Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə93/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Mərkəzləmə
əməliyyatı pəstahı baş üzərində mərkəz 
deşikləri əmələ gətirməkdən ibarətdir. 
Revolver və torna dəzgahlarında pəstahların baş üzlərini 
yonarkən mərkəz deşiklərini də açır, yəni başüzyonma və 
mərkəzləmə əməliyyatlarını birləşdirirlər. 
Çubuq materialdan doğranmış və başları frezlənmiş 
pəstahların mərkəz deşiklərini şaquli, radial, üfüqi və universal 
burğu dəzgahlarında əmələ gətirmək olur. 
Torna, revolver və burğu dəzgahlarında mərkəz deşikləri 
açmağın əsas nöqsan cəhəti ondan ibarətdir ki, pəstahın başların-
dakı deşiklər məmulun müxtəlif vəziyyətlərində əmələ gətirildiyi 
üçün onların oxları bir düz xətt üzərində olmaya bilər. Mərkəz 
deşiklərinin oxları bir düz xətt üzərində olmadıqda bu deşiklər çox 
tez yeyilir, formasını itirir və onların üzərində (onları baza qəbul 
edərək) aparılan əməliyyatın (yonmanın, pardaxlamanın və s.) 
dəqiqliyi azalır. Ona görə də iri dəstə istehsalında və külli 
istehsalda pəstahların başlarını əksəriyyətlə xüsusi mərkəzləmə 
dəzgahlarında emal edirlər. 
Sənayedə mərkəzləmə dəzgahlarının bir neçə modeli 
buraxılır. Bu dəzgahlarda diametri 150 mm, uzunluğu 1500 və 
3000 mm-ə qədər olan pəstahları mərkəzləmək olur (şəkil 10.2).


Şək. 10.2. Mərkəzləmə dəzgahının iş sxemi 
Valları (habelə valaoxşar maşın hissələrini) emal edərkən 
mərkəz deşinlərindən baza olaraq istifadə olunur. Bundan 
başqa, maşının təmiri zamanı mərkəz deşiklərindən istifadə 
edərək, valı təmir edir, həmçinin valı və onun üstünə taxılan 
hissələri yoxlayırlar. Ona görə də mərkəz deşikləri dəqiq və 
təmiz olmalıdır. Ümumiyyətlə, mərkəz deşiklərindən aşağıdakı 
keyfiyyət şərtləri tələb olunur: 
1)
Mərkəz deşiklərinin forması və ölçüləri 3725 nömrəli 
DÜİST-ə müvafiq olmalıdır. Mərkəz deşiklərinin həmin 
DÜİST üzrə müəyyən edilmiş formaları 10.3-cü şəkildə və 
ölçüləri 10.1-ci cədvəldə verilmişdir. A və B tipli deşiklərdən 
maşın hissələri üçün, V tipli deşikdən isə başlıca olaraq 
sağanaqlar üçün istifadə edilir
2)
Pəstahın başlarındakı mərkəz deşiklərinin oxları bir 
düz xətt üzərində olmalıdır; 
3)
Mərkəz deşiyi məmulun oxuna nisbətən elə bir 
vəziyyətdə olmalıdır ki, pəstahı yonarkən onun silindrik 
üzlərindən radial istiqamətdə götürülən pay təxminən bərabər 
olsun; 
4)
Mərkəz deşiyinin konuş hissəsinin üzü təmiz 
olmalıdır.


Şək. 10.3. Mərkəz deşikləri və onların alətləri 
Cədvəl 10.1 
Mərkəz deşiklərinin ölçüləri 
Pəstahın ən böyük 
diametri, mm ilə 
D
D
L
L
Baş 
Pillənin ən 
kiçik 
diametri, 
d
0
mm ilə 
mm ilə 
2-dən 3-ə qədər 
0,5 


0,5 

3-dən 5-ə ” 
0,7 



3,5 
5-dən 8-ə ” 

2,5 
2,5 
1,2 

8-dən 12-yə ” 
1,5 


1,8 
6,5 
12-dən 20-ə ” 



2,4 

20-dən 30-a ” 
2,5 



10 
30-dan 50-ə ” 

7,6 
7,5 
3,6 
12 
50-dən 80-a ” 

10 
10 
4,8 
15 
80-dən 120-yə ” 

12,5 
12,5 

20 
120-dən 180-ə ” 

15 
15 
7,2 
25 
180-dən 300-ə ” 

20 
20 
9,6 
30 
300-dən yuxarı 
12 
30 
30 
14 
42 


Mərkəz deşiyinin silindr hissəsi burğu ilə deşilir. Konus 
hissəsi ilə konusşəkilli zenkovka ilə zenkerlənir. Bir çox 
hallarda mərkəz deşiyini mərkəz burğusu ilə açırlar. 
Mərkəzburğusu mərkəz deşiyin həm silindr, həm də konus 
hissəsini əmələ gətirir. Mərkəz burğusu ilə mərkəzləmənin 
məhsuldarlığı iki alət ilə mərkəzləmənin məhsuldarlığından 
çox olur. 
3725 nömrəli DÜİST üzrə hazırlanan mərkəz deşiklərinin 
əsas konus hissəsinin bucağı 60° olur. İri vallarda böyük 
mərkəz deşikləri açarkən bu bucağı 90° hazırlayırlar. 
Valları əksəriyyətlə torna dəzgahlarında mərkəzlər 
arasında yerləşdirərək yonurlar. Bu üsul valları yonmaq üçün 
xarici silindr üzlərin emal üsullarından istifadə edilir. 
Valların yonulması əsasən üç növ ola bilər. Kobud 
yonma, yarımtəmiz yonma və təmiz yonma. Yonmanı əmələ 
gətirmək üçün adi və ağzıenli kəskilərdən, bir və çoxkəskili 
yonma üsullarından, adi və nazik yonma rejimindən istifadə 
edirlər. 
Sərtliyi az olan nazik və uzun valları yonarkən yeriyən və ya 
tərpənməyən tuşluqlar tətbiq edilir. Bəzi hallarda təmiz yonmanın 
dəqiqliyini artırmaq üçün dəzgahın üstündə yerləşdirilmiş 
tərpənməyən tuşluğun yumrucuqlarının içini məmulun (tuşluq və 
tutulan) boynuna bərabər ölçüdə yonurlar. 
Yonulacaq valın sərtliyini artırmaq üçün, bəzən onu 
mərnəzlər üzərində yerləşdirmən əvəzinə bir başını patronda 
tuturlar. Bu üsul ilə yonulmamış valı bağlamaq üçün 
özümərnəzləyən patrondan istifadə edilir. 
Valları bir kəski ilə yonarkən əməliyyatın məhsuldarlığı az 
olur. Ona görə də pilləli valları kobud və təmiz yonarnən, həmçinin 
pilləsiz valları kobud emal edərkən çoxkəskili yonma prosesindən 
geniş surətdə istifadə edilməlidir. 
Pilləsiz valları (pistonlu, plunjer və bu kimi hissələri) emal 
etmək üçün başlıca olaraq sürünləmədən, mərkəzsiz yonmadan və 
mərkəzsiz pardaxlamadan istifadə olunur.


Pilləsiz valların emalı üçün tətbiq olunan əməliyyatların 
qənaət nöqteyi-nəzərindən ən əlverişlisi sürünləmədir. Sürükiəmə 
emalının dəqiqliyi 9^11-ci kvalitetlər üzrə ola bilər. Bu proses 
üçün avtomatlarda işlənən çubuqlardan istifadə edilir. Bu 
çubuqların dəqiqliyi 11-ci kvalitet üzrə olur. 
İri diametrli çubuqları və xüsusi cins poladları sürükiəmək 
çətin olur. Belə materiallardan pilləsiz vallar hazırlamaq üçün 
onları mərnəzsiz üstyonuş dəzgahlarında yonurlar. Bu dəzgahlarda 
KƏSKİ
başlığı fırlanır, məmul isə hərənət edən tuşluqların içində 
yerləşdirilmiş halda oxu boyu hərənət edir. Belə yonma 9-cu 
dəqiqlik kvalitetinin tələblərini təmin edə bilir. 
Valların üzünü təmiz emal etmək üçün yonmadan başqa 
dartmadan, dairəvi frezləmədən və pardaxlamadan da istifadə 
oluna bilər. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin