8.4. Şüşə materialları və şüşə məmulatın istehsal texnoloji
prosesləri
Şüşələr kimyəvi tərkiblərə görə qeyri-üzvü olur. Qeyriüzvü
şüşələr termoplastik amorf materiallar qrupuna daxildir.
Qeyri-
üzvü şüşənin tərkibində başlıca olaraq silisium 4-oksid vardır.
Bundan əlavə, şüşə növlərində bu və ya digər miqdarda TiO
2
,
Al
2
O
3
, CaO, MgO, BaO, Na
2
O, K
2
O və s. olur. Qeyri-üzvü şüşə
istehsal etmək
üçün xammal kimi əsasən qum, təbaşir, soda,
dolomitdən ibarət şixtə götürülür. Şixtəyə, eyni zamanda, şüşə
qırıntıları da əlavə edilir. Şixtənin şüşəbişirən sobada qızdırırlar.
Sobanın temperaturu 1500
0
C-yə çatdıqda şixtə yumşalaraq əriyir.
Maye şüşə sobadan buraxılaraq tökmə, yayma, üfürmə,
presləmə və uzatma üsulları ilə hazır məmulata çevrilir. Şüşələrin
istilikkeçirmə qabiliyyəti çox aşağıdır (misinkindən 400 dəfə
azdır). Köpük-şüşə, şüşə yunu və şüşə mahlıcı istiliyi çox yaxşı
izolyasiya etdiklərindən istilik texnikasında
və tikinti işlərində
genişı tətbiq edilir. Şüşələrdən eyni zamanda buxar qazanları,
buxar maşınları, şüşə gözlüklər, təzyiqi ölçmək üçün manometrin
hissələri, avtobus, təyyarə, dəmiryol vaqonları üçün sınmayan
(çiliklənməyən) şüşə hazırlandıqda və s. istifadə edilir. Şüşələrin
tərkibləri müxtəlif olduğu kimi fiziki-mexaniki xassələri və tətbiq
sahələri də müxtəlifdir.
Kvars şüşə.
Bunun tərkibi başlıca olaraq silisium 4-oksiddən
(99,95 %) ibarətdir. Kvars şüşə yaxşı odadavamlılığa malik
material olduğundan ondan yüksək temperatur şəraitində işləyən
termocütlər üçün ucluq, laboratoriya sobalar üçün borular, mufel
və unduksion soba putaları hazırlayırlar.
Kvars şüşə dielektirik
olduğundan yüksək gərginliyə davamlı izolyasiya vasitələri kimi
istifadə edilir.
Çiliklənməyən şüşə.
Buna bəzən sınmayan şüşə və ya
tripleks adlandırırlar. Çiliklənməyən
şüşə bir neçə qatdan ibarət
olur. Belə şüşə almaq üçün iki və ya çox sənaye şüşəsi qatlarını
yüksək şəffaflıq və elastikliyə malik olan polimer yapışqanları ilə
yapışdırırlar. Şüşə qatları yüksək temperatur (100-110
0
C) və
təzyiq şəraitində (1,8 MPa) yaradılır. Bu üsul ilə alınmış şüşəni
sındırdıqda əmələ gələn kiçik şüşə çilikləri aralıq qatı olan
yapışqanın içərisində qalır.
Dielektirik şüşə.
Tabı artırılmış
halda tətbiq edilən şüşə
növlərində az miqdarda qələvi metal oksidi olur. Bu şüşələr
yüksək sitatik və dinamik qüvvələrin təsirinə qarşı dözümlülüyü
və elektrik izolyasiya qabiliyyəti ilə fərqlənir. Odur ki,
bu növ
şüşədən yüksək gərginlik izolyasiyaediciləri istehsal edilir.
Köpük şüşə.
Başqa növlərindən fərqli olaraq bu şüşə çox
yüngül və böyük məsaməliliyə malikdir (0,1-6mm
diametrli
məsamələr köpük şüşənin həcm kütləsini aşağı salır). Köpük şüşə
almaq üçün sənaye şüşə ovuntusunun yüksək temperaturda (700-
800
0
C- də) qazəmələgətirici maddələrlə (ovuntu halında təbaşir,
koks, kömür, qurum və s) bişirərək köpükləndirirlər. Köpük-şüşə
almaq üçün əsas xammal olan sənaye şüşəsi əvəzinə bir sıra dağ
süxurları və ya nefelin də götürmək olar. Köpük şüşə yaxşı
dielektrik olub, aşağı istilikkeçirmə əmsalına, yüksək mexaniki
möhkəmliyə, şaxtayadavamlılığa malikdir. Kömük şüşənin
bərkliyi və möhkəmliyi yüksək olduğundan güllə onu deşmir.
Köpük şüşədən elektriki, istiliyi keçirməyən və səsuducu, habelə
bəzək materialı kimi istifadə edilir.