1
matrisanın 2 üstünə endirməklə
pres-qəlib qapanır, pres-material
4
ilə doldurulmuş yükləmə
kamerası 6 pres-qəlibin üstündə yerləşdirilir və qapalı yükləmə
kamerasında material qızdırılır; II - yükləmə kamerasının
puansonunu 7 aşağı endirməklə kamerada lazımi təzyiq
yaradılması hesabına presləmə ilə tökmə prosesi aparılır; bu
zaman yüksək temperatur və təzyiq təsiri ilə pres-material maye
hala keçir və pres-qəlibin matrisası 2 və puansonunun
1
əmələ
gətirdiyi şəkilləndirici boşluğu doldurur; bundan sonra pres-
materialın bərkiməsinə qədər məmul bir müddət təzyiq altında
saxlanılır; puanson 7 və yükləmə kamerası
6
yuxarı qaldırılır,
bununla yükləmə kamerası pres-qəlibdən və pres-qəlibin tökmə
kanalında bərkimiş pres-material qalığı
8
məmuldan 5 ayrılır,
həmçinin puansonu
1
qaldırmaqla pres-qəlib hissələrə ayrılır və
itələyici
3
vasitəsilə məmul
5
matrisadan çıxarılır.
Presləmə ilə tökmə rejimi düzünə presləməyə nisbətən
presləmə təzyiqinin daha yüksək həddə olması ilə fərqlənir.
Təzyiq altında tökmə yaxşı özlülüaxma xassəli termoplast və
raektoplastlardan məmulat alınmasında istifadə olunur və
presləmə üsulundan on dəfələrlə yüksək məhsuldarlığa malikdir.
Bu proses mürəkkəb konfiqurasiyalı müxtəlif divarlı yüksək dəqiq
hissələrin istehsalı üçün yararlıdır.
Polietilen, poliproptlen və sopolimer kimi termoplastik
materiallardan məmulat hazırlanmasında təzyiq altında tökmə
üsullarından geniş istifadə edilir (şəkil 8.3). Bu prosesdə polimer
özlülü hala qədər material silindrində qızdırılır və sonra tökmə
maşınının pistonlu və ya sonsuz vintli mexanizminin yaratdığı
təzyiq təsiri ilə tokmə yolluğunun dar kanalından soyuq və ya
qızldırılmış qəlib boşluğuna püzkürdülür, boşluq doldur və
şəkillənmiş plastik kütlə bərkiyir. Hazır məmul hissələrə ayırılmış
qəlibdən itələyicilərlə çıxarılır. Məmulun konfıqurasiyasından və
yuvaların sayından asılı olaraq qəlib müxtəlif mürəkkəblik
dərəcəsinə malik ola bilər.
Material yüksək özlülüyə malik olduğu üçün qəlibi yaxşı
doldurur, elə bu səbəbdən presləmənin xüsusi təzyiqi nisbətən
aşağı - 80... 100 MPa həddində olur. Polietilen soyuduqda 3%-ə
qədər xətti oturmaya məruz qalır; buna görə də oturmaqda olan
həcmi doldurmaq üçün bütün soyuma prosesində təzyiq göstərmə
davam etdirməklə qəlibə əlavə material verilməlidir. Hazırlanan
məmulatda hava boşluqları və ya başqa qüsurlar əmələ gəldikdə
soudulma prosesini uzatmaq, tokuyün temperaturunu və təzyiqi
yüksəltmək, həmçinin materialı 50...60°C-dək qızdırılmış pres-
qəlibə püskürmək lazımdır.
Təzyiq altında tökmə maşını elektrik qızdırıcısı
4
olan işçi
(material) silindirdən
6
ibarətdir. Emal olunan material işçi
silindridə əridilir. Prosesin əvvəlində ilkin material yükləmə
bunkerinə 8 daxil olur və sonra dozalayıcı 9 vasitəsilə malerial işçi
silindrə verilir. Pistonun 7 işçi qodışındə material payını işçi
silindrin qızdırılan zonasına itələyir. Eyni zamanda materialın
orimış hissəsi bölücü 5, çıxış borucuğu
3
və tökmə kanalı vasitəsilə
məmulatı 2 şəkilləndiren, pres-qəlib
1
boşluğuna daxil olur. Pres-
qəlib su ilə soyudulur. Pres-qəlibin ayrılma müstəvisinin
vəziyyətindən asılı olaraq təzyiq altında'tökmə maşınları üfüqi,
şaquli və bucaqvari; hərəkət mexanizinə görə - mexaniki,
hidravlik, hidromexaniki və pnevmatik; material silindrlərinin
sayına görə - bir və yaxud çoxsilindrli olur.
