Dərs vəsaiti Bakı 2023


Metalların kəsilmə prosesləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə89/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

9.2. Metalların kəsilmə prosesləri 
Plastik metalları kəsdikdə
P
qüvvəsi ilə yüklənmiş kəsici 
alətin təsiri ilə elastiki- plastiki deformasiyalar baş verir və bu 
proses metalın hissəciklərinin ayrılma (yəni dağılma) həddinə - 
yonqarın elementlərinin əmələ gəlməsinə qədər davam edir. Xarici 
qüvvənin
P
təsiri altında kəskinin qabaq və dal səthlərinə 
aşağıdakı qüvvələr yaranır (şəkil 9.2a): 
P
N
 -
qabaq üzə perpendikulyar qüvvə
N
P

1
- qabaq üzrə sürtünmə qüvvəsi, burada

1
- bu səth 
üzrə sürtünmə əmsalıdır; 
P
1
N
 -
kəsmə istiqamətinə normal qüvvə; 
P
1
N

2
- dal üz üzrə sürtünmə qüvvəsi, burada 

2
-
bu səth 
üzrə sürtünmə əmsalıdır. Göstərilən quvvələrin təsiri sayəsində 
kəsmə prosesində - kəsilən qatın metalı deformasiyaya uğrayır və 
yonqar əmələ gəlir; alətin qabaq və dal üzləri üzrə sürtünmə baş 
verir, həmçinin pəstahın səth qatında metal deformasiya edir. 
Beləliklə

qüvvəsi ilə yüklənmiş kəskinin təsiri ilə emal edilən 
metalda həm toxunan, həm də normal gərginliklər yaranır, 
bunların təsirindən metal dağılır və
AE
müstəvisi (sürüşmə 
müsətvisi) üzrə yonqarın elementi əmələ gəlir (şəkil 9.2b). 
Deformasiya nəticəsində 

2
bucağı altında yerləşən, yerdəyişmə 
müstəviləri 
adlanan, sürüşmə müstəviləri üzrə metalın 
monomolekulyar 
qatları 
qanunauyğun 
şəkildə 
kəsmə 


istiqamətində sürüşməyə məruz qalır. 
Şək. 9.2. Yonqarın əmələ gəlmə prosesinin sxemi 

3


2
 -

1
bucağının qiyməti 0-dan 30°-dək dəyişir. Metalın 
plastikliyi yüksəldikcə 

3
bucağının qiyməti artır; kövrək 
materialları emal etdikdə bu bucaq sıfıra yaxınlaşır. 
Kəsmə şəraitindən asılı olaraq yonqarın ayrılma, qıvrım və 
qırıq növləri əmələ gələ bilər (şəkil 9.3). 
Şək. 9.3. Yonqarların tiplərinin sxemləri 
 
Ayrılma yonqar
(şəkil 9.3a) plastik metalları yüksək kəsmə 
sürəti zonasında qabaq bucaqların optimal qiymətlərində kiçik 
verişlə kəsmə zamanı əmələ gəlir. 
 


 
Qıvrım yonqar
bir-biri ilə əlaqəli ayrı-ayrı elementlərdən 
ibarət olur. Yonqarın xarici səthi qopma müstəviləri aydın 
müşahidə edilən mişarvari şəkildədir. Bu növ yonqar plastik 
metalları qabaq bucağı kiçik olan kəskilərlə, verişin yüksək 
qiymətlərində və kiçik kəsmə sürəti ilə emal etdikdə əmələ gəlir 
(şəkil 9.3b). 
Qırıq yonqar
(şəkil 9.3c) plastikliyi az olan metalların 
(çuqun, tunc, alüminium ərintiləri) kəsmə ilə emalı zamanı ayrı-
ayrı zəif əlaqəli hissəciklər şəklində əmələ gəlir. 
Kəsmədə istiliyin ayrılması.
Metalkəsmə zamanı sərf olunan 
mexaniki enerjinin müəyyən hissəsi istiliyə çevirilir. Eyni 
zamanda ayrılan yonqar qatı ilə kəskinin elementlərinin 
sürtünməsi hesabına, həmçinin kəsmə dərinliyi, veriş və kəsmə 
sürəti artdıqda əlavə İstlik ayrılır. Ümumi istiliyin 25...85%-i 
yonqarın, 2...8%-i kəsici alətin, 10...50%-i pəstahın və 1%-i ətraf 
mühitin qızmasına sərf olunur. Kəsmə prosesində yaranan istilik 
alətin yeyilməsinə və davamlığına, emal edilmiş üzün 
keyfiyyətinə güclü təsir göstərir. Bunun qarşısını almaq üçün 
kəsmə prosesi kəskinin soyuducu mayelərlə soyudulması ilə 
aparılır. 
Kəskidə yığıntının əmələ gəlməsi.
Kəsmə zamanı kəski ilə 
təmasda olan pəstahın qızmış metalı böyük təzyiq təsiri ilə qabaq 
üzdə paz şəkilli yığıntı əmələ gətirir; bunun sayəsində kəskinin 
qabaq bucağı dəyişir, emalın dəqiqliyi azaldır və səthin keyfiyyətli 
alınmasını çətinləşdirir. Kəsmə prosesində yığıntının ölçüsü 
müəyyən həddə çatdıqda dağılır; yonqar və pəstah metalı ilə kənar 
olur və yenisi formalaşmağa başlayır. Yığıntının əmələ gəlməsi 
emal edilən metalın özlülüyündən və kəsmə sürətindən asılıdır. 
Kəsmə sürəti artdıqca yığıntının əmələ gəlməsi zəifləyir və sürət 
50... 70 m/dəq-dən artıq olduqda yığıntı əmələ gəlmir. 
Kəsici alətin yeyilməsi.
Kəsmə prosesində qabaq üz üzrə 
kəski - yonqar və dal üz üzrə kəski - pəstah cütünün arasında 
sürtünmə yaranır. Bununla əlaqədar yeyilmə əsas üç növ üzrə 


fərqlənir: 
- yeyilmə əsasən alətin dal üz üzrə gedir. Belə yeyilmə nazik 
yonqar (a < 0,08 mm) kəsən alətlərdə (frezlər, yivkəsən və 
dişkəsən və s.) müşahidə olunur. 
- yeyilmə alətin qabaq və dal üzləri üzrə gedir. Belə yeyilmə 
kəsilən qatın qalınlığı a > 0,08 mm və yağlayıcı-soyuducu 
mayelərdən istifadə etməklə emalda (yan və dairəvi frezlər, 
burğular, zenkerlər, tezkəsən poladlardan zərif kəsmə alətləri, bərk 
ərintili kəskilər) müşahidə olunur. 
- yeyilmə əsasən qabaq üz üzrə gedir. Belə yeyilmə yalnız 
yağlayıcı-soyuducu mayesiz işlədikdə tezkəsən poladlardan 
yonma kəskilərində müşahidə olunur. 
Kəskinin davamlılığı
onun müəyyən kəsmə rejimi üzrə 
kütləşmə anına qədər
 fasiləsiz işlədiyi vaxt
ilə xarakterizə edilir. 
Kəskinin davamlılığına əsas təsir edən amillərdən biri kəsmə 
sürətidir. 
Kəsmə sürəti 

ilə kəskinin davamlılığı

(davamlılıq 
periodu) arasında aşağıdakı asılılıq vardır:


 = A / T
m
burada
 A -
sabitdir, onun qiyməti emal edilən materialdan, 
kəsmə 
rejimindən, 
kəskinin 
materialından, 
kəskinin 
həndəsəsindən asılı olur; 
T- kütləşmə anına qədər kəskinin işləmə vaxtı (kəskinin 
davamlılığı); 
m - nisbi davamlılığın göstəricisidir və davamlılığın kəsmə 
sürətinə təsirini xarakterizə edir; bərk ərinti və mineral-keramik 
lövhələrlə təchiz edilmiş tezkəsən poladdan kəskilər üçün min. 
qiyməti 0,100. .0,125; 0,20... 0,30 və 0,30...0,40 götürülür. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin