Dərs vəsaiti Bakı 2023


Qayrtaq təknəsi metalının kristallaşması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə78/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Qayrtaq təknəsi metalının kristallaşması. 
Qaynaq 
prosesində qövs yerini dəyişdikcə, onun ardınca qaynaq təknəsi 
(vannası) də yerini dəyişir. Bu zaman ərimiş metal təknənin arxa 
hissəsindən başlayaraq soyuyur və bərkiyərək qaynaq tikişi əmələ 
gətirir. Qaynaq təknəsi metalının kristallaşma sərhəddi sriməmiş 
əsas metalia kontakt səthi üzrədir. Bu proses birinci və ikinci 
kristallaşmaya aynlır. Maye metal və ya ərintilərin bərk haia 
keçmə prosesi
 birirıçi kristallaşma
adlanır. Allotropik çevrilməsi 
olmayan metalların strukturu birinci kristallaşma ilə formalaşır. 
Allotropik şəkildəyişməsi olan metal və ərintilər birinci 
kristallaşmadan sonra soyuduqda bərk halda
 ikinci kristallaşmaya
(faza çevrilməsinə) uğrayır.
Qaynaq təknəsi metalının birinci kristallaşması periodik 
gedir; belə ki, istilik mübadiləsi vaxtaşrı pisləşir, periodik gizli 
kristaliaşma istiliyi ayrılır. Bu səbəbdən tikiş metalında qatlı 
struktur əmələ gəlir, dendrit və zonalar üzrə likvasiya yaranır. 
Kristallaşmış metal qatlarının qalınlığı, qaynaq təknəsinin 
həcmindən və onun soyuma sürətindən asıiı olaraq millimetrin 
onda birindən bir neçə millimetrə qərər dəyişir. Likvassya 
prosesinə aaynaq üsulu xeyli təsir göstərir. Bərk metalda iç 
qarışıqlı likvatların diffuziya şəraitini yaxşılaşdırmaqla zonalı və 
dendrit likvasiyasını xeyli azaltmaq mümkündür. Məsələn, 
metalın soyuma süretini artırmaqla qaynaq təknəsi metalının iki 
fazalı halının müddəti qısaldılır və bununla, maye və bərk 
fazaların qeyribircinslilik dərəcəsi azaldıiır. Kristallaşma 
temperatur intervalı böyük təsirə malikdir. 


Temperatur intervalı nə qədər klçik olsa, likvasiyanın 
səviyyəsi də bir o qədər aşağı olur. Məsəşən, kristallaşma intervah 
25...35°C olan az karbonlu poladlarda likvasiya zəif alınır. 
Poladda karbonun miqdan artdıqca kristallaşma temperatur 
intervalı artır və likvasiya dərəcəsi yüksəlir. 
Metalın ikinci kristallaşması dənələrin şəklinin dəyişilməsi 
üzrə baş verir. Bu xeyli dərəcədə metalın kimyəvi tərkibindən, 
onun soyuma sürətindən, həmçinin digər amillərdən asılıdır. 
Qaynaq zamanı ayrılan qövsün istiliyi əsas metal üzrə 
yayılır. Bu halda ərimə sərhəddindən uzaqlaşdıqca əsas metalın 
qızma sürəti və maksimal temperaturu azalır. Bunun nəticəsində 
əsas metal zonasında faza və struktur çevrilmələri baş verir, 
qaynaq birləşməsinin möhkəlik xassələri dəyişir. 
Qaynaq tsknəsinə bitişik əsas metai zonası
termiki 
təsirzonası
adlanır. 
Şskil 7.5-də az karbonlu poladdan qaynaq birləşməsində 
termiki təsir zonasının quruluşu və temperatur sahələri üzrə baş 
veon müxtəlif struktur çəvrilmələrinin sxemi göstərilmişdir. 
Metalı natamam ərimiş sahəcik (1) zo
nanın mühüm 
hissəsidir, burada əsas və qatqı metalları birləşir və ümumi 
kristallar əmələ gelir. Bu sahəcik, qalınlığı millimetrin onda bir, 
bezi hallarda isə yüzdə biri ilə ölçülən nazik zolaqdan ibarətdir. 
İfrat qızma sahəciyi (2)
ərimə temperaturu heddinə qədər 
qızdırılmış meta! zo- lağından ibarətdir. Bu sahəcik iridənəli 
struktura ilə xarakterizə edilir. Karbonu çox olan poladlarda, ifrat 
qızma iridənəli struktur emələ gətirir, metalın möhkəmlik və 
plastiklik xassələrlnin pisləşməsinə səbəb olur. İfrat qızma 
sahəciyi xüsusilə, tablanma stukturu əmələ gətirən poladlar üçün 
daha təhlükəlidir. 
Normallaşma 
sahəciyinə 
(3)
900°C-dən 
yüksək 
qizdırılmaya məruz qalmış metal zolağı aiddir. 3-cü sahəcikdə 
metalın qızdırılma və soyumasında yenidən kristallaşma baş verir 
və dənələr xeyli xırdalanır. 


Şək. 7.5. Termiki təsir zonasında struktur zonaları 
 
Natamam yenidən kristallaşmış sahəcik (4)
725°C-dən 
yüksək qızdırılmış metalı əhatə edir. Sahəciyin metalı ilkin iri 
dənələrdən və yenidən kristallaşmaya məruz qalmış xırdadənəli 
təşkiledicilərdən ibarətdir. Bu göstərir ki, əsas metalın aldığı 
istilik, onun tamamilə yenidən kristallaşması üçün kifayət etmir. 
Qarışıq struktur sayəsində bu sahəciyin metalının mexaniki 
xassələri yüksək olmur. 
Rekristallaşma səhəciyi (5)
450...500°C-dən yüksək 
qızdırılmış metal zolağını əhatə edir. Bu sahəcikdə metalda 
struktur çevrilməsi baş vermir, lakin əgər əsas metal qaynaq 
edilmezdən əwəl plastiki deformasiya edilmişsə, belə metalın 
deformasiyaya uğra- mış dənələri əwəlki şəklinə qayıdır. 
Göy-sınma sahəciyi (6)
strukturu üzrə əsas metaidan 
ayrılmır. Lakin sahəcsyin metalı bir qədər aşağı plastikliyə və 
özlülüyə malik olur, onun çatdaq əmələ gəlməyə meylliyi artır. 


Termiki təsir zonasının qalınlığı qaynaq üsulundan asılı olaraq 
dəyişir: çılpaq elektrodla əl ilə qaynaqda -2,5 mm; keyfıyyətli 
elektrodla əl ilə qaynaqda ~6 mm; flüsaltı av-tomatik qaynaqda -
2,5 mm. 
Qaynaq prosesinin tikiş və tikişətrafı zona metalına termiki 
təsirin azalması və keyfıyyətli qaynaq birləşməsinin alması, 
qaynaq rejimi ve texnikasının düzgün seçimindən, həmçinin 
qaynaq edilən hisslərin kənarlarımn yaxşı hazırlamasından 
asılıdır. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin