7.4. Qaynaqlama prosesi zamanı yaranan gərginliklər və
deformasiyalar
Qaynaq zamanı qaynaq birləşmələrində müxtlif səbəblərdən
deformasiya
və
gərginliklər
yaranır.
Onlar
qaynaq
konstruksiyalarının mexaniki möhkəmliyini xeyli azaldır. Qaynaq
geformasiyasının və gərginliklərin yaranmasının əsas səbəbləri -
məmulun qeyri-bərabər qızması və soyuması, ərimiş metalın
bərkidikdə və soyuduqda oturması, həmçinin tikiş metalıhda baş
verən faza çevrilmələridir.
Qeyri-bərabər qızma və soyuma termiki deformasiya və
gərginlik əmələ gətirir. Maye tikiş metalı bərkidikdə onun həcmi
azalır, metalın kənar qatları dartılır və bunun sayəsində dartıcı
gərginliklər yaranır. Struktur çevrilmələri dartıcı və sıxıcı
gərginliklər əmələ gətirir. Beleliklə, qaynaq birləşməsində daxili
gərginliklər formalaşır. Əgər qaynaq tikişi xarici qüvvələrlə
yükləndikdə onun təsir istiqaməti daxili qalıq gərginliklə
toplanırsa, bu konstruksiyanın möhkəmlik ehtiyatını azaldır və
yaxud onun dağılması ilə nəticələnir. Deformasiyanı və qalıq
gərginliyi azaltmaq üçün bir sıra texnoloji tələblər yerinə
yetirilməlidir; o cümlədən: birqatlı tikişlər şəkil 7.9-da
göstərildiyi ardıcıllıq üzrə uzunluğu 100....350 mm olan ayrı-ayrı
sahəciiklər üzrə; çoxqatlı tikişiər kaskad metodu ilə (şəkil 7.9b);
əksinə deformasiya üsulundan istifadə etməklə (şəkil 7.9c);
qaynaq zamanı qaynaq metalını sərt tərtibatlarla bağlamaqla
(şəkil 7.9ç) və s.
Şək. 7.9. Qaynaq birləşməsində deformasiya və gərginlikləri
azaltmaq üçün texnoloji fəndlərin sxemləri (rəqəmlər tikişlərinin
qoyulma ardıcıllıqları, oxlar uyğun istiqamətlər)
Qalıq gərginliyi və deformasiyanı azaldıcı termiki təsir
üsulları qaynaqdan öncə hissələrin qızdırılmasından, qaynaqdan
sonra
yüksək
tabəksiltmə,
normallaşdırma və tabalma
proseslərindən ibarətdir.
|