Adi işgil yuvalarını, işgil frezi dəzgahında,
şaquli və üfqi
frez dəzgahlarında, uzun yuvaları isə uzununa frezləyən
dəzgahlarda açmaq olar. Valların işgil yuvalarını bu dəzgahlarda
frezlərkən onları dəzgahın stoluna
bağlamaq üçün prizmatik
yataqlı tərtibatlardan istifadə edilir (şəkil 10.4, ğ). ???
Üçtərəfli dairəvi frez ilə başlıca olaraq yuvaları və qismən
başıbağlı yuvaları açırlar (şəkil 10.4, a). Bundan başqa xüsusi
konstruksiyası olan dairəvi frez ilə dibi yarımdairəvi işgil yuvası
açmaq olur (şəkil 10.4, b).
Dairəvi frez ilə yuva açarkən, aləti itiləmənin və bağlamanın
dəqiqlik xətasının nəticəsində yuvanın eni frezin enindən 0,1 mm
qədər artıq alına bilər. Ona görə də eni dəqiq olan yuvaları açarkən
(yuvanın sağ və sol yanı ilə gedərək) iki gedişlə və ya iki frez ilə
frezləmək lazım gəlir. Yuvanı iki frez ilə eyni zamanda frezlərkən
onların arasına lövhəcik yerləşdirərək alətin və yuvanın
enini
tənzim etmək olur.
Şək. 10.4. İşgil yuvalarını açmaq üsulları
Uc (başı dişli) frezlərindən başlıca olaraq eni 20 mm- dən
artıq olan yuvaları açmaq üçün istifadə edirlər Bu üsul başları bağlı
olan yuvanı açarkən yuvanın başlanğıc başını qabaqcadan burğu
ilə deşmək lazımdır.
İşgil frezləri eni 3-40 mm olan yuvaları açmaq üçün işlənir
(şəkil 10.4, q). Bu frezlər həm oxuna perpendikulyar,
həm də
paralel verişlə frezləyə bilir. Ona görə də bu alət ilə işgil yuvası
frezlərkən, əvvəl alətin oxu istiqamətində verişlə yuvanın dərinliyi
əmələ gətirilir, sonra isə val boyu verişlə yuva frezlənir.
Bu üsul ilə işgil yuvası açmağın məhsuldarlığı adi uc
frezlərə görə 2-2,5 dəfə artıqdır. Odur ki, işgil yuvası açmaq üçün
işgil frezlərindən geniş surətdə istifadə edilir.
Bu üsul ilə işgil
yuvalarını başlıca olaraq xüsusi işgil yuvası frezləyən (məsələn,
692 modelli) dəzgahlarda açırlar. Bu dəzgahlarda yuvanı açan
zaman mə’mul dəzgahın stolu ilə birlikdə tərpənməz halda qalır.
Veriş hərəkəti şpindel aşığı vasitəsi ilə əmələ gətirilir. Bu
xüsusiyyət ölçüləri kiçik olan işgil yuvası frezləyən dəzgahlarda
ağır və uzun valların işgil yuvalarını açmağa imkan verir.
Dostları ilə paylaş: