Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 15 -
pozulmasına və s. səbəb ola bilər. Ona görə də
informatika dərslərində təhlükəsizlik qaydalarına və
normalarına ciddi əməl etmək lazımdır.
II. Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum 1.
İbtidai siniflər üzrə məzmun standartlarının
paylanması.
2.
İnformatika fənni üzrə ümumi təlim nəticələri.
3.
Məzmun xəttinə görə tədrisin nəticələri.
4.
Siniflər üzrə tədrisin nəticələri.
Mənşəcə “curriculum” latın sözü olub lüğəti
mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir.
Kurikulum termini ilk dəfə Con Franklin Bobbit
tərəfindən istifadə edilmişdir. İlk fənn kurikulumları
1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Keçən əsrin
70-ci illərindən sonra kurikulum nəzəriyyəsi
formalaşmış və 90-cı illərin axırlarından başlayaraq
Azərbaycanda bu nəzəriyyədən istifadə olunmağa
başlanmışdır. Hal-hazırda Avropa ölkələrində