Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 118 -
və onların addımlara ayrılmasıdır. Bu isə gələcəkdə
alqoritmin addımlar ardıcıllığının düzgün müəyyən
olunması üçün vacib bacarıqdır. [8]
“Hadisələr ardıcıllığı” - Hər bir hadisəyə
müəyyən vaxt intervalında
müxtəlif obyektlərin
hərəkətlər toplusu kimi də baxmaq olar. Azyaşlı
məktəblilər nağıllarda və ətraflarında baş verən
hadisələri bir-biri ilə səbəb-nəticə münasibətində olan
sadə hadisələr, hərəkətlər ardıcıllığı kimi danışmağı
bacarmalıdırlar. Hadisəyə səbəb olan hərəkətləri
müəyyən etmək bacarığı yuxarı siniflərdə bu
hadisənin alqoritmini tərtib etmək və onu addımlarla
yazmaq bacarığının reallaşmasına zəmin yaradır.
Yuxarı siniflərdə obyektyönümlü proqramlaşdırmanı
öyrənərkən düymənin basılmasına bir hadisə kimi
baxılır və onda hadisə anlayışına daha dəqiq izahat
veriləcək. Hadisəyə obyektə xas olan hərəkətlərin
ardıcıllığı kimi də baxıla bilər. Məsələn, siz səhər
yuxudan duranda zəngli saatdan istifadə edirsiniz. Bir
obyekt kimi saat müəyyən xassələrə və hərəkətlərə
malikdir. Saatı qurduqdan sonra o, qurulmuş vaxta
kimi sizin müdaxiləniz olmadan işləyir. Həmin vaxt
gəlib çatdıqda isə saat zəng çalır. Saatın zəng
çalmasına bir hadisə kimi baxmaq olar. Buna səbəb
isə saatın qurulması və əqrəblərinin hərəkətidir. [8]
III sinifdə “Alqoritm” t.v. iki əsas bölmə üzrə