Dərs vəsaiti Bakı 2023


Silindrik çarxların dişlərinin açılması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə103/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Silindrik çarxların dişlərinin açılması. 
Düz, spiral və qoşa 
dişli silindrik çarxların üzərində aşağıdakı üsullarla diş açırlar:
 
1)
 
Üfüqi və universal frez dəzgahlarında dairəvi modul frez 
ilə diş açmaq. Bu üsul ilə silind çarxlara və sonsuz vint çarxlarına 
düz və spiral diş açmaq olur; 
2)
 
Dişfrezləyən dəzgahlarda (bəzən universal frez 
dəzgahlarında) sonsuz vint frezi ilə diş açmaq. Bu üsul ilə silindrik 
çarxlarda və sonsuz vint çarxlarında düz və spiral diş açmaq olur; 
3)
 
Dişiskənələyən (dişyonan) dəzgahlarda, kəsən çarx (və 
ya daraq) vasitəsi ilə çarxlara düz və spiral diş açmaq; 
4)
 
Daraq və kəsən çarx vasitəsi ilə, xüsusi dəzgahlarda qoşa 
dişli (şevron) çarxlara diş açmaq; 
5)
 
Xüsusi dəzgahlarda, barmaqşəkilli (modul) frez vasitəsi 
ilə qoşa dişli çarxlara diş açmaq. 
Bu üsulları iki
əsas növə ayırmaq olar: surətçıxarma (fasonlu 
frezləmə), yumalama ilə diş açmaq. 
Surətçıxarma, dairəvi və barmaqşəkilli modul frezlər ilə diş 
açarnan əmələ gəlir (şəkil 10.18, a və 10.19, a). 
Çarxların dişlərinin profili moduldan, dişlərinin sayından və 
ilişmə sistemindən asılıdır. Ona görə də bu üsul ilə dəqiq profilli 
dişlər əmələ gətirmən üçün zavodda böyük miqdarda müxtəlif 
frezlər olmalıdır. 


Şək. 10.18. 
Alət təsərrüfatında belə (azişlənən) frezləri çox miqdarda 
saxlamaq qənaət nöqteyinəzərindən əlverişli olmadığından əməli 
olaraq hər modul üçün bir dəst frezdən istifadə edilir. Hər bir 
dəstdə 8, 15 və ya 26 frez olur. Ən çox 8 və 15 frezdən ibarət olan 
dəstələr işlənir. Bu dəstlərin frezlərinin nömrələri və bunların aça 
bildiyi dişlərin sayı 10.1-ci cədvəldə verilmişdir. 
Modul frezləri ilə universal və üfqi frez dəzgahlarında diş 
açar (şəkil 10.19) silindrik çarxların Kən məmul dəzgahın 
dişlərinin frezlənməsi stolunun üstündə mərkəzlər arasında 
yerləşdirilir və bölücü başlığı ilə əlaqələndirilir. Bölmə (hər bir 
yuvanı frezlədikdən sonra mə’mulu lazımı bucaq qədər çevirmək), 
bölücü başlığı vasitəsi ilə əmələ gətirilir (şəkil 10.19, a). 


Spiral dişləri ancaq universal dəzgahlarda frezləmək olur
çünki spiral dişləri açarkən məmulun oxunu, frezin oxuna 
nisbətən, dişlərin yoxuş bucağı a qədər çevirmək lazımdır (şəkil 
10.19, q). 
Modullu frezlərlə diş açmaq az dəqiq və az məhsuldar 
prosesdir. Ona görə də bu üsuldan fərdi istehsalda və xırda dəstə 
istehsalında dişfrezləyən dəzgahlar olmayan hallarda istifadə 
edilməlidir (bu üsuldan bəzən dəstə istehsalında dişləri kobud 
açmaq üçün də istifadə edirlər). 
Barmaqşəkilli frez ilə başlıca olaraq modulu 20-dən yuxarı 
olan çarxlarda diş açırlar. 
Şək. 10.19. Dişlərin frezləmə sxemləri 


Cədvəl 10.1 
Dəstlərin frezlərinin nömrələri və bunların aça bildiyi dişlərin 
sayı 
15 frezli dəst 
8
frezli dəst 
Frezlərin N°-
si 
açdığı 
dişlərin sayı 
Frezlərin №-
si 
açdığı 
dişlərin sayı 
1
12
1
12-13 
1
1
/
2
13 


2
14 
2
14-16 
2
1
/

15-16 



17-18 

17-20 
3
1
/
2
19-20 



21-22

21-25 
41
/2 
23-25 



26-29 

26-34 
5
1
/

30-34 


6
35-41 
6
35-54 
6
1
/
2
42-54 



55-79 

55-134 
7
1
/
2
80-134 


8
135 və daha 
artıq 
8
135 və daha 
artıq 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin