müxtəlif profillər, təbəqələr, zolaqlar, lentlər istehsal edilir. Basıb
keçirmə (şprisləmə) prosesi xüsusi şprisləmə maşınlarında aparılır.
Bunların vasitəsilə qaytanlar, borular,
velosiped, motosikl,
avtomobil şinləri, çubuqlar və s. alınır. Bu maşınların iş prinsipi
ekstruderlərin iş prinsipinə oxşayır. Rezindən texniki rezin
təbəqələr və borular, rezin qaytanlar, rezin şlanqlar, yastı qayışlar,
ebonitlər, məsaməli rezin növləri və s. istehsal edilir.
Ümumi halda
rezin məmulatların hazırlanma
texnoloji
prosesini üç əsas əməliyyatlar qrupuna ayırmaq olar: kauçuku
təşkiledicilər
ilə
qarışdırılmaqla xam rezinin alınması,
yarımfabrikatlärın şəkilləndirilməsi və onların vulkanizasiya
edilməsi ilə məmulat alınması.
Rezin qatışığının komponetlərini yaxşı qarışdırmaq üçün
kauçuk bir neçə dəfə qızdırılmış vallar arasından keçirilir və
plastik hala gətirilir.
Rezin məmulatın şəkilləndirilmə metodunun seçilməsi
onlara olan texniki tələbdən, rezin qatışığının tipindən, istehsal
şəraitindən və başqa amillərdən asılıdır.
Vulkanlaşdırılma prosesində
kauçukla kükürd arasında
qarşılıqlı kimyəvi əlaqə yara- nır.
Vulkanlaşdırmanın
əsas təyinatı
- kauçukun molekullarını xətti strukturunu rezin üçün xarakterik
olan, fəza-tor şəkilli vəziyyətə gətirməkdir. Yumşaq rezin almaq
üçün kauçuka 1...3% kükürd daxil edilir; kükürdün miqdarı
bundan çox olduqda rezinin bərkliyi artır, məsələn, ebonit almaq
üçün kauçuka 45%-ə yaxın kükürd daxil edilir.
Rezin kauçuka nisbətən plastikliyinin aşağı olması, yüksək
mexaniki möhkəmlik, kimyəvi maddələrə yüksək dözümlülük,
yaxşı istiliyədözümlülük və s. xassələri ilə xarakte- rizə olunur.
Rezindən məmulat alma üsullarının pla- stik kütlələrin emal
üsullarına bənzəri vardır. Əsasən onlar kalandrlama, basıb
keçirmə, presləmə, təzyiq altında tökmə, sarğılama üsullarından
ibarətdir.
Kalandr
adlanan çoxvallı dəzgahlarda
rezin təbəqələr və
rezinləşmiş lentlər hazırlanır. Bu prosesin temperatur rejimini
təmin etmək üçün kalandrlar qızdırılma və soyudulma sistemləri
ilə təchiz edilmişdir.
Şpris-maşınlarla fasiləsiz basıb-keçirmə
ilə
profilləşdirilmiş
rezin
hissələr hazıranır və ya metal məftili rezinlə örtmə aparılır.
Manjet tipli rezin məmulatlar,
kipləşdirici üzüklər və b.
qızmar presləmə
ilə hazırlanır. Soyuq presləmə ilə də
şəkilləndirmə (məsələn, akkumulyator bataryası) aparılır.
Təzyiq altında tökmə
müxtəlif mürəkkəb şəkilli rezin
məmulatları almağa imkan verir.
Sənayenin müxtəlif sahələrində
çox geniş adda rezin
məmulatdan istifadə olunur, onlar təyinatından asılı olaraq ayrı-
ayrı siniflərə bölünür:
- kipləşdiricilər - kipləşdirici profillər şəklində, manjet,
oymaq və b. şəklində hazırlanır;
- titrəyiş- və səstədricedicilər və zərbəyə qarşı məmulatlar -
yastıq tipli, amortizatorlar və b.
- güc məmulatı - dişli çarxlar, müxtəlif aqreqatların
gövdələri, qolçaqlar və b.
- sürüşmə dayaqları - müxtəlif rezin-metal yastıqlar,
dabanaltılar, dayaqlar və b.
- mayeləri və qazları nəql etmək üçün borular - əsasən
məftillə armaturlanmış rezin-parça məmulat. Hərəkətləndirmə
yastı və ya pazvarı qayışlar, yük yerdəyişdirmək üçün konveyer
lentləri də rezin-parça materiallara aiddir.
- yeyilməyəqarşı - pnevmatika şinlərinin protektorları,
vərdənələr və b.
- friksion məmulat və alətlər - pardaq- lama dairələri, əyləc
qurğuları və b.
- qoruyucu və güc tətbiq edilməyən - elektrikdən qoruyucu
xalçalar, dəstələr və b.
- dekorativ - müxtəlif
şəkilli zolaqlar, qaytanlar və b.
Müasir
rezintexniki
məmulatların
istehsalı yüksək
məhsuldarlıqlı və avtomatlaşdırılmış avadanlıqlarda aparılır.
Dostları ilə paylaş: