Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 33 -
məzmun standartlarından təlim nəticələrini
müəyyənləşdirməli və sonda bu təlim nəticələrini
meyarlarla ölçməyi bacarmalıdır. Şagirdlərin biliyinin
qiymətləndirilməsi üçün müəllim yoxlama yazı işləri,
test yoxlaması və s. kimi üsullardan istifadə edə bilər.
Yoxlama yazı işi adətən müəyyən bölmənin və
ya bəhsin şagirdlər tərəfindən hansı səviyyədə
mənimsədiklərini yoxlamaq məqsədilə aparılır.
Müəllim iki və daha artıq variantlarda yoxlama
işlərini təqdim edə bilər. Variantların sayı nə qədər
çox olarsa, həmçinin yoxlama mətnlərinin tərtibində
şagirlərin fərdi göstəriciləri və bilik səviyyələri nəzərə
alınarsa, bu, onların qiymətləndirilməsi üçün daha
yaxşı nəticə verər. [18, s.96-100]
Ev tapşırıqlarının yoxlanılması da şagird
biliyinin qiymətləndirilməsi zamanı istifadə olunan
üsullardan biri kimi qəbul edilə bilər. Məktəb
praktikasında şagirdlərin bir-birinin ev tapşırıqlarını
yoxlaması da tətbiq edilir. Lakin ibtidai siniflərdə -
xüsusən də 1-ci sinifdə şagirdləri bu prosesə
hazırlamaq lazımdır.
Test yoxlaması üsulu artıq uzun müddətdir ki,
məktəblərdə müvəffəqiyyətlə tətbiq edilən yoxlama
üsuludur. Bu üsul 19-cu əsrin axırlarından başlayaraq