Şək. 8.3. Təzyiq altında məmulat tökmək üçün injeksiyalı pres-
qəlib:
1
- alt birləşdirici lövhə; 2 - üst birləşdirici lövhə;
3 -
itələyici;
4 -
mütəhərrik hissə; 5 - ayırılma xətti; 6 - tərpənməz
hissə; 7 - istiqamətləndirici sütuncuqlar; 8
- çıxış kanalları; 9 -
üzük;
10
- tökmə oymağı; 11 - tökmə kanalı;
12 -
ayırılma kanalı;
13
- soyutma kanalı;
14 -
matrisa lövhəsi;
15
- tökmə yolluğunun
itələyi- cisi; 16 - sapfa
Fırlanma gövdə tipli məmulat
mərkəzdənqaçma üsulu
ilə
istehsal edilir; bu üsulda maye halındakı termoplastik material
üfüqi və yaxud şaquli ox ətrafında 800... 1600 dövr/dəq sürətlə
fırladılan qəlibə tökülür; proses vakuum şəraitində aparılır.
Bununla qalın divarlı məmulatda materialın yüksək sıxlıqlı
alınması təmin olunur (şəkil 8.4a).
Termoplastlardan hazırlanan məmulatın böyük hissəsi
ekstruziya
(basıb şəkilləndirmə)
üsulu
ilə alınır. Ekstruziya
maşının əsas hissəsi, xüsusi sonsuz vint (şnek) 2 tipli basıcı hərəkət
mexanizmınə malik
ekstruderdən
ibarətdir (şəkil 8.4b). Dənəvər
və ya ovuntu şəklində olan termoplastik material qidalandırıcı
bunkerdən
1
işçi silindrə
3
daxil olur və fırlanan sonsuz vintlə
hərəkətə gətirilir. Material sıxlaşır və qızdırıcı elementin
4
istiliyi
hesabına özlülüaxma halına keçir, bundan sonra material fasiləsiz
olaraq basılaraq kalibrləyici alətdən (başlıqdan)
6
keçirilir. Boru
şəkilli məmulat hazırladıqda sağanaqdan 5 istifadə olunur.
Şək. 8.4. Plastik kütlənin emal üsullarının sxemi
Ekstruderlərin əsas parametrləri sonsuz vindin diametri,
uzunluğun diametrinə nisbəti, sonsuz vintin fırlanma sürəti və
onun profilindən ibarətdir. Maşınlar bir və ya iki sonsuz vintlə
təmin oluna bilər.
Elastik ərintiləri emal etmək üçün sonsuz vintsiz diskli,
ftorplastlar üçün isə plunjerli ekstruderlər istifadə olunur. Basıb
şəkilləndirmə nazik pərdə, lentlər, təbəqələr, borular və müxtəlif
profıllər, həmçinin məftil və kabellərin səthinə qoruyucu örtük
çəkmək üçün istifadə edilir. Basıb şəkilləndirmədən sonra sıxılmış
hava iiə üfürülmə ilə içiboş məmulat hazırlanır. Nazik pərdə
istehsal etdikdə vintlə 8 basılan material bucaqvari başlıqdan 7
əlcəkvari 6 şəkildə şəkilləndirilməklə keçirilir və sonra onun
daxilinə sıxılmış hava üfürməklə köpdürülür (şəkil 8.4c). Nazik
pərdənin dözümlüyünü artırmaq üçün onun yan səthləri üzrə
asetilsellülozdan düzəldilmiş fasiləsiz hərəkət edən iki lent 5
qoyulub. Stasionar lövhələr
4
lenti 5 bərabər ölçüdə əlcəkvari
pərdəyə sıxır, valcıqlar
3
lentin yan tərəfə yerdəyişməsini
məhdudlaşdırır. Soyudulduqdan sonra əlcəkvari pərdə valcıqlarla
1
sıxı- lır və barabana 2 sarğılanır. Əlcəkvari pərdə kəsilib açıq
şəkildə barabana sarğılana bilər.
Təbəqə istehsal etdikdə materiai eni 1600 mm-ə qədər olan
süzgəclərdən basılıb şəkillənməklə keçirilir. Alınmış tava
soyuduqdan sonra ya rulon şəklində sarğılanır və yaxud ayrı-ayrı
təbəqə şəklində kəsilir.
Nazik pərdə almaq üçün ekstruderlər, şəkil 8.4c-də
göstərildiyi kimi əlcəkvari pərdəni köpdürmək, pərdədə qrışları
götürmək, əlcəkvari pərdəni sarğılamaq, hazırlanan pər- dənin
qalınlığını tənzimləmək və s. üçün əlavə qurğularla təchiz
olunmuşdur.
Termoplastlardan
təbəqələr
ekstruderdən,
valcıqlı
hamarlayıcı qurğudan, materialı çəkmək və onu təbəqə şəklində
kəsmək üçün qurğudan, həmçinin hazır təbəqələri qablaşdırıcı
mexanizmdən ibarət olan xüsusi aqreqatda hazırlanır.
|