C fakepath stehsal proseslerinin texnoloji saslar kitab
8.2. Plastik kütlədən məmulat alma üsulları, presləmə prosesi və təzyiq altında tökmə Sənaye plastik kütlədən məmulat alma üsulları müxtəlifdir
və əsas emal üsulları aşağıdakılardan ibarətdir: presləmə
(kompression və tökmə), təzyiq altında tökmə və ekstruziya.
Plastik kütlələrdən
məmulatı konsiruksiya etdikcə istehsal
texnologiyasının xüsu- siyyətləri və materialın mexaniki xassələri
nəzərə alınmalıdır.
Presləmə
ilə
məmulat
hazırlamaq üçün hissələri
layihələndirmədə aşağıdakı texnoloji tələblər nəzərə alınmalıdır:
məmulatın divarı- nın normal qalınlığı 2...5 mm, ən azı - 0,5...1
mm, maksimum - 15...20 mm həddində ola bilər; bu halda
presləmədə divarın qalınlığının müxtəlifliyi 1 : 3, tökmə üsulunda
isə 1 : 6 nisbətində ola bilər.
Presləmə və tökmə üsulları ilə hazırlanan məmulatın pres-
qəlibdən çıxarılmasını asanlaşdırmaq üçün onların daxili və xarici
səthlərinə
mailliklər
verilməlidir.
Presləmədə
dərinliyi
diametrindən üç dəfədən az olmaqla yivli deşiklər almaq olar.
Pres-materialların emalında iki qızmar presləmə üsulundan
daha geniş istifadə olunur: 1) düzünə və ya kompression və 2)
presləmə ilə tökmə
Düzünə (kompression) presləmə üsulu ilə istənilən
dolduruculu termoreaktiv materiallardan orta və böyük olmayan
ölçülərdə sadə şəkilli məmulat alınır; ikinci üsul ilə isə əsasən
termoplastik materiallardan mürəkkəb konfiqurasiyalı məmulat
hazırlanır (şəkil 8.2).
Plastik kütlədən məmulat hazırlmaq üçün hidravlik və yaxud
mexaniki preslərdən istifadə edilir. Presləmə prosesi yüksək
keyfıyyətili legirlənmiş və ya karbonlu alət poladlarından
hazırlanmış
pres-qəliblərdə
aparılır.
Plastik
kütlənin
preslənməsinin texnolpji prosesi əsasən iki mərhələ ilə aparılır: 1)
ilkin materialın preslənmə üçün hazırlanması; 2) bilavasitə
presləmə.
Düzünə presləmədə həblər, dənəvari və yaxud ovuntu
şəklində hazırlanmış və dozalanmış pres-material bilavasitə pres-
qəlib boşluğuna yüklənir. İstiliyin və presləyici təzyiqin təsiri ilə
pres-material əvvəlcə plastik hala düşür və sonra pres-qəlibin
boşluğuna uyğun şəkillənir. Presləmə prosesində qızmış
termoreaktiv
materialda
polikondensasiya
(polimerizasiya)
reaksiyaları gedir, bunun sayəsində material özlülüaxma halına
keçir, pres-qəlibi doldurur, verilmiş şəkli alır və sonra bərkiyərək
stabil hala keçir.
Düzünə presləmə əksər hallarda qapalı pres-qəliblərdə
hidravlik preslər vasitəsilə aparılır; təzyiq presin plunjerindən
puanson
1 vasitəsilə preslənən materiala ötürülür. Presləmə
zamanı aparılan əməliyyatlar: I - öncədən qızdırılmış pres-qəlibin
matrisasının boşluğuna 2 dozalanmış həb şə- killi pres-material
4 yüklənilir; II - puansonun
1 aşağı hərəkəti ilə pres-qəlib qapanır;
bu zaman presləyici təzyiq altında preslənmə prosesi gedir;
bərkimə və alının məmulun mexaniki xassələrinin və elektrik-
texniki
göstəricilərinin
yaxşılaşması
üçün
şəkillənmiş
termoreaktiv kütlə 5, bir müddət pres-qəlibdə təzyiq təsiri altında
saxlanılır; III - puansonun yüxarı hərəkəti ilə pres-qəlib açılır və
itələyici
3 vasitəsilə hazırlanmış məmul matrisadan çıxarılır.
Şək. 8.2. Düzünə presləmə (a) və presləmə ilə tökmə (b) üsulları
ilə məmulat alma sxemləri
Presləmə ilə tökmə zamanı aşağıdakı əməliyyatlar yerinə
yetirilir (şəkil 8.2b): I - puansonu