-
Gövdənin əsas yataqlarının içini kobud yonduqdan sonra
yataqların qapaqlarını gövdəyə uydururlar, aqncaq bundan sonra
gövdənin içini qapaqlarla birlikdə təmiz yonurlar;
-
Yataqların içliklərini mexaniki emaldan sonra əvvəl
təmizləyərək, yeyələyirlər və tökmə üçün hazırlayırlar.
Tökmədən sonra içini yonurlar;
-
Sürgünün sürüngəclərini gövdəsinin üstünə qaşıma ilə
uydururlar, vintlər ilə onları gövdəyə bağladıqdan sonra üstünü
təmiz yonurlar və s.
Nasosun gövdəsi, pistonları, sürgüqolları və s. hissələri
ayrıca bağlama şəklində yığılır.
Gövdənin yığılmasına əsasən aşağıdakı işlər daxildir:
tilişkələri götürmək, iti tinlərini yeyələmək, üstünü, içini
təmizləmək, içini rəngləmək, xırda deşikləri deşmək, lazım isə
içində yiv açmaq, tıxacları bağlamaq, klapanları yerləşdirmək,
əsas yataqların iç üzlərini gövdənin içinə uydurmaq, pəncərələrin
qapaqlarını yerinə uydurmaq, sancaqları yerinə vintləmək və s.
Piston və sürgüqolu yuxarıda göstərilən qayda ilə yığılır
(konstruksiya başqa növ olan halda yığma işi bir qədər dəyişir).
Ümumi yığma xüsusi stendin üzərində sanin yığma üsulu
ilə aparılır. Bunun üçün:
- Nasosun gövdəsini stendin üstünə qoyaraq, vəziyyətini
təsviyə ilə yoxlayırlar;
- Pistonqoluna istiqamət verən nronşteyni təmizlədikdən
sonra yerinə bağlayırlar;
- Pistonun kronşteyn üzrə hərəkətinin səlisliyini və habelə
oxunun valın yataqlarının oxuna perpendinulyarlığını yoxlayırlar;
- Kronşteyni gövdə ilə birlikdə deşərək kontrol çivi çaxırlar
və kronşteyni tamam bağlayırlar;
- Dirsəkli valı əsas yataqların içliklərinin alt yarısı üzərinə
qoyaraq yoxladıqdan sonra əvvəl alt içlikləri və sonra üst içlikləri
yuxarıda göstərilən qayda ilə qaşıyaraq valın boyunlarına
uydururlar;
- Sürgüqolunun böyün başının içini qaşıyaraq valın
dirsəklərinə uydururlar;
- Sürgüqolunu valın üstünə taxaraq qapağını bağlayırlar;
- Val ilə sürgüqolunun deşiyi arasındanı boşluğu qolun
qapağının altına qoyulan aralıq hissələrinin qalınlığı ilə tənzim
edirlər;
- Kronşteyni çıxararaq piston qovşağını yığılmış halda
gövdənin qrundbunsunun içindən keçirirlər, qrundbunsu yığırlar
və kronşteyni yerinə bağlayırlar.
- Boş hərəkət qasnağının içinə oymağı presləyərək, iş
qasnağını və boş hərəkət qasnağını valın üstünə oturdurlar;
- Yağ yollarını təmizlədikdən sonra yağdanları yerinə
vintləyirlər;
- Hava və maye kranlarını yerinə bağlayırlar. Yığmanı
tamam yoxladıqdan sonra nasosu sınamağa göndərirlər.
Kompressorun
yığılması.
Başqa
maşınlar
kimi
kompressorun da ümumi yığılması konstruksiyasından asılıdır.
