Dərs vəsaiti Bakı 2023


 Plastik kütlədən məmulat alma üsulları, presləmə prosesi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə84/111
tarix24.12.2023
ölçüsü4,78 Mb.
#191579
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   111
C fakepath stehsal proseslerinin texnoloji saslar kitab

8.2. Plastik kütlədən məmulat alma üsulları, presləmə prosesi 
və təzyiq altında tökmə 
Sənaye plastik kütlədən məmulat alma üsulları müxtəlifdir 
və əsas emal üsulları aşağıdakılardan ibarətdir: presləmə 
(kompression və tökmə), təzyiq altında tökmə və ekstruziya. 
Plastik kütlələrdən
məmulatı konsiruksiya etdikcə
istehsal 
texnologiyasının xüsu- siyyətləri və materialın mexaniki xassələri 
nəzərə alınmalıdır. 
Presləmə 
ilə 
məmulat 
hazırlamaq üçün hissələri
 
layihələndirmədə
aşağıdakı texnoloji tələblər nəzərə alınmalıdır: 
məmulatın divarı- nın normal qalınlığı 2...5 mm, ən azı - 0,5...1 
mm, maksimum - 15...20 mm həddində ola bilər; bu halda 
presləmədə divarın qalınlığının müxtəlifliyi 1 : 3, tökmə üsulunda 
isə 1 : 6 nisbətində ola bilər. 
Presləmə və tökmə üsulları ilə hazırlanan məmulatın pres-
qəlibdən çıxarılmasını asanlaşdırmaq üçün onların daxili və xarici 
səthlərinə 
mailliklər 
verilməlidir. 
Presləmədə 
dərinliyi 
diametrindən üç dəfədən az olmaqla yivli deşiklər almaq olar. 
Pres-materialların
emalında iki qızmar presləmə üsulundan 
daha geniş istifadə olunur: 1) düzünə və ya kompression və 2) 
presləmə ilə tökmə


Düzünə (kompression) presləmə üsulu ilə istənilən 
dolduruculu termoreaktiv materiallardan orta və böyük olmayan 
ölçülərdə sadə şəkilli məmulat alınır; ikinci üsul ilə isə əsasən 
termoplastik materiallardan mürəkkəb konfiqurasiyalı məmulat 
hazırlanır (şəkil 8.2). 
Plastik kütlədən məmulat hazırlmaq üçün hidravlik və yaxud 
mexaniki preslərdən istifadə edilir. Presləmə prosesi yüksək 
keyfıyyətili legirlənmiş və ya karbonlu alət poladlarından 
hazırlanmış 
pres-qəliblərdə 
aparılır. 
Plastik 
kütlənin 
preslənməsinin texnolpji prosesi əsasən iki mərhələ ilə aparılır: 1) 
ilkin materialın preslənmə üçün hazırlanması; 2) bilavasitə 
presləmə. 
Düzünə presləmədə həblər, dənəvari və yaxud ovuntu 
şəklində hazırlanmış və dozalanmış pres-material bilavasitə pres-
qəlib boşluğuna yüklənir. İstiliyin və presləyici təzyiqin təsiri ilə 
pres-material əvvəlcə plastik hala düşür və sonra pres-qəlibin 
boşluğuna uyğun şəkillənir. Presləmə prosesində qızmış 
termoreaktiv 
materialda 
polikondensasiya 
(polimerizasiya) 
reaksiyaları gedir, bunun sayəsində material özlülüaxma halına 
keçir, pres-qəlibi doldurur, verilmiş şəkli alır və sonra bərkiyərək 
stabil hala keçir. 
Düzünə presləmə əksər hallarda qapalı pres-qəliblərdə 
hidravlik preslər vasitəsilə aparılır; təzyiq presin plunjerindən 
puanson
1
vasitəsilə preslənən materiala ötürülür. Presləmə 
zamanı aparılan əməliyyatlar: I - öncədən qızdırılmış pres-qəlibin 
matrisasının boşluğuna 2 dozalanmış həb şə- killi pres-material
 4
yüklənilir; II - puansonun 
1
aşağı hərəkəti ilə pres-qəlib qapanır; 
bu zaman presləyici təzyiq altında preslənmə prosesi gedir; 
bərkimə və alının məmulun mexaniki xassələrinin və elektrik-
texniki 
göstəricilərinin 
yaxşılaşması 
üçün 
şəkillənmiş 
termoreaktiv kütlə 5, bir müddət pres-qəlibdə təzyiq təsiri altında 
saxlanılır; III - puansonun yüxarı hərəkəti ilə pres-qəlib açılır və 
itələyici 
3
vasitəsilə hazırlanmış məmul matrisadan çıxarılır. 


Şək. 8.2. Düzünə presləmə (a) və presləmə ilə tökmə (b) üsulları 
ilə məmulat alma sxemləri 
Presləmə ilə tökmə zamanı aşağıdakı əməliyyatlar yerinə 
yetirilir (şəkil 8.2b): I - puansonu

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin