Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə91/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

 
 
 
 
 
 
 
 


 
10.
 
TEXNOLOJİ SİNİFLƏRDƏN BƏZİ HİSSƏLƏRİN 
EMALI 
10.1. Valların emalı 
 
Sənayedə val sinfinə işləyən bir çox maşınların valları və val 
tipli hissələri daxildir. Belə ki, buxar nasoslarının və 
kompressorların piston qolları, qazma dəzgahının, bucurqadların, 
reduktorların, lehmə nasoslarının, rotorların və rotoru hərəkətə 
gətirən qutuların valları, mancanaq dəzgahlarının, kəlləçarxın, tal 
blokunun və qarmağın oxları və barmaqları vallar qrupuna 
daxildirlər. 
Valları əksəriyyətlə çubuq materialdan və ya döyülmüş 
pəstahdan hazırlayırlar. Diametri 150 mm-ə qədər olan vallar 
adətən yayılmış çubuq materialdan hazırlanır. Pilləsiz (diametri 
hər yerdə yaxud uzunluğunun böyük bir qismində, eyni olan) 
valları e’mal edərkən pəstahın çubuq materialdan hazırlanması 
əlverişlidir. 
Pilləli vallar üçün pəstah çubuq materialdan doğranmış və 
ya döyülmüş ola bilər. Hansı üsulun əlverişli olması, valın 
formasından və ya ölçüsündən asılıdır. Bu məsələni həll edərkən 
materiala qənaət edilməsini və e’malın ucuz başa gəlməsini əsas 
götürmək lazımdır. 
Pəstah çubuq materialdan hazırlanmış olarsa, materialın 
(diametri kiçik pilləli yonarkən) böyük bir hissəsi yonqara çevrilir, 
lakin döymə əməliyyatı aradan qalxır. Döyülmüş pəstahdan 
istifadə edərkən materialın bir hissəsi (təxminən 10% -i) döymə 
prosesində itir, mə’mulun texnologiya prosesinə döymə əməliyyatı 
əlavə olunur, ancaq kobud yonma işi yüngülləşir. 
Valdan böyük möhkəmlik tələb olunan hallarda, bə’zən 
pəstahın çubun materialından hazırlanmasının əlverişli olmasına 
baxmayaraq, onu döymə üsulu ilə hazırlayırlar. 
Valcıqların (xırda valların) pəstahını əksəriyyətlə, 
(xüsusiolə iri dəstə istehsalında və külli istehsalda) ştamplamaqla 


hazırlamaq əlverişli olur. 
Pilləsiz valları (pistonqolu, plunjer və s.) əksəriyyətlə içiboş 
hazırlayırlar. Belə hissələrin pəstahı adi və ya xüsusi borudan 
doğranır. 
İri valların pəstahını adi döymə dəqiqliyi ilə hazırlamaq 
çətin olur. Bundan başqa, ağır valları dəzgahlarda emal edərkən 
əməliyyatlarda böyük ölçü xətaları ola bilər. Ona görə də iri 
valların pəstahını adi normadan artıq paylar ilə hazırlamaq lazım 
gəlir. 
Böyük valların pəstahının bir başını bəən öz ölçüsündən 
uzun hazırlayırlar. Uzun hazırlanan - adətən axırıncı döyülən pillə 
olur. Pillələrdən birinin lazımi ölçüdən uzun olması, döymə 
prosesini yüngülləşdirir. Pəstahın materiallarını (çəki və ölçücə) 
çox dəqiq götürmək lazım gəlmir, həm də pillənin artıq 
hissəsindən kobud yonma zamanı tutmaq üçün istifadə edirlər. 
Doğrama. 
Valın pəstahını çubuqdan hazırlarkən onu 4-dən 
9 m-ə qədər uzunluğu olan çubuq materialdan doğrayırlar. Çubuğu 
doğramaq üçün xüsusi doğrama, revolver (bəzən torna) 
dəzgahlarından; pafta, dairə və düz bıçqılardan, həmçinin 
preslərdən istifadə edirlər. 
Materialı fırladaraq doğrayan dəzgahlarda pəstahın baş üzü 
az-çox təmiz və oxuna perpendikulyar alındığına görə pəstahın 
başlarında təmiz yonmaq üçün 0,5-1 mm pay saxlamaq kifayət 
edir. Bıçqı ilə doğrarkən baş üzlər oxa perpendikulyar olmaya 
bilər, ona görə də baş üzlərdə pay nisbətən çox saxlanmalıdır. 
Pres altında doğramanın böyük məhsuldarlığı vardır. Ancaq 
belə doğranmış pəstahın başları əzilmiş olur, həm də bu üsul ilə 
ancaq kiçik diametrli çubuqları doğrayırlar. 
Dişsiz (sürtünmə) dairələr ilə işləyən bıçqıların da 
məhsuldarlığı böyük olur. Ancaq bu üsul ilə doğranmış pəstahın 
(kəsmə prosesində metal əridiyi üçün) baş üzləri təmiz alınmır. 
Axır vaxtlarda anod-mexaniki doğrama geniş tətbiq olunur. 
Bu üsul çox təmiz üzlər əmələ gətirir. Ancaq məhsuldarlığ az olur. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin