11.4. Ümumi yığma
Maşının konstruksiyasından asılı olaraq, ümumi yığma
bağlama yığmaları ilə paralel və ya onlardan sonra aparılır. Çox
zaman ümumi yığma bağlamaların yığılması ilə qismən paralel
və qismən ardıcıl gedir.
Ümumi yığmanın texnologiyasını
tərtib edən zaman bir
qayda olaraq yığmanın ardıcıllığını göstərən sxem tərtib edilir və
yığma prosesi həmin sxem üzrə aparılır.
Mərkəzdənqaçma nasosun yığılması.
Ümumiyyətlə,
maşınların, o cümlədən mərkəzdənqaçma nasoslarının ümumi
yığma işi konstruksiyasından çox asılıdır, məsələn gövdəsi üfqi
müstəvi üzrə açılan birpilləli nasosları yığarkən
rotor gövdənin
içinə tamam hazır qoyulur. Ona görə də ümumi yığma prosesi
xeyli asan olur. Gövdəsi valın oxuna perpendikulyar müstəvilər
üzrə açılan çoxpilləli nasosları yığarkən rotoru gövdə ilə eyni
zamanda yığmaq lazım gəlir. Ona görə də ümumi yığma
xeyli
mürəkkəbləşir.
11.7-ci şəkildə birpilləli mərkəzdənqaçma nasosu üçün
yığma sxemi verilmişdir. Bu sxem üzrə əvvəl gövdənin üstünə 24
ədəd sancaq vintlənir, bir şayba və bir tıxac bağlanır.
Sonra
istiqamət verən aparatın işgili və aparat özü yerləşdirilir. Bundan
sonra val və qapaq yığılmış halda qoyulur və nəhayət mayeni
götürən borunu bağladıqda nasos hazır olur.
Nasosları dəstə istehsalı şəraitində hazırlarkən bəzi hissələr
(vallar,
təkərlər, kipləşdirmə halqaları və s.) qarşılıqlı
əvəzolunma prinsipi ilə hazırlandığı üçün yığılması asan olur,
ancaq bir sıra hissələri bir-birinə uydurmaq lazım gəlir, məsələn,
işgilləri kəsmək, yeyələmək və valın yuvasına uydurmaq,
yataqların içlikiərini valın boyunlarına qaşıma
ilə uydurmaq,
yataqların qapaqlarını yerinə oturtmaq, çiv üçün deşik açmaq,
rayberləmək, çivi çaxmaq və sair işlər aparmaq lazım gəlir.
Hissələri bir-birinə uydurduqca
üstünə xüsusi nişanlar
qoyurlar. Bu nişanlar yığma zamanı hissələrin qarışmamasına
kömək edir və sonra nasosu sökdükdə yığılmasını asanlaşdırır.
Mərkəzdənqaçma
nasoslarını
yığarkən
kipləşdirici
halqalarda araboşluğunun lazımi miqdarda alınmasına böyük
diqqət yetirilir. Halqaların araboşluqları nasosun ölçülərindən
asılı olaraq 0,1-dən 0,5 mm-ə qədər olmalıdır.
Bölməli (seksiyalı) nasosları yığarkən gövdəni əyməmək
üçün onun hissələrini bir-birinə bağlayan boltları
eyni güclə
dartmaq lazımdır.
Tənzimedici disk olan halda onu elə yerləşdirmək lazımdır
ki, dairənin və valın ox boyu 0,5 mm getməyə imkanı olsun.
Tənzimedici disk əvəzinə dayaq yatağı tətbiq olunursa, rotorun
ox uzunu tərpənməsi 0,1 mm-dən artıq olmamalıdır.
Nasos tamam yığıldıqdan sonra sınama prosesi keçir.
Pistonlu
nasosların
yığılması
başqa
maşın
və
mərkəzdənqaçma nasoslarında olduğu kimi, hazırlıq
işlərindən,
uydurma əməliyyatlarından, bağlamaların yığılmasından və
ümumi yığmadan ibarətdir.
Pistonlu nasosları xırda dəstə istehsalı şəraitində
hazırlarkən bir sıra hissələrin məsul üzlərinin mexaniki emalı
uydurma işi ilə qarışıq olaraq tamamlanır. Məsələn:
Dostları ilə paylaş: