı üzlərdə, habelə yuvalarda təmiz 
yonmaq üçün pay saxlayırlar. 
İkinci yarısını kobud yonma əməliyyatı pistonun birinci 
yarısının yonulması Kimi gedir; mə,mulun yonulmuş başını 
patronda tutaraq üstünü, içini və baş üzünü pay saxlamaq şərti ilə 
yonurlar (şəkil 10.11, v). 


Deşmə əməliyyatı karusel dəzgahında gedir. Pistonun 
tökməsini içi boş hazırlamaq üçün tökmə qəlibinin ortasında şişka 
(içlik) yerləşdirmək lazım gəlir. Şişka silindrik ayaqları ilə altdan 
və üstdən qəlibin divarlarına söykənir. Ona görə də qəlibə metalı 
tökdükdə ayaqların yeri pistonun yanlarında deşik şəklində qalır. 
Tökməni təmizlərkən bu deşiklərdən şişkanın qumunu çıxarmaq 
üçün istifadə edirlər. Ancaq sonra belə deşiklər bağlanmalıdır. Bu 
məqsədlə deşmə əməliyyatı zamanı, deşikləri burğu ilə böyüdür, 
qıraqlarını zenkovkalayır və yiv burğusu ilə içində yiv açırlar. 
Təmizləmə işi tökmənin içindən, deşmə zamanı tökülmüş 
yonqarları və qum qalıqlarını çıxarmaqdan, təzyiqli hava ilə içini 
təmizləməkdən, habelə deşiklərə yivli tıxac taxmaqdan ibarətdir 
(deşiklərdən ikisi hidravlik sınaq üçün açıq qalır). 
Frezləmə əməliyyatı şaquli burğu dəzgahında gedir. Yivli 
tıxacları deşiklərə vintaçan və ya açar vasitəsi ilə bağlayırlar. Ona 
görə də tıxacın bir hissəsi (başı) deşikdən Kənarda qalır, bu hissəni 
frezləmə zamanı Kəsib götürürlər. 
Bu əməliyyatı ayrı-ayrı zavodlarda müxtəlif üsullarla yerinə 
yetirirlər. Xırda dəstə istehsalında tıxacların başını onları deşiyə 
bağlayan çilingərin Özü Kəsir; orta dəstə istehsalında onları torna 
və ya Karusel dəzgahında Kəsirlər; iri dəstə istehsalında isə 
frezləyirlər. 
Hidravliki sınaq xüsusi stend üzərində aparılır. Bu əməliyyat 
pistonun hava, qaz və mayeləri keçirməmək qabiliyyətini yəqin 
etmək və ümumiyyətlə möhnəmliyini yoxlamaq üçündür. 
Hidravlik sınaq zamanı pistonun içində təzyiq altında müəyyən 
müddət su saxlanılır. Bunun üçün pistonun yan üzündə açıq 
saxlanmış ikiyivli deşikdən istifadə olunur. 
Deşiyin yarısını təmiz yonma əməliyyatı torna və revolver 
dəzgahında gedir. Bunun üçün piston dördyumruqlu patron 
vasitəsi ilə üstündən tutulur, mərkəzi deşiyin içi təxminən yarıya 
qədər, cizgi rəsmi üzrə təmiz yonulur. Bundan sonra pistonun yan 
(üst) üzünü yarımtəmiz yonurlar (şəkil 10.11, q). 


Şək. 10.11. Pistonun emal eskizləri 


Deşiyin ininci yarısını təmiz yonma əməliyyatı pistonun qol 
taxılan deşiyinin emalını tamamlayır. Bu əməliyyat da torna və ya 
karusel dəzgahında aparılır. Məmulun deşiyinin yonulmuş başını 
mərkəzləyici (oxu dəzgahın şpindelinin oxu üzərində olan) 
barmağın üstünə taxaraq plankalar ilə bağlayırlar (şəkil 10.11, ğ) 
sonra deşiyin içinin qalan pillələrini təmiz yonurlar. Çilingər işi 
hidravliki sınaq zamanı istifadə olunan deşiklərə yivli tıxac 
bağlamaqdan ibarətdir. 
Üstünü təmiz yonma əməliyyatı mərkəzli torna dəzgahında 
gedir. Məmulu sığanağa taxaraq mərkəzlər arasında yerləşdirirlər 
(şəkil 10.11, d) üstünü, yanlarını və halqa yuvalarını cizgi rəsmi 
üzrə təmiz yonurlar. 
Haşiyələmə əməliyyatı zamanı çilingər pistonun tilişkələrini 
götürür, iti kənarlarını dairələyir və giriş yerlərində haşiyə əmələ 
gətirir. 
Sürtmə əməliyyatı zamanı pistonun deşiyinin qolsöykənən 
üzünü və deşiyin o biri başında qaykasöykənən üzünü sürtərək 
onların müstəviliyini və təmizliyini artırırlar. 
Barmaqdeşikli pistonların texnologiya prosesində bir sıra 
əməliyyatlar dairəvi pistonların əməliyyatları Kimidir, ancaq 
texnologiya təsnifatı üzrə barmaqdeşikli pistonlar bucaqdeşikli 
hissələr sinfinə daxildir. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin