Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə95/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

10.2. Oymaqların emalı 
Oymaqlar (vtulkalar) sinfinə içiboş və əksəriyyətlə içi əsas 
üz olan (o biri üzlərinə nisbətən dəqiq və təmiz emal edilən) 
müxtəlif hissələr daxildir. Bunların bə’zi nümunələri şəkil 10.5-də 
verilmişdir.
Oymaqlar sinfinə daxil olan maşın hissələrini dörd bölməyə 
ayırmaq olar: 1) normal oymaqlar; 2) uzun oymaqlar; 3) halqalar; 
4) dairələr. 
Normal oymaqlar bölməsinə daxil olan, hissələrin 
ölçülərinin nisbəti təxminən belə olmalıdır: d > 0,5D; 0,5D < 
l

5d (D və d - oymağın xarici və daxili diametri, 
l
isə uzunluğudur). 


Şək. 10.5. Kompressorun dirsəkli valı və onun pəstahı 
Normal oymaqlar bölməsinin hissələrini aşağıdakı qruplara 
ayırmaq olar (pilləsiz; pilləli; yivli; frezlənən, deşilən; mürəkkəb 
oymaqlar) (şəkil 10.6). 
Uzun oymaqlar bölməsinə, diametri uzunluğuna nisbətən 
kiçik olan və içi dəqiq emal edilən hissələr daxildir. Uzun 
oymaqların daxili üzünün qısa oymaqlardakından seçilir. 
Halqalar bölməsinə daxili və xarici diametrləri bir- birindən 
az fərqlənən və uzunluğu az olan hissələr daxildir. 
Halqalar bölməsinə daxil olan hissələrin əsas ölçülərinin 
nisbəti təxminən belə olmalıdır: d>0,5H; l<0,5 D. 
Halqalar bölməsinə aid olan hissələri aşağıdakı qruplara 
ayırmaq olar: sadə, deşilən, frezlənən, mürəkkəb halqalar, 
qaykalar. 
Dairələr (diskiər) bölməsinə daxili diametri 
VƏ 
uzunluğu 
xarici diametrinə nisbətən 
KİÇİK
olan hissələr daxildir. Dairə tipli 
hissələrin əsas ölçülərinin nisbəti təxminən belə olmalıdır: d < 
0,5D; 
l
< 0,5D. 
Dairələr bölməsinə mənsub olan hissələri aşağıdanı qruplara 
ayırmaq olar: şaybalar, qasnaqlar, deşilən dairələr, frezlənən 
dairələr və s. 


Şək. 10.6. Müxtəlif konstruksiyalı oymaqlar 
Daxili 
üzlərin 
emalı 
oymaqların 
hazırlanma 
texnologiyasında çox böyün yer tutur. Maşın hissələrində rast 
gələn daxili üzlər (deşiklər) daşıdığı vəzifəyə və formasına görə 
bir neçə növ olur: 1) başqa hissənin üstünə tərpənməz vəziyyətdə 
oturdulan və düyünün içində tərpənməz vəziyyət tutan hissələrin 
deşinləri; 2) başqa hissənin üstünə tərpənməz vəziyyətdə 
oturdulan və onunla birlində hərənət edən hissələrin deşinləri; 3) 
başqa hissələrlə hərənət edən vəziyyətdə görüşən deşinlər. 
Tərpənməz vəziyyətdə görüşən daxili üzlərdən başlıca 
olaraq yünsən dəqiqlin, tərpənən vəziyyətdə görüşən üzlərdən isə 
həm yünsən dəqiqlin, həm də təmizlin tələb olunur. 
Deşiklər formasına görə silindrin, konusvari, çox-üzlü
fasonlu (məsələn, sferin) və mürəkkəb quruluşlu ola bilər. 
Maşın hissələrini əhatə edən və ən çox rast gəlinən daxili 
silindrin üzlərdir. Ümumiyyətlə, daxili silindrik və konus üzlərin 
hazırlanması xarici üzlərin hazırlanasından çətindir.


Xarici silindrik və konus üzləri emal edərnən alətin ölçüləri 
emal edilən üzün ölçülərindən asılı deyildir; həmçinin aləti lazımi 
qədər sərt bağlamaq və emal edilən üzdə prosesin gedişinə sərbəst 
nəzər yetirmən olur. Daxili üzləri emal edərkən, bu imkanlar bir 
çox hallarda məhdudlaşır; alətin diametri, uzunluğu və başqa 
ölçüləri emal edilən üzün ölçülərinə müvafiq götürülür. Məsələn, 
burğu, zenner, rayber və bu nimi alətlərlə işlərnən alətin diametri 
emal edilən üzün diametrinə bərabər, alətin işlən hissəsinin 
uzunluğu isə emal edilən üzün uzunluğuna müvafiq olmalıdır. 
Deşiklər üçün tətbiq olunan əsas emal üsulları bunlardır: 
1)
Burğu, revolver və başqa dəzgahlarda deşmə, 
zenkerləmə və rayberləmə; 
2)
Torna və revolver dəzgahlarında, habelə avtomatlarda və 
yarımavtomatlarda nəsni və başqa alətlə yonma; 
3)
Daxili pardax dəzgahlarında və xüsusi qurğularda 
pardaxlama; 
4)
Abraziv materialları ilə sürtmə və cilalama; 
Deşmə prosesində məmulları dəzgahların üstündə müxtəlif 
üsullarla yerləşdirirlər. Bunun üçün müxtəlif tutuculardan, 
məngənədən, patrondan, dönən stoldan, konduktordan və sairədən 
istifadə edilir. 
Dönən universal stol üzərində bağlanmış məmulu şpindelin 
oxuna perpendikulyar müstəvi üzrə hərəkət etdirərək, onu lazımi 
vəziyyətə gətirmək imkanı verir. 
Konduktorlar məmulun içində deşiyin məmulun başqa 
üzlərinə nisbətən müəyyən vəziyyətdə alınmasını təmin edir. 
Konduktorlar ümumi istismar əlamətlərinə görə aşağıdakı növlərə 
ayrılır; tərpənməyən, üstdən qoyulan, səyyar, çevrilən, döndərilən, 
universal və s. 
Oymaqları müxtəlif materiallardan, əlvan metalların 
xəlitələrindən, şüşədən, müxtəlif daşlardan, plastik kütlə 
materiallarından hazırlayırlar. 
Oymaqlar sinfinə daxil olan və metaldan hazırlanan maşın 
hissələrini başlıca olaraq çubuq materialdan və ya borudan 


doğrayırlar. Bundan başqa, oymaqların pəstahları tökülmüş, 
ştamplanmış və toz materialdan preslənmiş ola bilər. 
Oymaq tipli maşın hissələrini hazırlarkən əsasən xarici və 
daxili silindr və konus şəkilli üzlərə tətbiq olunan emal 
üsullarından istifadə edilir. 
Oymaqları çubuqdan və ya borudan hazırlamaq istehsal 
proqramının həcmindən asılı olaraq, revolver dəzgahlarından 
fasonlu doğrama avtomatlarından, bir və ya çoxşpindelli çubuq 
avtomatlarından istifadə edilir. 
Çoxşpindelli avtomatlar dörd və altışpindelli olur. Bu 
dəzgahlarda oymaqlar bir və bir neçə mövqedə emal edilir. Bir 
mövqedə sadə hissələr emal olunur. Bu halda bir tsikl müddətində 
hər şpindel bir hissə verir. Mürəkkəb hissələr 2 və ya 4 (dörd 
şpindelli avtomatda), yaxud 3 və ya 6 (altışpindelli avtomatda) 
mövqedə emal edilir. 
Eyni hissələri e’mal edərkən dördşpindelli avtomatlarda 
emal vaxtı altışpindellidəkindən çox olur. Şəkil 10.7-dəki 
sxemlərdə ən çox vaxt tələb edən deşmə əməliyyatıdır. Deşiyi 
dördşpindelli avtomatda 33 mm (I mövqedə) altışpindellidə isə (II 
mövqedə) 19 mm uzunluğunda deşmək lazımdır. Ona görə də 
altışpindelli avtomatda emal vaxtı, dördşpindelliyə nisbətən, 
təxminən 2 dəfə az olur. 
Oymaqlar çubuq materialdan (və ya borudan) hazırlanmırsa 
(tökülür, ştamplanır, yaxud başqa üsulla alınırsa), onları, başlıca 
olaraq, revolver dəzgahlarında, patronlu yarımavtomatlarda və ya 
avtomatlarda e’mal edirlər. Bu dəzgahlarda, habelə çubuq 
avtomatlarında və yarımavtomatlarında, oymaqların daxili və xa-
rici silindr və konus üzləri emal edilir və yiv açılır. Bir sıra hallarda 
oymaqların üzərində müstəvilər əmələ gətirmək, oxuna 
perpendikulyar istiqamətdə deşik açmaq, oxuna paralel yuva 
açmaq və s. lazım olur. Belə üzləri frezləmə, deşmə, pardaxlama 
dəzgahlarında və başqa avadanlıqda emal edirlər. 


Şək. 10.7. Oymaq tipli cihaz hissəsinin (a) dörd və (b və v) altı 
şpindelli avtomatda emal sxemləri. 


Oymaq tipli hissələri çubuqdan hazırladıqda material 
(xüsusən iri ölçülü hissələr üçün) çox sərf olunursa da, 
məhsuldarlıq da yüksək alınır. Tökülmüş, ştamplanmış və sair 
üsullarla hazırlanan pəstahlardan istifadə etdikdə material nisbətən 
az sərf olunur, məhsuldarlıq da patronlu dəzgahlarda (çubuqla 
işləyən dəzgahlara nisbətən) az olur. Ona görə də texnologiya 
prosesini tərtib edərkən müəyyən şəraitdə hansı üsulun iqtisadi 
nöqteyi-nəzərdən əlverişli olduğunu yoxlamaq lazım gəlir. 
Xüsusi tip oymaqlar.
Xüsusi tip oymaqlardan bir neçəsi 
10.8-ci şəkildə verilmişdir. Bu oymaqlardan ölçü və forma 
dəqiqliyi, xüsusən yüksək təmizlik tələb olunur. Məsələn, 10.8, 
a
şəklindəki oymağın (halqanın) ölçüləri 7- ci kvalitet üzrə dəqiq 
hazırlanmalıdır. İçində dairələnmiş hissənin diametri 10,82+0,05 
mm, vurması isə xarici üzünə nisbətən 0,06 mm-dən artıq 
olmamalıdır. Üst üzünün (016P7) konusluğu, 0,003 mm-i 
keçməməlidir. Dairələnmiş hissənin təmizliyi 12-ci, üst və yan 
üzlərininki isə 8-ci sinif üzrə olmalıdır. 
10.8, 
b
şəklindəki oymağın içindəki dairələnmiş hissənin 
ellipsliyi 0,005 mm-dən, konus üzrə nisbətən vurması isə 0,015 
mm-dən artıq olmamalıdır. Yan üzlərin vurması 0,02 mm-i 
keçməməlidir. Dairələnmiş üz 12-ci, konus üz isə 8-ci təmizlik 
sinfi üzrə hazırlanmalıdır. 
Şək. 10.8. Müxtəlif konstruksiyalı çox dəqiq və təmiz hazırlanan 
xüsusi tip oymaqlar 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin