Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 49 -
xoşlayan qrupda işləyir və daim bu qrupun üzvü olur
və s. [7]
Hər bir şagird fərdi keyfiyyətlərindən asılı
olaraq tədris materiallarını müxtəlif cür qavrayır.
Buna baxmayaraq, təhsilin əsas məqsədi bütün təhsil
alanların müəyyən ictimai status qazanması və öz
sosial əhəmiyyətini təsdiq etməsidir.
İnklüziya
sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə
inam yaratmaqla, onlara digər yaşıdları ilə eyni
məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır.
Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və
yardıma böyük ehtiyacları var. Onların qabiliyyət-
lərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib
amildir. İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri
olan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri ilə
yaşıdlarından fərqlənən
uşaqların da yuxarıda
sadalanan məqsədlərə çatmalarına yardım edir. Onlar
başqa dildə danışan, başqa mədəniyyətə malik, fərqli
həyat tərzi sürən, təhsilə müxtəlif maraq göstərən və
müxtəlif qavrama qabiliyyəti olan uşaqlar da ola
bilərlər. Belə uşaqlarla
işləyərkən müəllim
informasiyanı onlara müxtəlif forma və variantlarda
çatdırmağa çalışmalıdır. Yeni təlim prinsipləri
imkanları məhdud olan
uşaqların ümumi təhsil
mühitinə inteqrasiya etmələrini və ümumi proqram