Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 57 -
bölünməni fərqli üsullarla aparmaq lazmdır. Məsələn,
Rənglərlə. Müəllim 4–5 ədəd (qrupların sayı
qədər) müxtəlif rəngdə olan kağızları 4–6 (hər qrupda
olacaq uşaqların sayı qədər) yerə bölür. Bütün
kağızlar qarışdırılıb bir zərfin içinə qoyulur. Şagirdlər
bir-bir rəngli kağız parçalarını götürürlər. Eyni rəngli
kağız götürmüş şagirdlər bir qrupa yığılır. Rəmzi
olaraq qrupun adını rəngin adı ilə də adlandırmaq olar.
Rəqəmlərlə. Bütün şagirdlərə 1-dən 5-ə kimi
saymaq tapşırılır. Bütün “1”-lər, “2”-lər və s. bir
qrupa yığılır. Bu qrupların adlarını saydıqları ədədlə
də adlandırmaq olar.
Sinif jurnalı üzrə. Sinif jurnalında ardıcıl və yaxud
müəyyən qanunla (hər 5 nəfərdən bir və s.) uşaqlar
hər birində 4–6 şagird olmaqla qruplara yığıla bilər.
Sosiometrik. Əvvəlcə qrupların sayı qədər uşaq
seçilir. Bu uşaqların hər biri öz qrupuna bir uşaq seçir.
Hər yeni seçilmiş uşaq öz qrupu üçün də bir uşaq
seçir. [5]