toplanırsa, bu konstruksiyanın möhkəmlik ehtiyatını azaldır və
yaxud onun dağılması ilə nəticələnir. Deformasiyanı və qalıq
gərginliyi azaltmaq üçün bir sıra
texnoloji tələblər yerinə
yetirilməlidir; o cümlədən: birqatlı tikişlər şəkil 7.9-da
göstərildiyi ardıcıllıq üzrə uzunluğu 100....350 mm olan ayrı-ayrı
sahəciiklər üzrə; çoxqatlı tikişiər kaskad metodu ilə (şəkil 7.9b);
əksinə deformasiya üsulundan istifadə etməklə (şəkil 7.9c);
qaynaq zamanı qaynaq metalını sərt tərtibatlarla bağlamaqla
(şəkil 7.9ç) və s.
Şək. 7.9. Qaynaq birləşməsində deformasiya və gərginlikləri
azaltmaq üçün texnoloji fəndlərin sxemləri (rəqəmlər tikişlərinin
qoyulma ardıcıllıqları, oxlar uyğun istiqamətlər)
Qalıq gərginliyi və deformasiyanı azaldıcı
termiki təsir
üsulları qaynaqdan öncə hissələrin qızdırılmasından, qaynaqdan
sonra
yüksək
tabəksiltmə,
normallaşdırma və tabalma
proseslərindən ibarətdir.