Bu
şərtlər əsasən, 11.5-ci şəkildə
verilən sürgüqolunun
yığma prosesi aşağıdakı əsas işlərdən ibarət olur:
1)
kiçik başın oymağının (4) içində dörd yağ yuvası (8)
açmaq. Yağ yuvaları silindrin
boyu uzunu düz xətt üzrə
açılmalıdır və qabaqcadan 90° altında deşilmiş radial deşiklərin
(9) ortasından keçməlidir. Yuvaların kənarları təmiz olmalı və
başları tədricən üzə çıxmalıdır;
2)
oymağı qolun kiçik başına
müəyyən gərginliklə
presləmək. Oymaq presləndikdən
sonra gövdənin hər iki
tərəfindən (şəkildə 2,5 mm) çıxmalıdır;
3)
Qolun böyük başının içliklərini yerinə yerləşdirmək.
İçliklər qolun gövdəsinə (1) və qapağına (2) çox kip yatmalıdır.
Bunların üzlərinin yatmasını rənglə yoxladıqda hər kv. düymədə
orta hesabla 2-3 ləkə alınmalıdır;
4)
Qolun gövdəsi ilə qapağı arasında qoyulan aralıq
hissəsini (7) hazırlamaq və yerinə oturtmaq.
Hər iki tərəfdə qoyulan aralıq hissələrinin qalınlığı 0,1 mm-
dən artıq olmamalıdır;
Dostları ilə paylaş: