Dərs vəsaiti Bakı 2023



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə80/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

Qaynaq 
birləşməlrinə 
nəzarətin 
növləri. 
Yaxşı 
keyfiyyətdə qaynaq birləşməıəri almaq üçün əvvəldən başlamış 
tikişin alınmasının son mərhələsinə qədər bütün mərhələlərdə 
nəzarət aparılmalıdır. 
Qaynaq birləşmələri xaricdən müşahidə ilə, metalloqrafik 
tədqiqatlarla, kimyəvi analiz ilə, mexaniki sınaqlarla, rentgen və 
qamma şüaları ilə, maqnit metodları və ultrasəs vasitəsilə 
yoxlanılır. 


Xaricdən müşahidə ilə
tikişin xarici qüsurları aşkarlanır. 
Müşahidə baxışla və ya on dəfə böyüdücü linza vasitəsilə aparılır. 
Qaynaq tikişlərinin ölçüləri ülgülər və ölçü alətləri ilə yoxlanılır. 
Metalloqrafik tədqiqatlar
aparmaq üçün tikiş və əsas 
metaldan keçən deşik açılır. Deşiyin səthi, ikili mis xlor duzunun 
və ammoniumun 10%-li sulu məhlulu ilə 1...3 dəq müddətində 
aşılanır. Aşılanmış səthdən mis çöküntüsü təmiziənir, göziə və ya 
böyüdücü linza ilə müşahidə aparılır, Bu halda bişmənin 
keyfiyyəti və daxili qüsurların mövcudluğu aşkarlanır. 
Məsuliyyətli qaynaq birləşmələrindən makro və mikronümunələr 
kəsilir və struktur anaiizi aparılır, məsaməliklər, mikroçatdaqlar, 
bişməmiş sahəciklər, yanma, ifratqızma və s. qüsurlar aşkarlanır. 
Kimyəvi analiz ilə
əsas metaiın, tikiş metalının və elektrodun 
tərkibləri yoxlanıhr və onların texniki şərtlərə uyğunluğu 
araşdırılır. 
Rentgen şüaları ilə
yoxlama rentgen şüasının müxtəlif 
maddələr tərəfindən müxtəlif dərəcədə udmaq qabiliyyətinə 
əsaslanır. Bu üsul ilə məsaməliklər, mikroçatdaqlar, bişməmiş 
sahəcikiər, qeyri-metal birləşmələr aşkar edilir. Sınaq zamanı tikiş 
metalının alt tərəfinə fotolövhə qoyulur və əks tərəfdən rentgen 
şüaları ilə işıqlandırıhr. Şüa, metala nisbətən qüsurlu 
sahəciklərdən daha güclü keçir. Fotolövhə aşkarlandıqdan sonra 
tikişdəki qüsurların konturu və onların xarakteri aydınlaşır. 
Rentgen şüaiarı ilə qalınlığı 25... 10 mm-ə qədər olan qaynaq 
birləşmələrini yoxlamaq mümkündür. 
Qamma şüaları ilə
yoxlama belə şüaların maddəiərin 
müxtəlif dərəcədə udma qabiliyyətinə əsaslanır və rentgen şüaları 
ilə yoxlamada olduğu kimi, qaynaq tikişinin kölgə şəklinin analizi 
ilə aparıiır. Qamma-şüası təbii və ya süni radioaktiv maddənin 
(radium, mezatorium, kobalt, sezium, iridium və b.) nüvəsinin 
parçalanması ilə alınır. Kobalt Co
60
, sezium Cs
1
və iridium Ir
192
izotoplarından daha geniş istifadə olunur. Qamma şüası ilə 
qalınlığı 350 mm-ə qədər olan qaynaq birləşmələri yoxlanıla bilər.


Rentgen şüası kimi qamma-şüa da həyat üçün təhlükəlidir; 
buna görə radioaktiv maddə qoyulmuş ampula, səyyar qurğuşun 
konteynerdə və ya stasionar məsafədən idarə edilən cihazda 
saxlanılır. Şəkil 7.8 a və b-də qaynaq tikişinin şüalandırılma və 
radioaktiv maddə saxlanılan ampulalı qurğunun sxemləri 
göstərilmişdir. Konteyner nəzarətdən keçiriləcək sahəciyin 
qarşısında, qaynaq tikişinin uyğun əks tərəfində isə fotolövhəli 
kaset yerləşdirilir. Sonra məsafədən idarəedilmə ilə ampulanın 
cihazaakı yeri dəyişdirilir və ya qamma şüaların çıxması üçün 
konveyerdəki deşikcik açılır. 
Şəkil 7.8. Qamma şüaları ilə yoxlama sxemi: 
a - tikişin şüalanması:
 1 -
konteyner; 2 - ampula; 3- nəzarət 
edilən tikiş;
 4 -
fotolövhəli kaset;
 b -
ampulanın quruluşu:

1 -
radioaktiv maddə; 2 - şüşə ampula; 3 - şüşə pambıq;
 4

bürünc və ya alüminium qabıq; 5 - qapaq;
 6 -
qurğuşun qutu 
 


Maqnit-qrafik 
nəzarət
üsulundan 
magistral 
boru 
kəmərlərində qaynaq birləşmələrinə nəzarət üçün geniş istifadə 
edilir. Borunun qaynaq tikişinin üstü ferromaqnit lövhə ilə örtülür, 
sonra tikiş solenoid və ya dairəvi maqnitlə maqnitləşdirilir. 
Tikişdəki qüsurun növündən və öiçülərindən asılı olaraq lövhənin 
uyğun yerlərində maqnitləşmə dərəçəsi və buna da uyğun 
siqnallar müxtəlif olur.
Maqnit siqnalları maqnitofon vasitəsiiə səs siqnalına 
çevirilir və ya ossilloqrafın ekranında qeyd olunur. Ossilloqraflı 
maqnit-qrafik nəzarət üçün cihazlar qaynaq tikişiərini 0,5...1,0 
m/dəq sürətlə yoxlamağa (kiçik çatdaqlar, məsamələr aşkarlanır) 
imkan verir. Yüksək məhsuldarlıqla yanaşı belə cihazlar, ucuz 
materiallardan istifadə etməklə, böyük dəqiqlikiə tikişlərin 
müxtəlif fəza vəsiyyətiər rində təhlükəsiz və sadələşmiş şəkildə 
nəzarətin aparıimasına imkan verir. 
Ultrasəslə nəzarət
üsulu müxtəlif mühitlərin ultrasəs 
dalğasını müxtəlif dərəcədə əks etdirmək qabiliyyətinə əsaslanır. 
Uitrasəslə nəzarət üsulu qaynaq tikişlərində əmələ gələn əksər 
qüsurları aşkarlamağa imkan verir. Ultrasəs defektoskopları 
(məsələn, UZD-7n tipli cihazia) tikişin qalınlığından asılı oiaraq 
sazlanması və aşkarlanış qüsurun yerləşmə dərinliyini təyin 
etmək üçün əlavə tərtibatlara malik olur. Bu üsulun çatışmayan 
cəhəti qüsurun xarakterini təyin edilməsinin çətin olması və 
qalınlığı 10 mm-ə qədər olan birləşmələrdə qeyri-metal 
birləşmələri aşkar etməyə imkan verməsidir. 
Lyumirıessent üsulunda
qaynaq birləşməsi ağ neft və yağ 
qatışığı mühitinə batırılır və bu vəziyyətdə 20...30 dəq saxlanılır, 
sonra silinmə ilə qurudulur və maqnezium ovuntusuna batırılır. 
Tikişin zədəli yerlərində (çatdaqlarda) qalmış ovuntunun izi ilə 
qüsur aşkarlanır. 
Mexaniki sınaqlar
qaynaq birləşməsi metalından və ya 
xüsusi qaynaqlanmış birləşmə metahndan dartılmada möhkəmlik 
həddini, zərbə özlülüyünü, bərkliyi və əyilmə bucağını təyin 
etmək üçün nümunəiər kəsilib hazırlanır və sınaqdan keçirilir.


Qaynaq birləşməsi metalının möhkəmlik həddi əsas metalın 
möhkəmliyinin 80%-dən az oimamalıdır. Əksər hallarda qaynaq 
birləşməsinin plastikliyi onun birləşmə yerindən kəsilmiş (dörd 
bucaq şəkilli enkəsiyə malik) nümunələri əyilmədə mexaniki 
sınağı ilə təyin olunur. Bunun üçün nümunə sınaq maşınının 
dayaqları üzərinə qoyulur və basığı tərtibatla onun xarici səthi 
üzrə çatdaqlar əmələ gələnə qədər əylir. Çatdaqların yaranması ilə 
sınaq dayandırılır, nümunə üzrə əyilmə bucağı təyin edilir. 
Əyilmə bucağının öiçüsü qaynaq birləşməsinin plastiklik dərəcəsi 
üzrə keyfiyyətini müqayisə etməyə imkan verir. Azkarbonlu 
poladlardan qaz qaynağı ilə alınmış birləşmələrdə əyilmə bucağı 
120°-dən, elektrik-qövs qaynaq birləşmələrində isə 60°-dən az 
olmamalıdır. Qaynaq birləşməsi metalının dəqiq ölçüdə plastikliyi 
ondan kəsilmiş standart nümunəiərin rəqqaslı toxacda sınağı ilə 
təyin olunur. 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin