Kərtik
- tikişin kənarı boyu
əsas metalda dar çöküntü
şəklində müşahidə edilir; böyük cərəyanla və ya uzun qövslə
qaynaqda, qazyandırıcının gücünü artırdıqda, elektrodun və ya
qazyandırıcının və qatqı çubuğunun
vəziyyətləri düzgün
olmadıqda əmələ gələ bilər.
Şək. 7.6. Qaynaq birləşmələrinin xarici qüsurları
Səthi oksidləşmə
- tikiş metalının və onun ətrafında əsas
metalın oksidləşməsi; bu qüsur güciü oksidləşdirici mühit, qövsün
uzun olması, qazyandırıcının həddən çox güclü və ya qaynaq
cərəyan şiddətinin çox böyük olması, tikiş boyu elektrodun və ya
qazyandıncının yavaş hərəkəti sayəsində yaranır.
Yanma
- qalınlıq üzrə qaynaq tikişində açıq deşik şəklində
müşahidə olunur, Yanmanın əsas səbəbi qaynaq cərəyanının
böyük, qazyandırıcının gücünün çox, əsas metalın qalınlığının az
və uzunluq üzrə araboşluğunun qeri-bərabər ölçüdə olmasıdır.
Axma
- qızmamış əsas metalın
və ya tikişin öncəki qat
metalının səthinə maye tikiş metalının axması və onunla
birləşməməsi nəticəsində əmələ gəlir. Belə qüsur qaynaqçının
ixtisas dərəcəsinin aşağı olması, keyfiyyətsiz elektrodlar hesabına
alına bilər.
Səthi və daxili məsaməliklər
tikiş metalına qazların
(hidrogen, azot, karbon qazı və s.) düşməsi sayəsində əmələ gəlir.
Qaynaq edilən kənarların pis hazırlanması (zibil, pas, yağdan
təmizləmə), nəm örtüklü elektrodlardan
və nəm flüsdən istifadə
edilməsi bu tipdə qüsur əmələ gətirir.
Qeyri-metal birləşmələr
kiçik qaynaq cərəyanı ilə,
keyfiyyətsiz elektrodlarla, flüslə, çoxqatlı qaynaqda posanın yaxşı
təmizlənməməsi, qaynaq rejimini düzgün seçilməməsi və s.
zamanı əmələ gəlir.
Şək. 7.7. Qaynaq birləşmələrinin daxili qüsurları
Karbonlu və legirlənmiş poladlarda qaynaqdan sonra
soyuma zamanı tablama strukturları
əmələ gəlir və bunun
sayəsində çatdaqlar əmələ gələ bilər.
Dostları ilə paylaş: