Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 29 -
mövcud olan sosial-iqtisadi və mədəni-siyasi
hadisələrə, faktlara müraciət etməlidir. İbtidai siniflər
üçün informatika fənni mövcud elmin müvafiq yaş
kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu
fənn şagirdlərdə ətrafımızdakı informasiyalardan
yararlanmağı və İKT-dən düzgün istifadə bacarığını
formalaşdırır. Təlimin bu prinsipi aşağıdakıları
diqqət mərkəzində tutmağı vacib sayır:
- təlim materialının öyrənilməsinin həyatla
hansı istiqamətdə əlaqələndirilməsi aydın olmalıdır;
- təlimin həyatla əlaqəsi zamanı şagirdlərin
maraqları nəzərdən qaçırılmamalıdır – yəni yuxarı
sinif şagirdinə maraqlı olan məlumat 1-ci sinif şagirdi
üçün maraqlı və faydalı olmaya bilər;
- təlimin həyatla bağlılığında müasirlik
olmalıdır – yəni informatika dərsində daha çox son
nəsil texnologiyalardan (məsələn, kompüterin RAM
yaddaşının tutumu, hard diskin həcmi və s.), İKT
sahəsindəki yeni innovasiyalardan danışmaq lazımdır.