Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 4 -
risin müasir tələblər səviyyəsində formalaşdırılması
mühüm şərt kimi goyulur. [24] Dünya dövlətlərinin
təcrübəsi, eləcə də təhsilə müasirlik baxımından
yanaşılması məsələləri elmi baxımdan əsaslandırılmış
və təhsilin bütün istiqamətləri üzrə beynəlxalq
miqyasda nüfuz qazanmış tədris üsulu və təcrübəsinə
istinad olunmuşdur.
Süni intellektin informatikanın xüsusi bölməsi
kimi formalaşması və ekspert sistemlərin inkişafı,
dilçiliyin bir bölməsi olaraq kompüter linqvistikasının
və maşın tərcüməsinin meydana gəlməsi buna əyani
sübutdur. Təbiətdə baş vermiş və gələcəkdə baş verə
biləcək hadisələrin riyazi modelinin qurulması, bu
modelin əsasında alqoritm və nəhayət, kompüter
proqramlarının hazırlanması bir çox sahələrdə tətbiq
edilir. İnformatikanın bünövrəsi ibtidai siniflərdə
qoyulur. Ona görə bu dərsi tədris edəcək müəllimlər
kifayət qədər geniş elmi və metodiki potensiala malik
olmalı, informasiyalı cəmiyyətin üzvləri sayılan
şagirdlərimizə informatikanın əsaslarını mənimsətmək
üçün düzgün üsul və metodlardan istifadə etməlidirlər.
İbtidai siniflərdə şagirdlərin informatika elmi
ilə ilk tanışlığı başlayır. Təhsilin bütün sonrakı
mərhələlərində şagirdlərin qazanmış olduqları bilik,
bacarıq və vərdişlər ibtidai siniflərdə qoyulan təməl
əsasında formalaşır. Bu səbəbdən ibtidai siniflərdə