Ona görə də ümumi yığmanı müəyyən bir kompressor (məsələn,
2R-20/8 markalı) üçün göstərmək olar. Bu kompressorun ümumi
yığılması aşağıdakı əməliyyatlardan ibarət olur:
1) Karteri stendin üstünə qoyaraq, təsviyə ilə üst
müstəvisinin üfqiliyini yoxlayırlar. Dirsəkli valı karterin içində
yerləşdirirlər. Dirsəkli valın üstündə nasosu hərəkətə gətirən dişli
çarxı bağlayırlar;
2) Yağ kollektoru yerinə bağlanır və yağaparan boru xətləri
çəkilir;
3) Valın dirsəklərinin üstünə sürgüqolları taxılır;
4) Çatı karterin üstünə qoyulur və ona bağlanır. Çatının
üstündən
sürgüyə
istiqamətverən
paralelləri
götürüb,
sürgüqolunun başında sürgünü yerləşdirirlər;
5) Çatının paralelləri öz yerinə qoyulur və sürgünün üzləri
ilə paralellər arasındakı araboşluğu yoxlanılır;
6) Silindrlər bloku çatının üstünə qoyulur, xüsusi tərtibat
vasitəsi ilə silindrlərin oxlarının vəziyyəti sürgülərə istiqamət
verən üzlərə nisbətən yoxlanılır, istiqamət verən çivələr üçün iki
deşik açılır, deşiklərin içi rayberlənir, deşiklərdən çiviləri çıxarılır
və silindrlərin blokunu çatıya bağladıqdan sonra çatının istiqamət
verən paralelləri və bloku mərkəzləşdirən tərtibatı götürülür;
7) Blokun alt qapağının içinə yığılmış halda metal kipgəclər
qoyurlar;
8) Silindrlərin içini yoxladıqdan sonra üstünə halqalar
taxılmış pistonlar üstdən silindrlərin içinə qoyulur, pistonların
qolu sürgü ilə birləşdirilir;
9) Üstdə dişli yağ nasosu olan dayaq yerinə oturdulur;
nasosun çarxının dişlərinin onu hərəkətə gətirən çarxın dişləri ilə
görüşməsi yoxlanılır, plunjerli nasosu və yağ süzgəcini hərəkətə
gətirən eksentrik valın üstünə bağlanır; yağaparan boru xətlərinin
çəkilməsi qurtarır;
10) Götürülən paralellərin flansının altına yağlı kağızdan
hazırlanmış araqatı qoyaraq, paralellər axırıncı dəfə yerinə
bərkidilir. Karterdə və çatıda olan pəncərələrin qapaqları öz
yerlərinə qoyulur, vintlər ilə bağlanılır;
11) Blokun üst qapağı yerinə qoyulur və qaykalar ilə bloka
bağlanır. Pistonun alt və üst kənar vəziyyətlərində silindrin içində
ölü fəzanın böyüklüyü yoxlanılır. Ölü fəzanın böyüklüyü
sürgünün şaybası vasitəsi ilə tənzim edilir;
12) Klapanlar və onları sıxan mexanizm yerinə qoyulur;
13) Silindrə yağverən boru xətti çəkilir, plunjer nasosu və
təzyiq tənzim edən quruluş yerlərinə qoyulur və karterə bağlanır;
14) Manometr olan tava yerinə bağlanır və onun üzərinə gələn
boru kəmərləri çəkilir;
15) Havasoyudan qurğu öz yerinə qoyulur və havasoyudan
suyun boru kəmərləri çəkilir;
16) Valın üstünə yağqaytaran və çatının üstünə yağgötürən
bağlanır;
17) Nazimçarxı valın başına taxıb bağlayırlar, nazimçarxın
topuna qoruyucu örtük bağlanır;
18) Birinci pillənin qoruyucu klapanı yerinə qoyulur, yağ
nasosu tərəfindən pəncərə qapaq ilə qapanır;
19) Karterdə olan hissələri ağ neft ilə yuyurlar və
kompressoru sınama üçün hazırlayırlar.
Bir qayda olaraq hər bir maşın ümumi yığmadan sonra
sınaqdan keçirilir. Sınamaqda məqsəd həm yığmanın
keyfiyyətini, həm də maşının göstəricilərini yoxlamaqdır.
Maşının yığılmasını yoxlamaq üçün başlıca olaraq onun
hərəkət edən hissələrinə, xüsusən yataqlarına və başqa sürtünən
hissələrinə fikir verilir. Hərəkət edən hissələr düzgün hərəkət
etməlidir, səssiz işləməlidir, sürtünən hissələr qızmamalıdır və s.
Maşının göstəricilərini yoxlamaq onun məhsuldarlığını,
gücünü və onun işini xarakterizə edən başqa amilləri müəyyən
etməkdən ibarətdir.
Sınaq üsulu hər bir maşın üçün onun növündən,
konstruksiyasından, ölçülərindən və əsas göstəricilərindən asılı
olaraq qabaqcadan müəyyən edilir və təlimat şəklində yazılır.
Şək. 11.7. Mərkəzdənqaçma tipli nasosun ümumi yığma sxemi
Dostları ilə paylaş: |