Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 70 -
ilə bağlı yeni anlayışlar və onların izahatları təqdim
olunur;
- mövzuya aid bilik və bacarıqların tətbiqi
zamanı bəzi tapşırıqların yerinə yetirilməsi üçün
nümunələr verilir;
– qazanılmış bilikləri dərinləşdirmək və onları
yaradıcı tətbiq etmək üçün müxtəlif çətinlik dərəcəli
tapşırıqlar verilir;
– əldə edilmiş bacarıqlar didaktik oyunlar
vasitəsilə təkmilləşdirilir. Oyun forması ibtidai sinif
şagirdləri üçün çox maraqlı olduğundan müəllim üçün
vəsaitdə əlavə oyun nümunələri də təqdim edilir;
– dərslik komplektinə pulsuz əlavə olunan və
Təhsil Nazirliyinin rəsmi qrifi ilə təsdiq edilmiş
İNFO-KO elektron tədris vəsaiti sinifdə və evdə
müvafiq tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə
tutulur. Müəllim üçün metodik vəsaitdə aşağıdakı
materiallar öz əksini tapmışdır: dərslik komplektinin
mövzular üzrə strukturu; fənn üzrə məzmun
standartlarının reallaşma cədvəli və illik planlaşdırma
nümunəsi; fənlərarası inteqrasiya imkanları və digər
fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;