C fakepath stehsal proseslerinin texnoloji saslar kitab
9. METAL KƏSMƏ PROSESLƏRİ VƏ METALKƏSƏN DƏZGAHLARIN TƏSNİFAT PRİNSİPLƏRİ 9.1. Pǝstahların növləri və kəsmə üçün hazırlanması Maşınqayırmada aşağıdakı növdə pəstahlardan istifadə
olunur:
- çuqun, polad və əlvan metal ərintilərindən alınmış töküklər;
- polad və bir sıra əlvan metallardan yayıqlar və döyüklər;
- nazik təbəqə metaldan soyuq ştamplama döyükləri;
- polad və əlvan metallardan çeşid metal;
- çeşidli materiallardan, qeyri-metal materiallardan və plastik
kütlədən pəstahlar və b.
Emal payı - hazır iş parçalarını almaq üçün pəstahın səth
qatından götürülən metal qatına deyilir. Verilmiş səthin emal
prosesinin sonuna qədər götürülən pay metalı ümumi, ayrı ayrı
əməliyyatlarda götürülən pay metalı isə
əməliyyatlararası emal payı adlanır. Pəstahlara verilən ümumi və əməliyyatlararası emal
payının ölçüsü pəstahın emal üsulu nəzərə alınmaqla standartalara
uyğunlaşdırılmış məlumat cədvəllərində verilir. Pəstahların
əvvəlcədən emal əməliyyatları mexaniki sexlərdə, bəzi hallarda
isə pəstahhazırlama sexlərində kəsmə və mərkəz açma ilə aparılır.
Kəsmə mexaniki bıçqı ilə, metal mişarlayan dəzgahlarda, lentli və
dairəvi mişarlarla, pardaqlayıcı dairələrlə və xüsusi kəsmə
dəzgahlarında, həmçinin sürtülmə mişarları ilə aparılır.
Mərkəz açma əməliyyatı ilə pəstahların yan tərəflərində
mərkəz deşikləri kəsilir (şəkil 9.1). Mərkəz deşikləri müəyyən
tələbləri ödəməlirdir:
a) hər iki mərkəzin oxu pəstahın ümumi həndəsi oxu üzərinə
düşməlidir;
b) konusu hissə dəqiq 60° bucaqlı konus şəklində olmalıdır;
c) 120° bucal altında kəsilmiş ikinci xarici konus qoruyucu
rolunu görür. Onun sayəsində kəski ilə arxa mərkəzə toxunmadan
pəstahın yan tərəfındə kəsmə aparmaq imkanı yaranır.
Şək. 9.1. Mərkəz deşikləri: a - normal; b - qoruyucu konuslu