Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 68 -
olmamalı, onların yan tərəfləri isə bir-birindən azı 1,2
m məsafədə olmalıdır.
-Stol və stullar uşaqların boyuna uyğun
olmalıdır. Stol 2 hissədən ibarət olmalıdır: monitor və
klaviatura üçün.
-Uşaqların gözündən monitora qədər məsafə
60-70 sm olmalıdır. Gözlərində problem olan uşaqlar
göz üçün xüsusi eynəklərdən istifadə etməlidirlər.
-Stolda dəftər və kitablar üçün işıqlandırma 150
lyuks (lyuks- Beynəlxalq Vahidlər sistemində sahəsi 1
m
2
olan səthə düşən işıq selidir), monitorun ekranı
üçün 300 lyuks, lövhə üçün 500 lyuks olmalıdır.
-Pəncərələrin üzərində örtük sistemləri (ştor və
ya jalüzlar) olmalıdır.
-Otaqda havanın temperaturu 19-21 dərəcə,
havanın nəmliyi 62-55 optimal variant sayılır. [18,
s.174-178; 15, s.100-104]