Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 119 -
tədris edilir: qruplaşdırma və hərəkətlər ardıcıllığı.
Şagirdlər alqoritmin xətti, budaqlanan növləri ilə tanış
edilir, təkrarlanan hərəkətlər vasitəsilə yaranan dövri
alqoritmlər haqqında müəyyən məlumata yiyələnirlər.
Şagirdlər öyrənirlər ki, təkrarlanan hərəkətlər
ardıcıllığı dövr adlanır. Təkrarlanan hərəkətlərdən
ibarət olan alqoritm isə dövri alqoritm adlanır.
Müəllim şagirdlərin diqqətini ona yönəltməlidir ki,
dövri alqoritmlər də şərt blokunun köməyilə
yazıldığına baxmayaraq, onların fərqli cəhəti var. Belə
ki, dövri alqoritmlərdə şərtin bir oxu dövrün
başlanğıcına, digəri isə sonrakı addıma keçir,
təkrarlanan hərəkətlər şərt ödənilənə kimi davam
etdirilir. Şagirdlərin alqoritmlərin blok-sxemlərlə
təsviri ilə tanışlığı 3-4-cü siniflərdə başlanır.
Aşağıdakı şəkildə göstərilən alqoritm dövri alqoritmin
təsviri ola bilər: [7; 5]]