Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 65 -
modem, səs gücləndiricilər, rəqəmli kamera, coystik
və s.
Kompüter və kompüter sinifləri. İnformatika
dərsləri xüsusi otaqlarda – kompüterlə təchiz olunmuş
kompüter siniflərində keçirilməlidir. Kompüter sinfi
və ya informatika kabineti dedikdə şagirdlərin və
müəllimin xüsusi iş yerlərindən, birgə istifadə üçün
nəzərdə tutulmuş lokal şəbəkələrdə birləşdirilmiş
periferiya qurğularından, proqram təminatı və texniki
qurğulardan ibarət otaq nəzərdə tutulur. [18, s.160-
164; 10, s.17-19]
Informatika kabineti kompüter texnikası, əyani
və dərs vəsaitləri, fakültativ, əlavə məşğələlərin
keçirilməsi üçün nəzərdə tutulmuş dərs otağıdır.
İnformatika kabinetindən həmçinin kompüterdən
istifadə edilən müxtəlif dərslərin keçirilməsi,
şagirdlərin ictimai-faydalı əməyinin təşkili və s. kimi
işlər üçün istifadə oluna bilər.