Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə92/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 


 
Düzəltmə.
Uzunluğu diametrinə nisbətən bir neçə dəfə 
böyük olan valları, vintləri və onların pəstahlarını çox zaman 
düzəltmək lazım gəlir, çünki bunları oxu əyri halda hazırladıqda 
emal payı çox vermək tələb olunur, işin dəqiqliyi azalır, dəzgah 
çox yeyilir və kəsici alət tez-tez qırılır. 
Böyük valları (diametri 150 mm-ə qədər olanları) ancaq 
qızdırılmış halda düzəldirlər, orta və kiçik diametrli valları isə həm 
qızdırılmış, həm də soyuq halda düzəltmək olar. Qızdırılmış halda 
düzəltdikdə val plastik deformasiya olunur. Ona görə də 
materialda heç bir daxili gərginlik əmələ gəlmir. Soyuq düzəltmə 
nəticəsində materialda daxili gərginlik əmələ gələ bilər. 
Uzunluğu diametrinə nisbətən böyük olan vallar mexaniki 
e’mal prosesində bir neçə dəfə düzəldilir, məsələn elektrik qazıma 
maşının valı hazırlanma prosesində mərkəzləmədən, kobud və 
təmiz yonmadan sonra (azı 3 dəfə) düzəldilir. 
Soyuq halda düzəltməni xüsusi bənd və əl presi vasitəsi ilə, 
elektrik mühərriki ilə işləyən pres üzərində və xüsusi düzəltmə 
dəzgahlarında yerinə yetirmək olur. 
Bənd ilə düzəltmə torna dəzgahı üzərində aparılır. Bu üsul 
ilə düzəldərkən valı gözəyarı və indikator vasitəsi ilə yoxlayırlar. 
Belə düzəltmənin dəqiqliyi 2 m uzunluğunda val üçün orta hesabla 
0,1-0,3 mm olur. Bənd ilə düzəltdikdə dəzgah yeyilir və 
dəqiqliyini tez itirir. Ona görə də torna dəzgahında düzəltmək üçün 
ən çox əl presindən istifadə edilir (şəkil 4.2.b).??? 
Əl presi ilə düzəldərək, məmulu əyilmiş hissəsinin qabarıq 
yeri yuxarı olmaqla 
a-a
dayaqlarının üzərində yerləşdirir və vint 
vasitəsi ilə basaraq düzəldirlər. Sonra məmul 
v-v
mərkəzləri 
arasında yerləşdirərək əyriliyini yoxlayırlar. 
Torna dəzgahlarında bənd və ya əl presi ilə düzəltmə 
üsullarından fərdi, xırda və dəstə istehsalında istifadə olunur. İri 
dəstə istehsalında və külli istehsalda valları, vintləri və onların 
pəstahlarını müxtəlif preslər üzərində düzəldirlər. 


İri dəstə istehsalında və külli istehsalda çubuq materialları 
və çubuq materialdan doğranmış pəstahları düzəltmək üçün 
düzəltmə-kalibrləmə dəzgahından istifadə edilir. Şəkil 4.2.a-da 
düzəltmə karetkasının sxemi verilmişdir. Bu dəzgahda düzəltmə 
hiperboloid profilli üç cüt diyircək vasitəsi ilə əmələ gətirilir.
Diyircəkiərin köməyi ilə ox boyu hərəkət edir, həm də karetka ilə 
birlikdə fırlanır. Bu üsul ilə düzəltdikdə dəqiqlik, yonulmamış 
çubuq materialın 1 m uzunluğu üçün 0,25-0,5 mm, yonulmuş 
materialın 1 m uzunluğu üçün isə 0,1-0,2 mm olur. 
Xüsusi düzəltmə dəzgahı olmayan halda, diametri 10 mm-ə 
qədər olan çubuqları, 4.2 
v
şəklində göstərilən tərtibatın vasitəsi ilə 
torna dəzgahında düzəltmək olur. Düzəltmə prosesində suport 
çubuğu dartır, tərtibat isə patron ilə birlikdə fırlanaraq onu 
düzəldir. 
Başüzyonma.
Çubuq materialdan doğranmış pəstahların baş 
üzü müstəvi və oxuna perpendikulyar alınır. Ona görə də çubuq 
materialdan olan pəstahları doğradıqdan sonra onların baş üzlərini 
kobud yonmaq lazım gəlmir. Döyülmüş (bəzən val şəklində 
tökülmüş) pəstahların baş üzləri hamar olmadığından, onların 
başlarını mərkəzləməmişdən qabaq yonmaq lazımdır. Pəstahın baş 
üzünü yonmaq üçün torna, revolver, üfüqi içyonuş və nağaralı frez 
dəzgahlarından istifadə etmək olar. 
Pəstahın diametri dəzgahın şpindelinin deşiyindən kiçik 
olarsa, onun şpindelin içində yerləşdirərək, boynunu patron ilə 
tutduqdan sonra, baş üzünü yonurlar. Bu üsul ilə pəstahların baş 
üzlərini revolver və torna dəzgahlarında yonmaq olur. Pəstah 
şpindelin içinə yerləşmirsə, baş üzünü yonmaq üçün onun bir 
başını patronda tutaraq, o biri başını tuşluğa dayamaq lazımdır. 
Pəstahı tuşluğa dayamaq üçün oymaq taxmaq və ya 
qabaqcadan üstündə (bir və ya iki) kəmər yonmaq lazımdır. 
Kəmərləri yonmaq üçün pəstahın bir başında drel vasitəsi ilə və ya 
burğu dəzgahında müvəqqəti mərkəz deşiyi açılmalıdır. Bundan 
sonra pəstahın bir başını patronda tutaraq və o biri başını dal 


mərkəzə dayayaraq üstündə tuşluq üçün kəmər açmalı, pəstahın 
kəmərini tuşluğa dayamalı və sonra da mərkəzi geri çəkərək baş 
üzünü yonulmalıdır. 
Böyük valların baş üzlərini üfqi burğu (və ya içyonan) 
dəzgahında frezləmək olur. 
Torna, revolver və üfqi burğu dəzgahlarında pəstahın baş 
üzlərini emal etməyin əsas nöqsanı ondan ibarətdir ki, məmulu 
dəzgahda yerləşdirməyə çox vaxt sərf edilir və nəticədə prosesin 
məhsuldarlığı az olur. Ona görə də iri dəstə istehsalında və külli 
istehsalda, pəstahların baş üzlərini nağaralı frez dəzgahında və ya 
dördşpindelli xüsusi frezləmə və mərkəzləmə dəzgahında 
frezləyirlər. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin