Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 117 -
·
Nə verilir – ilkin verilənlərin sadalanması;
·
Nə tələb olunur – nəticələrin sadalanması;
·
İlkin verilənlərin məhdudiyyət şərtləri (riyazi
model – nəticələri almaq üçün lazım
olan bütün qayda
və qanunlar, həll metodu – riyazi modelin optimal
şəkildə istifadə olunması).
2-ci sinifdə alqoritm t. v.
ümumi şəkildə -
hadisələr və hərəkətlər ardıcıllığı mövzusu ilə
öyrədilir. Şagirdlər: [8]
- “Doğru” və “yalan” mülahizələri fərqləndirir;
- Sadə mühakimələrin inkarını qurur;
- Təqdim olunanlar arasından mümkün hərəkət
variantlarını göstərir;
-
Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr
göstərir;
- Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından
hissələrə ayırır;
- Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah
edir. [8]
“Əvvəl-sonra” - Dərsin də əsas
məqsədi baş
verən hadisə və hərəkətləri ardıcıl olaraq addımlara
ayırmaq bacarığının formalaşdırılmasıdır. Bunun üçün
şagirdlər obyektin vəziyyətinin
necə dəyişdiyini
müəyyən etməlidirlər. Başqa sözlə,
məqsəd obyektin
əvvəlki vəziyyətindən sonrakı vəziyyətə keçməsinə
səbəb olan hərəkət və hadisələrin müəyyən edilməsi