Qaynaq
birləşməlrinə
nəzarətin
növləri.
Yaxşı
keyfiyyətdə qaynaq birləşməıəri almaq üçün əvvəldən başlamış
tikişin alınmasının son mərhələsinə qədər bütün mərhələlərdə
nəzarət aparılmalıdır.
Qaynaq birləşmələri xaricdən müşahidə ilə, metalloqrafik
tədqiqatlarla, kimyəvi analiz ilə, mexaniki sınaqlarla, rentgen və
qamma şüaları ilə, maqnit metodları və ultrasəs vasitəsilə
yoxlanılır.
Xaricdən müşahidə ilə
tikişin xarici qüsurları aşkarlanır.
Müşahidə baxışla və ya on dəfə böyüdücü linza vasitəsilə aparılır.
Qaynaq tikişlərinin ölçüləri ülgülər və ölçü alətləri ilə yoxlanılır.
Metalloqrafik tədqiqatlar
aparmaq üçün tikiş və əsas
metaldan keçən deşik açılır. Deşiyin səthi, ikili mis xlor duzunun
və ammoniumun 10%-li sulu məhlulu ilə 1...3 dəq müddətində
aşılanır. Aşılanmış səthdən mis çöküntüsü təmiziənir, göziə və ya
böyüdücü linza ilə müşahidə aparılır, Bu halda bişmənin
keyfiyyəti və daxili qüsurların mövcudluğu aşkarlanır.
Məsuliyyətli qaynaq birləşmələrindən makro və mikronümunələr
kəsilir və struktur anaiizi aparılır, məsaməliklər, mikroçatdaqlar,
bişməmiş sahəciklər, yanma, ifratqızma və s. qüsurlar aşkarlanır.
Kimyəvi analiz ilə
əsas metaiın, tikiş metalının və elektrodun
tərkibləri yoxlanıhr və onların texniki şərtlərə uyğunluğu
araşdırılır.
Rentgen şüaları ilə
yoxlama rentgen şüasının müxtəlif
maddələr tərəfindən müxtəlif dərəcədə udmaq qabiliyyətinə
əsaslanır. Bu üsul ilə məsaməliklər, mikroçatdaqlar, bişməmiş
sahəcikiər, qeyri-metal birləşmələr aşkar edilir. Sınaq zamanı tikiş
metalının alt tərəfinə fotolövhə qoyulur və əks tərəfdən rentgen
şüaları ilə işıqlandırıhr. Şüa, metala nisbətən qüsurlu
sahəciklərdən daha güclü keçir. Fotolövhə aşkarlandıqdan sonra
tikişdəki qüsurların konturu və onların xarakteri aydınlaşır.
Rentgen şüaiarı ilə qalınlığı 25... 10 mm-ə qədər olan qaynaq
birləşmələrini yoxlamaq mümkündür.
Qamma şüaları ilə
yoxlama belə şüaların maddəiərin
müxtəlif dərəcədə udma qabiliyyətinə əsaslanır və rentgen şüaları
ilə yoxlamada olduğu kimi, qaynaq tikişinin kölgə şəklinin analizi
ilə aparıiır. Qamma-şüası təbii və ya süni radioaktiv maddənin
(radium, mezatorium, kobalt, sezium, iridium və b.) nüvəsinin
parçalanması ilə alınır. Kobalt Co
60
, sezium Cs
1
və iridium Ir
192
izotoplarından daha geniş istifadə olunur. Qamma şüası ilə
qalınlığı 350 mm-ə qədər olan qaynaq birləşmələri yoxlanıla bilər.
Rentgen şüası kimi qamma-şüa da həyat üçün təhlükəlidir;
buna görə radioaktiv maddə qoyulmuş ampula, səyyar qurğuşun
konteynerdə və ya stasionar məsafədən idarə edilən cihazda
saxlanılır. Şəkil 7.8 a və b-də qaynaq tikişinin şüalandırılma və
radioaktiv maddə saxlanılan ampulalı qurğunun sxemləri
göstərilmişdir. Konteyner nəzarətdən keçiriləcək sahəciyin
qarşısında, qaynaq tikişinin uyğun əks tərəfində isə fotolövhəli
kaset yerləşdirilir. Sonra məsafədən idarəedilmə ilə ampulanın
cihazaakı yeri dəyişdirilir və ya qamma şüaların çıxması üçün
konveyerdəki deşikcik açılır.
Şəkil 7.8. Qamma şüaları ilə yoxlama sxemi:
a - tikişin şüalanması:
1 -
konteyner; 2 - ampula; 3- nəzarət
edilən tikiş;
4 -
fotolövhəli kaset;
b -
ampulanın quruluşu:
1 -
radioaktiv maddə; 2 - şüşə ampula; 3 - şüşə pambıq;
4
-
bürünc və ya alüminium qabıq; 5 - qapaq;
6 -
qurğuşun qutu
Maqnit-qrafik
nəzarət
üsulundan
magistral
boru
kəmərlərində qaynaq birləşmələrinə nəzarət üçün geniş istifadə
edilir. Borunun qaynaq tikişinin üstü ferromaqnit lövhə ilə örtülür,
sonra tikiş solenoid və ya dairəvi maqnitlə maqnitləşdirilir.
Tikişdəki qüsurun növündən və öiçülərindən asılı olaraq lövhənin
uyğun yerlərində maqnitləşmə dərəçəsi və buna da uyğun
siqnallar müxtəlif olur.
Maqnit siqnalları maqnitofon vasitəsiiə səs siqnalına
çevirilir və ya ossilloqrafın ekranında qeyd olunur. Ossilloqraflı
maqnit-qrafik nəzarət üçün cihazlar qaynaq tikişiərini 0,5...1,0
m/dəq sürətlə yoxlamağa (kiçik çatdaqlar, məsamələr aşkarlanır)
imkan verir. Yüksək məhsuldarlıqla yanaşı belə cihazlar, ucuz
materiallardan istifadə etməklə, böyük dəqiqlikiə tikişlərin
müxtəlif fəza vəsiyyətiər rində təhlükəsiz və sadələşmiş şəkildə
nəzarətin aparıimasına imkan verir.
Ultrasəslə nəzarət
üsulu müxtəlif mühitlərin ultrasəs
dalğasını müxtəlif dərəcədə əks etdirmək qabiliyyətinə əsaslanır.
Uitrasəslə nəzarət üsulu qaynaq tikişlərində əmələ gələn əksər
qüsurları aşkarlamağa imkan verir. Ultrasəs defektoskopları
(məsələn, UZD-7n tipli cihazia) tikişin qalınlığından asılı oiaraq
sazlanması və aşkarlanış qüsurun yerləşmə dərinliyini təyin
etmək üçün əlavə tərtibatlara malik olur. Bu üsulun çatışmayan
cəhəti qüsurun xarakterini təyin edilməsinin çətin olması və
qalınlığı 10 mm-ə qədər olan birləşmələrdə qeyri-metal
birləşmələri aşkar etməyə imkan verməsidir.
Lyumirıessent üsulunda
qaynaq birləşməsi ağ neft və yağ
qatışığı mühitinə batırılır və bu vəziyyətdə 20...30 dəq saxlanılır,
sonra silinmə ilə qurudulur və maqnezium ovuntusuna batırılır.
Tikişin zədəli yerlərində (çatdaqlarda) qalmış ovuntunun izi ilə
qüsur aşkarlanır.
Mexaniki sınaqlar
qaynaq birləşməsi metalından və ya
xüsusi qaynaqlanmış birləşmə metahndan dartılmada möhkəmlik
həddini, zərbə özlülüyünü, bərkliyi və əyilmə bucağını təyin
etmək üçün nümunəiər kəsilib hazırlanır və sınaqdan keçirilir.
Qaynaq birləşməsi metalının möhkəmlik həddi əsas metalın
möhkəmliyinin 80%-dən az oimamalıdır. Əksər hallarda qaynaq
birləşməsinin plastikliyi onun birləşmə yerindən kəsilmiş (dörd
bucaq şəkilli enkəsiyə malik) nümunələri əyilmədə mexaniki
sınağı ilə təyin olunur. Bunun üçün nümunə sınaq maşınının
dayaqları üzərinə qoyulur və basığı tərtibatla onun xarici səthi
üzrə çatdaqlar əmələ gələnə qədər əylir. Çatdaqların yaranması ilə
sınaq dayandırılır, nümunə üzrə əyilmə bucağı təyin edilir.
Əyilmə bucağının öiçüsü qaynaq birləşməsinin plastiklik dərəcəsi
üzrə keyfiyyətini müqayisə etməyə imkan verir. Azkarbonlu
poladlardan qaz qaynağı ilə alınmış birləşmələrdə əyilmə bucağı
120°-dən, elektrik-qövs qaynaq birləşmələrində isə 60°-dən az
olmamalıdır. Qaynaq birləşməsi metalının dəqiq ölçüdə plastikliyi
ondan kəsilmiş standart nümunəiərin rəqqaslı toxacda sınağı ilə
təyin olunur.
Dostları ilə paylaş: |