Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 122 -
nəqli cümlələr. Məsələn, “Buz – suyun bərk halıdır” –
cümləsi doğru qiymətini, “Roma Fransanın
paytaxtıdır” – cümləsi isə yalan qiymətini alır.
Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri ilə
ifadə olunan anlayışlar.
Məntiqi sabitlər – DOĞRU və YALAN.
Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərin
simvolik yazılışları. Məsələn, A, B, X, Y və s.
Məntiqi ifadələr – sadə və ya mürəkkəb
mülahizələr.
Məntiqi əməliyyatlar–Bu əməliyyatların beş
növü mövcuddur: konyunksiya, dizyunksiya, inkar,
implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tam
sistem təşkil edir və yerdə qalan iki əməliyyat onların
vasitəsilə ifadə oluna bilir. Bu səbəbdən məktəb
kursunda əsasən ilk üç əməliyyat - konyunksiya,
dizyunksiya və inkar öyrədilir.
Konyunksiya – məntiqi vurmadır. Dilimizdə
“və” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B
mülahizələrinin konyunksiyası A∧B kimi yazılır.
Qiyməti A və B mülahizələrindən heç olmasa biri
yalan olduqda yalan olur.