11.
YIĞMA TEXNOLOGİYASI
11.1. Hazırlıq işləri
Hazırlıq işləri maşının hissələrini yığma prosesi üçün
hazırlamaqdan ibarətdir. Bunun üçün tökülmüş hissələrin
üstündəki artıq hissələri qələm ilə çapıb götürürlər, üzünü və içini
dəmir fırça, qələm, yeyə və sıxılmış hava ilə təmizləyirlər, gövdə
hissələrinin və qutuların içini rəngləyirlər.
Frezlənmiş və deşilmiş hissələrin üzündən tilişkələri və
yonqarları təmizləyirlər, deşiklərin, yuvaların və başqa üzlərin iti
Kənarlarını haşiyələyirlər.
Xırda dekşikləri deşirlər və lazım isə içində yiv açırlar.
Yığma prosesində deşmə iki növ olur: sərbəst deşmə və
yerinə görə deşmə.
Sərbəst deşmədə deşiyin yerini nişanlamaqla və ya ülgü
vasitəsi ilə müəyyən edirlər. Bir sıra hallarda hissənin üstündə
deşiklərin yerini onunla görüşən hissənin deşiklərinə və ya
vəziyyətinə görə müəyyən etmək lazım gəlir. Belə deşməyə
yerinə görə deşmə deyilir.
Yağlanan üzlərdə (yataqların içində, sürtünən müstəvilərdə
və sairədə) yağ novcuqları və yağkeçən deşiklər əmələ gətirirlər.
Kipləşdiriləcək birləşmələr üçün çox vaxt təbəqə şəklində
olan materialdan, nişan üzrə və ülgü vasitəsi ilə aralıq qatları
kəsib onları emal edərək lazımi şəkilə salırlar və i.a.
11.2. Uydurma işləri
Uydurma (priqonka) işləri çox hallarda əl ilə icra olunan
müxtəlif çilingər işləridir. Uydurma yeyələmək, deşib
rayberlədikdən sonra çivi çaxmaq, qaşımaq (şabrenie) və bu kimi
əməliyyatlar vasitəsi ilə əmələ gətirilir.
Yeyələmə, məmulun materialına, üzünün həndəsi şəklinə
və təmizliyinə, habelə götürüləcək qatın qalınlığına əsasən
seçilən müxtəlif yeyələr vasitəsi ilə aparılır. Yeyələmə prosesi
maşının görüşən üzlərinin bir-birinin üstünə yatmasını, bir
hissənin o biri hissəyə nisbətən müəyyən vəziyyət almasını və ya
iki hissənin bir-birinə düzgün bağlanmasını təmin etmək üçün
tətbiq edilir.
Yeyələmə zamanı emal edilən üzün həndəsi formasının
düzgünlüyü, yeyələnən üzün başqa üzlərə nisbətən vəziyyəti və s.
səttarə, bucaqölçən, təsviyə və başqa ölçü alətləri vasitəsi ilə
yoxlanılır.
Deşib çivi çaxma maşının içində iki hissəni bir-birinə
nisbətən (məsələn, yatağın qapağını gövdəsinə nisbətən)
müəyyən vəziyyətdə saxlamaq üçündür. Bunun üçün müəyyən
vəziyyətə gətiriləcək hissələri qabaqcadan təmizləyərək yığma
prosesi üçün hazırlayırlar, sonra bir-birinə nisbətən lazımi
vəziyyətə gətirərək müvəqqəti bağlayırlar. Onları birlikdə iki
yerdə deşirlər, deşiklərin içini silindr və ya konus rayberlə
təmizləyirlər. Deşiklərə, rayberləmənin formasından asılı olaraq,
silindr və ya konus çivi (yaxud konus bolt) çaxırlar.
