Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 67 -
-
hər bir kompüter üçün iş qrafiki jurnalı;
-
elektrik təchizatı və keçiricilik təminatı.
Kompüter siniflərində kompüterlər xüsusi
qaydada yerləşməlidirlər. İki cür sxemdən daha çox
istifadə edilir – sıralar üzrə və otağın perimetri
boyunca. Otaq düzbucaqlı formasında olduqda sıralar
üzrə sxemi daha məqsədəuyğundur. Bu halda
uşaqların iş yerləri iki sıra üzrə düzülür. Müəllimin iş
yeri, kompüter stolu sinfin arxa tərəfində yerləşdirilir.
Sinfin ön tərəfində isə yazı lövhəsi və kompütersiz
müəllim stolu yerləşir. Müəllim izahat verərkən bu
stoldan istifadə edə bilər. Əgər otaq kvadrat
şəklindədirsə, stollar otağın perimetri üzrə yerləşdirilə
bilər. [18, s.174-178]
Otaqdakı pəncərələr şimal və ya şimal-şərq
istiqamətində olmalıdır.
Kompüter siniflərində lövhədə yazmaq üçün
tabaşirdən istifadə olunmamalıdır, çünki tabaşirdən
yaranan toz kompüterlərə ziyan vura bilər.
1-4-cü siniflərdə şagirdlər üçün kompüter
arxasında işləməyin aşağıdakı normaları müəyyən
edilmişdir:
-1-ci sinif 10 dəq, 2-4 siniflər 15 dəq.
-Kompüter arxasında işdən sonra müəllim
uşaqlarla göz gimnastikası məşqlərini aparmalıdır.
-Monitorlar arasındakı məsafə 2 m-dən az