Didaktik oyunlar – öyrənilən obyekt, hadisə
və prosesin modelləşdirilməsi məqsədilə tətbiq edilir.
Oyun şagirdi əməyə və təlimə hazırlayır.
Problemli təlim metodu – şagirdlərin məntiqi
təfəkkürünün inkişafına təkan verir. Problem o zaman
yaranır ki, ziddiyyət olsun. Ziddiyyətin həll edilməsi
problemli təlim metodu sayəsində baş verir. Məsələn,
informasiyanın ölçülməsi mövzusunu keçərkən
şagirdlərə belə bir suallarla müraciət etmək olar:
- İnformasiyanın miqdarı 1 bitdən kiçik ola bilərmi?
- Əgər bir simvol 1 baytla ölçülürsə, onda bəs 1 bitlə
nə ölçülür? Axı hərfin səkkizdə birini bitlə ölçmək
mümkün deyil.
Sonra isə evristik metodla problemin həlli
tapılır.