Yığma zamanı iki hissəni müsaidələr sistemi vasitəsi ilə
müəyyən vəziyyətə gətirmək mümkün olmursa, onları yığma
zamanı lazımi vəziyyətə gətirdikdən sonra həmin vəziyyətdə
saxlamaq üçün silindr və ya konus çivi çaxmaq üsulundan ən çox
istifadə edilir. Belə hissələr (çivlər) qabaqcadan müəyyən
standart üzrə hazırlanır.
Belə çivlər həm birləşdirdikləri maşın hissələrinin həmişə
müəyyən bir vəziyyətdə qalmasını təmin edir, həm də onları
bağlayan boltları kəsilmə gərginliyindən azad edir. Belə boltlar
ancaq dartılmaya qarşı işləyirlər.
Bir-birinin üstündə oturaraq fırlanan hissələri tərpənməz
hala gətirmək üçün onları radial vəziyyətdə olan vintlə bağlayırlar
və ya hissələrin görüşdüyü üzlərdə hər ikisinə eyni zamanda
vintlənən bir neçə xırda vint ilə birləşdirirlər (şəkil 11.1).
Şək. 11.1. Fırlanan hissələrin
radial vəziyyətdə bağlanması
Qaşıma və sürtmə.
Maşın hissələri, xüsusən hərəkət edən
hissələrin, bir-birinə nisbətən düzgün vəziyyət alması və biri o
birinin üstünə kip yatması üçün görüşən üzlərə qaşıma və ya
sürtmə tətbiq olunur.
Qaşıma prosesi çox vaxt alan və əl əməyi tələb edən az
məhsuldar prosesdir. Qaşıma işini yüngülləşdirmək məqsədi ilə
prosesi iki hissəyə ayırırlar: fərdi qaşıma və uydurma qaşıması.
Fərdi qaşıma zamanı yoxlamaq üçün universal tavalardan
və qaşıma səttarələrindən istifadə edirlər. Uydurma qaşıması
zamanı qaşınan hissəni onunla görüşən hissə vasitəsi ilə
yoxlayırlar.
Qaşıma və sürtmə uydurmasına misal olaraq pazlı və
plaşkalı siyrtmələri göstərmək olar. Pazlı siyirtmələr böyük
təzyiqlər üçün işlənir. Bu siyirtmələri bağlarkən paz gövdənin
içində bir - biri ilə 8° bucaq təşkil edən həlqəvi müstəvilərin
üstünə yataraq kiplik yaradır. Ona görə də bu üzlər çox təmiz
olmalıdır və bir-birinin üstünə yaxşı yatmalıdır. Kiplik yaratmaq
üçün pazı və gövdənin görüşən üzlərini qaşıma ilə bir-birinə
uydururlar. Bunun üçün onları əvvəl ayrı-ayrı, sonra isə birlikdə
qaşıyırlar.
Plaşkalı siyirtmələri bağlarkən plaşkalar gövdənin içində
paralel vəziyyətdə olan yan üzlərin üstünə yataraq kiplik
yaratmalıdır. Bunu nəzərə alaraq yığma zamanı plaşkaları və
gövdələrin görüşən üzlərini əvvəl ayrı-ayrı, sonra bir-birinə
sürtərək uydururlar.
Qaşıma prosesi üçün lazım olan vaxt qaşınan üzün
sahəsindən, qaşımadan qabaqkı dəqiqlik və təmizlikdən,
məmulun materialından və qaşımadan tələb olunan təmizlikdən
asılıdır. Orta hesabla 1 sm
2
sahəni qaşımaq üçün 0,25-75 dəqiqə
vaxt tələb olunur. Normal şəraitdə qaşıma zamanı götürülən pay
0,05-0,1 mm olur.
Qaşıma müstəvilərə, silindrik və konusşəkilli üzlərə, habelə
başqa formalara tətbiq edilir. Məsələn, babit və tunc yataqların
içini valın onunla görüşən boynu üzrə yoxlayaraq qaşıyırlar.
