Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 7 -
(texnologiyalarının) hamısına
aid olan ümumi qanuna-
uyğunluqları öyrənir. Məhz informasiya texnolo-
giyaları və prosesləri
informatika elminin obyektini
təşkil edir.
İnformatikanın
predmeti bu elmin müxtəlif
tətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki,
insan həyatının fərqli sahələrində (iqtisadi proseslərin
idarə olunmasında, tibbdə, maliyyə əməliyyatlarında,
təhsil sahəsində və s.)
istifadə və tətbiq edilən
informasiya prosesləri ümumi cəhətlərə malik olmaqla
yanaşı, bir-birlərindən fərqlənirlər.
Bunun sayəsində
müxtəlif əməliyyat və prosedur qaydalarına malik,
müxtəlif texnikadan istifadə edən predmet sahələri
yaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətə
malik olan bir sahə təhsil sahəsidir. Məhz infor-
matikanın təhsildə tətbiqləri
ilə məşğul olan predmet
məktəb informatikası adını almışdır. İlk dəfə bu
termin rus alimi A.P.Yerşov tərəfindən işlədilmişdir.
Məktəb informatikasının
məzmununun nədən ibarət
olduğunu aydınlaşdıraq. [18, s.11; 15, s.30-35]
Məktəb informatikası informatikanın məktəbdə
kompüter texnikasının tətbiqi ilə proqram, texniki,
tədris-metodiki və təşkilati təminatının
öyrənilməsi
məsələləri ilə məşğul olan sahəsidir. Məktəb informa-
tikasının proqram təminatı
məktəblərin informasiya