Buna misal olaraq kompressorlarda və pistonlu nasoslarda
əsas yataqların və sürgüqolu yataqlarının dirsəkli valın
boyunlarına görə qaşınmasını göstərmək olar.
Əsas yataqların qaşınması.
Qaşınmadan qabaq oxunun
karterin açılma müstəvisinə paralelliyini yoxlayırlar. Bunun üçün
indikatordan və ya mikrometrik vinti olan xüsusi tərtibatdan
istifadə edilir.
Şək. 11.2. Valın oxunun karterin ayrılma müstəvisinə
paralelliyini yoxlamaq üçün tərtibat (a); sürgü barmağı oxunun
sürgüqolunun boyuna müstəvisinə perpendikulyarlığının
yoxlanması (b)
Tərtibatı karterin açılan müstəvisi üzərində qoyaraq, bir neçə
yerdə valın boynu üzrə üst xəttin vəziyyətini ölçmək yolu ilə
yoxlayırlar. Valı 90° çevirərək onun boyunlarının səviyyəsini dörd
vəziyyətdə ölçürlər. Sonra valın boyunlarına nazik rəng çəkərək,
yataqların içinə qoyurlar və yavaşca fırladırlar. Valı götürərək
yataqların içini qaşımağa başlayırlar.
İş prosesində əvvəl yataqların altını, sonra yanlarını
qaşıyırlar. Bu qayda ilə rəng yataqların hamısında hamar yayılaraq
1 dm
2
sahədə 6—8 ləkə əmələ gətirincəyə qədər qaşıma davam
etdirilir.
Qaşıma prosesində tez-tez valın oxunun karterin açılma
müstəvisinə paralelliyini yoxlayırlar (yoxlama üçün yuxarıda
göstərilən tərtibatdan istifadə edilir). Valın oxunun paralelliyi
lazımi qədər deyilsə, qaşıma zamanı onu düzəltməyə çalışırlar.
Qaşıma nəticəsində ayrı-ayrı yataqların valın boynuna
lazımınca kip yatması kifayət deyildir. Əsas yataqların hamısı valın
boyunlarına yaxşı yatmalıdır. Yataqlardan biri o birilərindən çox
kip yatmış olarsa, kompressor (və ya nasos) işləyən zaman belə
yataq çox tez yeyilir. Yaxud yataqlardan biri ilə valın boynu
arasında, o birilərinə nisbətən, çox araboşluğu olarsa, val həmin
yataq olan yerdə işləmə zamanı əyilə bilər. Ona görə də qaşımanın
axırında, valın oxu Karterin ayrılma müstəvisinə paralel vəziyyətdə
ikən, hamı yataqlarda normaya müvafiq və eyni kiplik olmalıdır.
Əsas yataqların alt yarısının qaşınmasını qurtardıqdan sonra
onların üst hissələrini qaşımağa başlayırlar. Bunun üçün valın
boyunlarına nazik rəng çəkərək içlikləri və yataqların qapaqlarını
öz yerlərinə qoyaraq yataqları boltlar vasitəsi ilə bağlayırlar. Valı
yavaşca fırlatdıqdan sonra yataqları açırlar və içlikləri götürüb
qaşıyırlar. Proses lazımi nəticə alıncaya qədər davam etdirilir.
Uydurma (qaşıma) qurtardıqdan sonra yataqların içliklərini
və valı ağ neft ilə yuyurlar və təmiz silirlər, yağ deşiklərini hava ilə
təmizləyirlər və yataqları yağladıqdan sonra valı yerinə qoyurlar.
Yataqlar yaxşı uydurulmuş olarsa, onları yığıb bağladıqdan
sonra nazimçarxdan tutduqda val rahat fırlanmalıdır.
Sürgüqolu içlikiərinin dirsəkli valın boynunu qaşıma üsulu
ilə uydurulması. Sürgüqolunun içliklərini iki üsulla valın
boyunlarına uydurmaq olar:
Dostları ilə paylaş: |